Ukraynanın bölünməsi vətəndaş müharibəsi ilə nəticələnə bilər


Ukrayna və Rusiya arasında gərginliyə səbəb olan Kırım Muxtar Respublikasının bölgədəki vəindex dünyadakı sülh üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək üçün bir az tarixə nəzər yetirmək lazımdır. Kırım strateji mövqeyinə görə tarix boyu müxtəlif dövlətlərin hakim olduğu və bir çox müharibəyə şahid olan ərazidir. Osmanlı İmperiyasının hakim olduğu bu bölgə uzun illər Kırım xanlığı olaraq qaldı. Osmanlı İmperiyasının geriləmə dövrlərində isə Rusiya Kırım xanlığına olan marağını artırdı. Osmanlının məğlub olması ilə nəticələnən Osmanlı-Rus müharibəsindən sonra bağlanan sazişdə Kırım xanlığının müstəqilliyi iki dövlət tərəfindən də qəbul edildi. Lakin bu dövrdən etibarən Rusiyaya çox yaxın olan bölgədə yaşayan müsəlman tatar xalqı üçün sıxıntılı bir dövr başladı.

İlk olaraq Osmanlı dövlətinin yerini tutmağa çalışan Rus dövlətinin hakimiyyətindən qorxan müsəlman xalq Anadolu torpaqlarına köç etmək məcburiyyətində qaldı. Kırım tatarlarının Stalin tərəfindən 1944-cü ildə Özbəkistana sürgün edilməsi bu zülmün ən şiddətli tərəfi idi. Sürgün vaxtı Kırımdakı əhalinin 50%-i xəstəlik və aclıq səbəbindən həyatını itirdi. Kommunist rus idarəçiliyi tatar müsəlmanlarını qəddarlıqla vətənlərindən sürgün edərkən, yerinə Ukrayna və rus etnik qruplarına aid əhalini bölgəyə gətirdi. Özü də ukraynalı olan Kruşçevin təsiri ilə SSSR parlamentinin qərarı ilə Ukraynaya birləşən Kırımda artıq əhalinin say tərkibi dəyişmişdi. Rusların sayının ümumi nisbəti 60%-ə çatarkən, ukraynalılar 24%, tatarların say nisbəti isə yalnız 14%-dir.

SSRİ-in dağılması ilə Ukraynaya bağlı muxtar respublikaya çevrilən Kırım Ukraynada son günlərdə yaşanan hadisələrdən sonra maraq dairəsinə çevrildi. Ukraynada rus tərəfdarı Viktor Yanukoviç iqtidarının tənəzzülü və Avropa oxunda gələcəyə doğru istiqamət götürməsi, ölkənin şərqində yaşayan rus mənşəli xalq arasında və xüsusilə Kırımda gərginliyə səbəb oldu. Kırımda Rus əhalisinin Ukraynadan ayrılma tələbi rus hökuməti tərəfindən gizli şəkildə qızışdırılır. Lakin bu tələb Kırım türkləri üçün həyati əhəmiyətə sahibdir. Azlığa çevrilən Kırım türkləri Ukraynadan ayrılıb Rusiyaya birləşmək vəziyyətində onsuzda məhdud olan demokratiya və insan haqlarının daha pis vəziyyətə gələcəyi və yox olacaqları qayğısını çəkirlər.

Son günlərdə rusların çoxluq təşkil etdiyi Kırım Muxtar Respublikası parlamentində Ukraynadan ayrılma qərarına mane olmağa çalışan müsəlmanlar müxtəlif etiraz nümayişləri təşkil edirlər. (Kırım ərazisi Qara dənizdəki donanmalarının mərkəzi olduğuna görə ruslar üçün böyük əhəmiyyət daşıyır. Rusiyaya meyilli hökumət dövründə 49 illik icarəyə götürülən Sevastopol şəhərindəki liman isə Qara dənizin ən strateji bölgəsidir.)

