Mikro elektrik açarlarına ilham mənbəyi olan palma böcəkləri


Bu gün bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi layihələrinə başlamazdanmikro-anahtarlara-ilham-olan-palmiye-bocekleri_591x270 əvvəl canlılardakı nümunələri araşdırır, onlardakı sistemləri və dizaynları təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı sistemləri tədqiq edir və bunlardan ilham alaraq yeni texnologiya məhsulları icad edirlər. Palma böcəkləri də elm adamlarına ilham verən minlərlə canlıdan biridir.

Xüsusilə son illərdə təbiətdəki üstün yaradılış dəlilləri elm adamlarına texnoloji irəliləyişdə ilham mənbəyi olur. Kornel Universitetində Kimya və Biomolekulyar Mühəndislik fakültəsindən professor Pol Stin (Paul Steen) tərəfindən dizayn olunan mikro elektrik açarları bu nümunələrdən biridir. Palma böcəklərindən ilham alaraq son texnologiya ilə istehsal olunmuş bu elektrik açarları mikron səviyyəsi adlandırılan metrin milyonda birinə bərabər ölçüdə öz-özünə işləyə bilir.

Palma böcəklərinin hansı xüsusiyyəti açar istehsalına ilham mənbəyi olub?

Palma böcəyi hücuma məruz qaldıqda düşmən canlı gedənə qədər özünü yarpağa yapışdıraraq qoruyur. Dərhal sonra hər biri sadəcə bir neçə mikron ölçüdə təqribən 120 min yağ damcısı ifraz edir. Bu yağ damcıları böcəyin ayaqları ilə yarpaq arasında təmas quran körpü funksiyası yerinə yetirir. Palma böcəyi yağ vasitəsilə yarpağa təması mexaniki tənzimləyir. Pol Stinin böcəkdən ilham alaraq icad etdiyi elektrik açarı isə su və elektrikdən istifadə edir.

Mikro elektrik açarı necə işləyir?

Mikro elektrik açarının iş prinsipi suyun səth gərginliyi ilə əlaqədardır. Eynilə iki nəm kağızın bir-birinə  yapışması kimi, açar bir səthlə təmas etdikdə su zərrəciyinin səth gərginliyindən istifadə edir.

Bu açar rabitə qurma və ya rabitəni kəsməni suyun səth gərginliyi vasitəsilə həyata keçirir. Su zərrəciyi elektrodlardan gələn elektrikdən istifadə edərək düz lövhənin altına və ya üstünə doğru hərəkət edir. Suyun içindəki elektrik sudakı ion adlı müsbət yüklü atomları lövhənin içinə yerləşdirilmiş məsaməli nazik şüşə diskin simlərinə daşıyır. Su hərəkət edir və lövhənin üstündə mikrometr ölçüdə bir zərrə damcıya çevrilir. Bu damcı artıq başqa səthə yapışa bilir. Əmələ gələn rabitəni qırmaq üçün  açar elektrik hasil edən damcını mikro məsamələrdən geri çəkir.

Millimetr ölçüsündəki zərrələr və mikron ölçüsündəki məsamələrlə birlikdə 5 volt elektrik 1 saniyədə elektrik açarını işə salır. Eyni zamanda, tədqiqatçılar daha kiçik zərrələrin hərəkət etmək üçün daha az enerji tələb edəcəyini və daha sürətli açma-qapama edəcəklərini irəli sürürlər. Mühəndislər yüzlərlə nanometr kiçikliyində (təqribən 1 metrin milyardda biri qədər) və böcək damlasının onda biri ölçüsündə olan daha bir elektrik açarının tədqiqat mərhələsində olduğunu deyirlər. Mikro elektrik açarını icad edən Pol Stin bu texnologiyanı belə şərh edir:

“Bu yeni texnologiya əlimizin böyüklüyü ilə nanometr qədər kiçik ölçülər arasındakı uçuruma körpü olacaq. Bizim bu iki ölçünün bir-biri ilə rabitəsini təmin edən cihazlara ehtiyacımız var”. (http://www.psychcentral.com/news/archives/2005-08/cuns-bsu082205.html)

Elm adamlarının ilham aldığı bu kiçik canlıdakı xüsusiyyətlər uca Allahın qüsursuz yaratmasını göstərir. Canlılar bu xüsusiyyətlərə yaradıldıqları andan etibarən malikdirlər. Halbuki, insanlar bu üstün xüsusiyyətləri son bir neçə ildir təqlid edirlər.

Kainatdakı canlı və cansız hər şey uca Allahın yaratma dəlillərinə nümunədir. Hər şeyin Allahın nəzarətində olduğunu, bütün canlılara xüsusiyyətlərini bəxş edənin və nitq verənin Rəbbimiz olduğunu bilən müsəlman üçün yaradılış dəlilləri mühüm iman həqiqətidir. Rəbbimiz bu həqiqəti Quranda belə açıqlayır:

(Bunu) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə (belə etdik.) (Qaf surəsi, 8)

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır… (Nəhl surəsi, 66)

Palma böcəyi öz çəkisinin 100 misli olan qüvvə ilə palma yarpaqlarına necə yapışır? Bu böcəklər elektronikaya necə model olub?

Alüminium qədər güclü rabitələr əmələ gətirən və bu rabitələri qurmaq üçün su zərrəciklərindən istifadə edən elektrik açarı yaradıldıqları gündən bəri bu texnikadan istifadə edən palma böcəklərindən ilham alınaraq icad edilib.

Böcəklər palma yarpağına öz çəkilərindən 100 dəfə artıq qüvvə ilə yapışırlar. Bu rəqəm bir insanın 7 avtomobili daşıma qüvvəsinə bərabərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma