Yəməndə milli birlik necə yaranacaq?


Avropa ölkələri uzun müddətdir ki, birlik axtarışındadır. Bunun qarşılığında, Orta Şərqdə isə güclü bir d9aeae32d7162c6ecdaa26a8ff29b5e8ayrılma prosesi hökm sürür. Etnik və məzhəb fərqlərinə görə bu regiondakı ölkələrdə qarşıdurmalar, hətta bölünmələr baş verir.

Yəmən ayrılma prosesinin təsirindəki Orta Şərq ölkələrindən biridir. 2007-ci ilin əvvəlində qurulan Cənub Hərəkatı təşkilatı “cənubun milli sərvətlərinin iqtidara gələn hökumətlər tərəfindən istismar edilməsi” səbəbindən şimaldan ayrılmağı tələb edirdi. Yəməndəki hökumət bu tələb qarşısında ölkənin birlik və ərazi bütövlüyünü qorumaq məqsədi ilə federal sistemə keçmək qərarını verdi.

Açıqlanan plana görə, Sana federal paytaxt seçiləcək, Ədən isə ticarət mərkəzi olduğuna görə fərqli bir mövqedə olacaq. Yəmən rəsmi olaraq 6 bölgəyə ayrılacaq və şimaldakı 4, cənubdakı 2 bölgə yerindən idarə ediləcək. Bölgələrə müstəqil məhkəmə və inzibati səlahiyyətlərin verilməsini də nəzərdə tutan bu plan xalq səsverməsində qəbul edilsə, tətbiq olunacaq. Bəs görəsən, həqiqətən bu sistem Yəməndə yaşanan sıxıntılara son qoyacaqmı?

Şübhəsiz ki, bunun aydınlaşması üçün hər şeydən əvvəl bölgələrə veriləcək səlahiyyətlərin nələrdən ibarət olacağını və bölgələrlə federal paytaxt Sana arasındakı əlaqənin necə qurulacağını bilmək lazımdır. Bu mövuda hələ açıqlanmış konkret bir məlumat yoxdur.

Hal-hazırda dövlətlərdə ən çox rast gəlinən təşkilatlanma forması federal və unitar sistemlərdir. Unitar sistemlərdə dövlət bölünməz, vahiddir. Vilayət və mahallara bölünsə də, bunlar sadə inzibati ərazi vahidləridir və mərkəzdən təyin olunan qubernator kimi idarəçilərlə idarə edilirlər. Mərkəz bütün ölkəyə təsir edən inzibati, məhkəmə və iqtisadi qərarları verir və tətbiq edir. Yəməndə mövcud olan sistem də belə fəaliyyət göstərir.

Federal sistemlərdə isə ölkə birdən çox bölgəyə bölünür. Bölgələr birlikdə tək bir dövlət kimi görünsələr də, hər bölgə öz içində ayrı bir dövlət kimi təşkilatlanmışdır. Bölgələr öz inzibati, məhkəmə və iqtisadi qərarlarını alaraq bunları tətbiq edə bilirlər. Lakin bölgələrin suverenliyi, yəni səlahiyyətləri məhduddur. Bölgələr mərkəzi hökumətə, yəni yuxarı dövlətə tabedirlər. Bu tabeçilik federal konstitusiya ilə müəyyən olunur və hər federal ölkədə fərqli dərəcələrdə olur.

Federal sistemlərdə regional rəhbərliklərlə mərkəzi federal hökumət arasında suverenliyin mübadiləsi mövzusunda ortaya çıxacaq problemlər ölkə bütövlüyünü maraqlandıran siyasətlərin bütün bölgələrdə tətbiq olunmasında bir natarazlıq ortaya çıxarır. Bu da zaman ərzində böyük inzibati böhranlara çevrilə bilir.

Federal sistemlərdə hər bölgə öz mənfəətini güdəcəyi üçün bütöv dövlətin mənafeyini düşünmək, ölkə rifahını bütün ölkəyə yaymaq çətin olur. Yəni Yəməndə federal sistemə keçid birləşməkdən daha çox ayırma prosesini tezləşdirə bilər. Bu səbəbdən ölkə nüfuzunda məzhəblərə və etnik mənşələrə görə regional miqrasiyanın olması ehtimal ki, milli birlik mənafeyinə ziddir

Federal sistemlərdə bölgələrin ayrılaraq yeni müstəqil dövlətə çevrilmələrinə mane olacaq tədbirlər olsa da, ayrılma tələbləri zənn ediləndən daha çoxdur. Bölgələr Kanadanın Quebec və ya Hindistanın Kəşmir əyalətləri kimi etnik və dini fərqlərə görə yaranıbsa, “ayrılma tələbi” qaçınılmaz bir son olaraq ortaya çıxır. Bölgələr arasındakı iqtisadi fərqlər də ayrılma tələbini gücləndirir. Belə ki, sənayenin və iqtisadiyyatın çox inkişaf etdiyi Kataloniya öz mənbə və imkanlarının digər bölgələrdə istifadə edildiyi səbəbi ilə İspaniyadan ayrılmaq istəyir.

Şübhəsiz ki, Yəmən xalqı demokratiya çərçivəsində bütün üstünlüklərini və çatışmazlıqlarını əsas alaraq hansı sistemin özləri üçün daha münasib olduğuna qərar verəcək. Seçilən sistem hansı olursa olsun, hər yəmənli bilməlidir ki, müsəlmanlar, aralarındakı ayrılıqları bir kənara atmalı və Allah’ın fərz etdiyi şəkildə birləşməlidirlər. Allah Quranda bütün müsəlmanlara “tək bir cəmiyyət” olaraq birlik içində hərəkət etmələrinin zəruri olduğunu belə bildirmişdir:

Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-biriniz) düşmən idiniz. O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (“Ali-İmran” surəsi, 103)

Hansı sistem olursa olsun demokratiya çərçivəsində milli birliyin qorunması Yəməndə ağıllı insanların ittifaqı ilə mümkündür. Əgər Yəmən bunu reallaşdıra bilsə, İslam dünyasında böyük bir uğura imza atacaq. Yəmənin önündə böyük bir fürsət var: süni qütbləşmələr yerinə uzun zamandır ki, arzulanan müsəlmanların ittifaqını gündəmə gətirən bir ölkə olaraq tarixə keçmək.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma