
Təkamül nəzəriyyəsinə dair bir çox kitabın müəllifi Robert Rayt:
Təkamül nəzəriyyəsinin insan münasibətləri əleyhində uzun və kirli tarixi var. Əsrin sonlarına doğru siyasi fəlsəfəyə də tətbiq edilən nəzəriyyə “sosial darvinizm” adlı ideologiyaya çevrilmiş və irqçilərin, faşistlərin və ən zalım kapitalistlərin əlində əsas olmuşdur.
Sintetik təkamül nəzəriyyəsinin banilərindən biri olan Feodosiy Dobjanskiy:

Təbii seçmə eqoistliyi, zövq düşkünlüyünü, cəsarət əvəzinə qorxaqlığı, saxtakarlığı və istismarı üstün tutur. Cəmiyyət etikası isə təbii davranışları qadağan edir və bunların əksi olan nəzakət, comərdlik və hətta digərlərinin – cəmiyyətin, millətin və nəhayət bütün bəşəriyyətin xeyiri üçün özünü fəda etmək kimi xüsusiyyətləri təqdir edir.

İsveçrəli təkamülçü Kennet Hsu:
Fərdlər, siniflər, millətlər və ya irqlər arasındakı rəqabətin təbii seçmənin təbii qanunları olduğunu və üstün olanın aşağı olanı məhv etməsinin də təbii olduğunu irəli sürən sosial ideologiyanın əzdiyi insanlarıq. Sizi inandırıram ki, təbii seçmə qanunu elm deyil. Bu, bir ideologiyadır, həm də pis ideologiyadır.