Yaxın Şərq necə xilas ola bilər?


Yaxın Şərq Osmanlı dövründəki əmin amanlığın ardından son 150 ildir ki, müharibə, şiddət, zorakılıq və 1359964085_35549çaxnaşmaya səhnə olur. Şəhərlər dağılır, məzlum insanlar bombardmana məruz qalır. Məcburi köçkünlərin, əsir düşərgələrində yaşayan məzlumların və işğal edilmiş torpaqlarda yaşamaq məcburiyyətində olanların sayı on milyonları keçib.

Təkcə Qəzzada 1,7 milyon insan çox ağır şəraitdə yaşamağa məcbur olub.

BMT-nin Yaxın Şərq müşahidəçiləri neçə illərdir ki, hesabatlar təqdim edərək hər kəsi yardıma səsləməsinə baxmayaraq, bu hal gözardı edilir.

BMT-nin Humanitar Məsələlər üzrəkoordinatoruCeyms Roulinin (James Rowley) 2013-cü ilin noyabrında hazırladığı hesabata görə, Qəzzada böyük krizis yaşanır vəembarqo təcili surətdə ləğv edilməlidir.

Rouli təşkil etdiyi mətbuat konfransında, “Qəzzadahərcəhətdəninsanlıqkrizimövcuddur. Özəlsektordaböyükböhranyaşanır. Qəzzadakı embarqodərhalləğvedilməlidir” deyəbildirmişdir. http://yenisafak.com.tr/dunya-haber/gazzede-esi-gorulmemis-cokus-21.11.2013-584781 Rouli Qəzzanın həyat damarı olan Rifah sərhəd qapısının bağlanmasını dərman və tibbi ləvazimat çatışmazlığı ilə yanaşı bölgədəki vəziyyət baxımından da mənfi təsir yaratdığına diqqət çəkmişdir.

BMT Suriyada da 9 milyon insana qısa müddət ərzində kömək edilməsə, ölümlə üz-üzə qalacaqlarını bildirir.

Dəməşqdəki Yərmuk kimi məcburi köçkün düşərgəsində insanlar neçə aydır ki, yeməyə bir şey tapmırlar.

Misirdəki mövcud qarışıq vəziyyət hər keçən gün daha da böyüyür və bu vəziyyət bütün qonşu ölkələrə dərindən təsir edir.

Yuxarıdakı siyahını Arakan, Kəşmir, İraq, Əfqanıstan, Şərqi Türkistan, Pakistan və Afrika ölkələri ilə uzatmaq mümkündür. İslam ölkələri böyük şiddət halqası içindədir. Qərb dünyası isə bu şiddətə son qoyacaq siyasətdən çox uzaqdır. Hətta bəzən bir çox cəhətdən çaxnaşmaları dəstəkləyən siyasət yürüdür. Bir-birilə qardaşlıq içində yaşamalı olan müsəlmanlar isə öz aralarındakı anlaşmazlığa görə gücsüz və zəif vəziyyətdədirlər.

Halbuki, mövcud bütün problemlər hərkəsin öz imkanları nisbətində çatışmazlıqlara qarşı güc birliyi sayəsində asanlıqla həll olunabilər.

Digər tərəfdən birlik ola bilmədiklərinə görədarmadağın vəziyyətdə olan müsəlmanların bu halı gözünü Yaxın Şərqin zənginliklərinə dikən qaranlıq güclərin iştahasını daha da artırır.

Elə bu anda düşünmək lazımdır.

Yaxın Şərq və İslam aləmində sülhü təmin etmək üçün qurulmuş Ərəb Birliyi, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar nə dərəcədə müvəfəqiyyətli olurlar?

Məzhəb çəkişmələri, keçmişəəsaslanan kin və nifrət siyasəti hansı yaraları sağaldır?

Diqqət etsəniz, 57 İslam ölkəsinin üzv olduğu İƏT kimi təşkilatların həddindən artıq bürokratik, soyuq, passiv quruluşa sahib olduqları görünür. 1,6 milyard müsəlmanı təmsil edən və imkanlarına görə böyük gücə sahib olması zəruri olan bu tip qurumlar, gözlənilənin tam əksinə problemləri həll etməkdən çox uzaqdır.