Ukraynadakı problemlərin əsasında Şərqi və Qərbi Ukrayna arasındakı kəskin fərqlər dayanır: Qərbi Ukrayna katolik və AB-nə yaxın, Şərqi Ukrayna isə ortodoks və Rusiyaya yaxındır. Kırım isə köç vasitəsilə dəyişdirilən mövcud demoqrafik quruluşuna görə demək olar ki, tamamilə rus hakimiyyəti altındadır. Yəni istənilməyən bir bölünmə vəziyyətində bundan ən qazanclı ola biləcək ölkə Rusiya, amma ən çox itirən xalq nüfuzunu və öz ölkəsində təsirini itirmiş Kırım tatar müsəlmanları olacaq. Qərb tərəfdarı olan müxalif qrupların Şərqi Ukraynanın tələblərini yox sayması, ya da Rusiya təsirindəki hökumət tərəfdarlarının Qərbi Ukraynanın tələblərini görməzdən gəlməsi ölkəyə zərərdən başqa bir şey gətirmir. Ukraynadakı fərqləri bölünmə deyil, zənginlik olaraq görən, eyni zamanda həm Avropa Birliyi-ABŞ ilə, həm də Rusiya ilə iqtisadi, mədəni bərabərliyi təmin edəcək bir model təsis edilməlidir.

Tarixi mənada bölgə ilə əlaqəsi və məsuliyyəti olan Türkiyənin də müdafiə etdiyi tərəf budur. Türkiyə hökuməti hər şeydən əvvəl bölgənin Ukraynadan ayrılmaması və ölkənin bütövlüyünü qoruması fikrini müdafiə edir və ölkələr arasında dialoqa əsaslanan bir siyasət izlənməsini arzu edir. Qaradənizin ən mühüm iki ölkəsi olan Rusiya və Türkiyə arasında son illərdə iqtisadi münasibətlər çox inkişaf etmişdir. Bu münasibətlərdə Ukrayna bir çox baxımdan mühüm rol oynayır. Bu səbəbdən Rusiyanı qəti şəkildə kənar etməyə çalışmadan problemi asanlaşdıracaq yollar istifadə olunmalıdır. Ukrayna, Avropa və Rusiya arasındakı rəqabət nəticəsində zərər çəkən tərəf olmamalıdır. Həmin vəziyyət Kırıma da aiddir və Kırım Parlamentinin bölünmə ilə bağlı qərarı qəbul edilsə, vəziyyət daha da qarışacaq, Rusiyanın hərbi müdaxiləsi isə bölgəni çox böyük bir qarşıdurma mühitinə çevirəcək.

Çıxış yolu olaraq, nə Rusiyanı, nə də ABŞ-ı izolyasiya etməyən, sevgi və sülhə əsaslanan bir razılıq əldə olunmalıdır.

Yaxın Şərq, Qafqaz, Avropanın şərqi yaxın tarixdə müharibələr yaşadı. Sülh mühitinin təsis edilməsi üçün bu saydığımız ərazilərin mərkəzindəki ölkə olan Türkiyənin mənəvi liderliyində bir birlik dərhal təsis edilməli, bu birliyə bölünməmiş halı ilə Ukrayna və Rusiya da daxil edilməlidir. Rusiya Federasiyası bu birlikdə çox aktiv vəzifə götürməli, ətrafında SSSR dövründə özündən ayrılmamış ölkələrə liderlik edərək, Türkiyə ilə uzlaşaraq hərəkət etməlidir. Çünki bu birlik düşüncəsi nə olursa olsun, bütün xalqları öz övladı kimi görən, onlara sahib çıxan, şəfqət göstərən, sülhü və rifahı hədəf götürən bir sistem olacaq.

Bütün bölgə ölkələrini əhatə edən bi birliklə bu bölgədə də əsl sevgi və hüzur mühiti təsis edilə bilər. Belə bir birlik bölgə dövlətləri üçün yaşanan problemlərə və tökülən qanlara tək çıxış yoludur.

l

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma