Yəmən bu günlərdə müxtəlif siyasi problemlər yaşayır. Özü də getdikcə artan daxili qarşıdurma və ayrılma təhdidi altındadır. Başqa bir problem isə xalqın çox yoxsul olmasıdır. Bəs Yəmənin qarşısında tez bir zamanda həll etməli olduğu daha hansı problemlər var?
Yəməndə azadlıq tələb edən bir çox insan var. Bəziləri məzhəbi, bəziləri tayfası, bəziləri də siyasi baxışına görə azadlıq istəyir. Lakin Yəməndəki qruplardan heç biri digərlərinin azadlığını da müdafiə etmir. Bəzi qrupların – xüsusilə də müsəlman qrupların – ölkədə azadlıqları əngəlləyəcəyi, düşüncələri nəzarət altına almağa çalışacağı, sənəti və elmi məhdudlaşdıracağına dair narahatçılıq mövcuddur.
Halbuki, İslam insanlara düşüncə, ibadət və söz azadlığı verən, insan hüquqlarını müdafiə edən və əsl azadlığı təqdim edən bir dindir.
Dinin azadlıq və demokratiya gətirdiyi bir Yəmən
Yəməndəki müsəlmanlar hansı məzhəb və ya camaatdan olmasından asılı olmayaraq, yaşadıqları cəmiyyətdə hər cür düşüncənin və inancın rahatlıqla ifadə edilməsini istəməlidirlər. Çünki müsəlman qarşısındakının həyatına, fikirlərinə hörmət bəsləyər. Din əxlaqına uyğun olmayan, hətta dinsiz, ateist ideologiyaların və fikirlərin belə rahatlıqla izah oluna bilməsini istəyər ki, bu fikirlərə qarşı lazım olan cavabı elmi və fikri olaraq tam verə bilsin. Düşüncələrin, ideologiyaların təzyiq altına alınıb qadağan edilməsi müsəlman üçün bir asanlıq deyil, tam əksinə təbliğini çətinləşdirəcək, elmi mübarizəsini daha çətin hala gətirəcək bir vəziyyətdir.
Məzhəb fərqlərinin gərginlik yaratmadığı bir Yəmən
Yəməndə yaşanan hadisələr içində ən dəhşətlisi, şübhəsiz ki, müsəlmanın silahını müsəlmana çevirməsidir. Bütün müsəlmanlar Orta Şərqdə olduğu kimi, Yəməndə də bir-birləri ilə ayrılığa düşmüş və ixtilaf yaratmışlar.
Allah’ın Quranda bildirdiyi (3/103) “parçalanıb ayrılmayın” əmrinə baxmayaraq, müsəlmanların bir-birlərinə qarşı qəzəb və nifrətlə hücum etmələri çox böyük bir xətadır. Müsəlmanların dərhal məzhəb ayrılıqlarını tərk edərək bu xətadan uzaqlaşmaları və Allah’ın fərz etdiyi şəkildə birləşmələri lazımdır. Allah’ın Quranda bütün müsəlmanlara tək bir camaat olaraq müraciət etməsi müsəlmanların birləşməsinin vacib olduğunu göstərən başqa bir dəlildir.
İşinin əhli olan şəxslərin idarə etdiyi bir Yəmən
Yəməndə insanlar ölkənin yaxşı idarə edilməsini və vəziyyətin çətin olub-olmamasından asılı olmayaraq, idarəçilərin hüquq və demokratiyadan başqa yollara yönəlmələrini, əsas insan haqlarını şüar etmələrini istəyirlər. Xalqın ölkəni idarə edənlərdən başqa bir istəyi isə özlərini Yəmənin mütləq hakimi olaraq görüb zorakı metodlarla qürurlarını razı salmaqdan uzaq durmalarıdır.
Belə ədalətli bir rəhbər olmaq üçün Allah’a səmimi olaraq iman gətirmək, Allah’dan qorxub çəkinmək vacibdir. Belə şəxslər sosial, siyasi və iqtisadi tətbiqatlar, hakimiyyəti gücləndirən fərdlərin istəklərinə görə dəyişiklik etmədiyi üçün heç kimdən təsirlənməz, hər zaman demokratik, ədalətli olurlar. Peyğəmbərimiz hz. Muhammədin (səv) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olan şəxslərə qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allah’ın ayəsində bildirdiyi kimi, zəngin, yoxsul ayırmadan hərkəsə bərabər davranması demokratiya anlayışına ideal bir nümunədir.
Sosial ədaləti təmin edən firavanbirYəmən
Yəməndə hüzurun və rifahın əsas şərti xalqın yaşadığı yoxsulluğun və gəlir fərqlərinin aradan qaldırılmasıdır. Sosial demokratiya olaraq xarakterizə edilən bu xüsusiyyət Yəməndə İslam əxlaqının yaşanması ilə həyata keçə bilər. Uca Allah sərvətin müəyyən dairələrin əlində toplanması yerinə yoxsullar və ehtiyac içində olanlar arasıda bölüşdürülməsini istədiyini bir Quran ayəsində belə açıqlayır:
Allah’ın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allah’a, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allah’dan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. (“Həşr” surəsi, 7)
Arzulanan yeni Yəmən üçün həll yolu
Nəticə olaraq, Yəməndəki ədalətsizliyin, qarışıqlığın, terrorun, cinayətlərin, aclığın, səfalətin və zülmün tək həll yolu vardır: Quran əxlaqı.
Ölkədə mövcud olan problemlərə ümumi şəkildə baxdıqda, bütün bu hadisələrə sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəətpərəstlik, laqeydlik, mərhəmətsizlik kimi duyğuların və əxlaqi degenerasiyanın səbəb olduğu görünəcək. Bu hadisələri həll etməyin və tamamilə aradan qaldırmağın yolları isə sevgi, şəfqət, mərhəmət, qarşılıq gözləmədən xidmət etmək, şövqlü, həssas olmaq, fədakarlıq, dostluq, tolerantlıq və ağıldır. Bu xüsusiyyətlər isə Quran əxlaqını əskiksiz olaraq yaşayan insanlara aiddir.
Yəmən üçün ən mühüm mövzu Quran əxlaqının dinsizliyin qarşısında üstün gəlməsi üçün müsəlmanların fikri sahədə mübarizə aparmalarıdır. Edilə biləcək ən təsirli fəaliyyətlərdən biri şübhəsiz ki, insanlardakı iman zəifliyini və ateizm təlqinini aradan qaldıracaq şəkildə elmi yaradılış dəlillərinin izah olunmasıdır. Bütün insanlara İslamı təbliğ etmək hər müsəlman üçün çox əhəmiyyətli və təxirəsalınmaz bir ibadətdir.