Halbuki, İslam aləmi bir an öncə xilas olunmağı, xilaskarlarını gözləyir. Həll yolunun başlanğıcı Yaxın Şərqdə hər kəsin Türk İslam Birliyini dilə gətirməyə başlamasıdır. İstər Fələstin, istər Suriya, istərsə də Livan üçün sevgi vətolerantlıq siyasətinin tətbiq edilməsi lazımdır. Bu cür siyasət dünya səviyyəsində təsir meydana gətirəcək, Yaxın Şərqə təsir edən aktyorlara da şiddət siyasətini tərk edib, mülayim siyasət yeritməyə təşviq edəcəkdir.

Qısa zamanda Türk-İslam ölkələrinin Avropa Birliyi modeli kimi Birlik qurmaları lazımdır.

Müslümanlar ən geniş ədalət anlayışına, ən inkişaf etmiş sənətkarlıq anlayışına və hər cəhətdən zəngin keyfiyyət və mədəniyyətə sahib olmalıdırlar.

Yaxın Şərq heç olmasa Avropa Birliyinin qəbul etdiyi hüquq və beynəlxalq insan hüquqlarının təmin olunduğu sosial demokratiyaya tezliklə qovuşmalıdır.

Bunu çox yaxşı bilmək lazımdır ki, bütün bu zənginliklərin ən gözəl forması bizim müqəddəs kitabımız olan Quranda yer alıb. Dünyanın ən yaxşı universitetlərindən biri olaraq qəbul edilən Harvard Universitetinin hüquq fakültəsinin kitabxanasının girişinə Quran-i kərimdəki “Nisa” surəsinin 135-ci ayəsi asılıb. Həmin ayə fakültə rəhbərliyi tərəfindən “Ədalətin tarixdəki ən böyük izahlarından biri” olaraq tanımlanıb. (http://www.internethaber.com/harvardin-duvarina-kuran-ayeti-asildi-497888h.htm) Dolayısilə, müsəlmanlar öz inaclarına, öz dəyərlərinə heç olmadığı qədər çox sarılmalıdırlar.

Belə bir Birlik Qərb və Şərq dünyasının da qəbul edəcəyi şərtlərə malik olacağından hər kəs tərəfindən qəbul ediləcəkdir. Birliyin qəbul olunması da bütün problemlərin sürətli şəkildə həll olunmasına səbəb olacaq.

İslam ölkələri üçün ən gözəl model isə Türkiyədir. Türkiyə sahib olduğu demokratiya, köklü mədəniyyətini birləşdirici ünsür olaraq istifadə etməsi, həssaslığı, sabit iqtisadiyyatı ilə Qərblə Şərq arasında körpü ola bilmişdir.

Türkiyə bir tərəfdən Avropa Birliyi, digər tərəfdən Şanqaya üzv ölkələrlə ikitərəfli münasibətlərini hər zaman inkişaf etdirdiyi halda, həm də İslam ölkələrinin hamısını qoruyan siyasət aparır.

Şiə ölkəsi olan İran da Türkiyənin qardaşı və baş nazir Rəcəb Tayyib Ərdoğanın dili ilə desək “ikinci evi”dir. Eyni şəkildə vəhabi olan Səudiyyə Ərəbistanı da Türkiyənin qardaşıdır. Sünni dövlətlər də qardaşı və müttəfiqidir. İnancı hər nə olursa olsun, Türkiyə bütün İslam dövlətləri ilə yaxınlıq qurmaq məqsədi güdür. Bu ruh Quran ruhudur və İslam Birliyinin önünü açacaq düşüncə tərzini formalaşdıracaqdır.

Allah’ın iznilə, bu ruh hərkəsin ürəyincədir və fikir olaraq yayılır.

Çox yaxın zamanda inşaAllah İslam Birliyi ilə bu torpaqlar Qızıl Əsrə qovuşacaq .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma