Yeni Bir Sivilizasiya Qurulmalıdır


90-cı illərdən etibarən gündəmdə olan tarixin sonu və sivilizasiyaların qarşıdurması kimi məfhumlardan 24258_10_34_34sonra XXI əsrin, bəlkə də, ən çətin dövründə yaşayırıq. Həqiqət bundan ibarətdir ki, bu məfhumların heç biri əsaslı deyil və həll yolu deyil, dünyanın təcili surətdə yeni bir sivilizasiyaya ehtiyacı var.

Getdikcə tənhalaşan və sevgidən uzaqlaşan insanlar, əxlaqi degenerasiya, iqtisadi böhran, yoxsulluq, terror, anarxiya, qarşıdurmalar artıq dünyanın sadəcə müəyyən bölgələrini əhatə etməklə qalmır. Baş verənlər sadəcə bir bölgədə deyil, bütün dünyada bəzi şeyləri dəyişdirmək lazım gəldiyini göstərir.

Rabitə və kommunikasiya əsrindəyik, hər kəsin başqasının sıxıntısından xəbərdar olduğu və təsirləndiyi dünyada yaşayırıq. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmağın mümkün olmadığını təcrübələrimizlə öyrəndiyimizə görə, indi yaraları birlikdə sağaltmalı və tezliklə “sağalmağın” yolunu tapmalıyıq.

Keçən əsrdə zülmün mərkəzində olan İslam dünyası bu əsrdə irəliləyişin lideri ola bilər. İslamı tanımayan bir çox insan ilk baxışda bunun necə olacağını anlamaya bilər, halbuki bu, çox asandır. Sevməyi bilməyənlərin 1400 ildir din adı altında müsəlmanların üstünə yüklədikləri bütün zəncirləri qırıb Quranın sevgi dolu ruhuna tabe olmaqla, həsrətində olduğumuz sivilizasiyanı qurmaq mümkündür.

Bir müddət əvvəl Nigeriyada adı “Təhsil haramdır”  mənasını verən “Boko Haram” təşkilatının tələbələri vəhşicəsinə öldürməsi, Əfqanıstanda oxumaq istədiyi üçün gənc qızların işgəncəyə məruz qalması kimi nümunələr haradan başlamaq lazım olduğunu göstərir: təhsil. Elmi, texnologiyanı, incəsənəti müsəlmanlara qadağan edərək, bir növ əlini-qolunu bağlayıb əzilməyə məhkum edənlərin təsirini aradan qaldırmağın yeganə yolu təhsildir.

Ancaq burada həyati əhəmiyyətli xüsus var. Sözsüz ki, qərb təhsili şərtdir, ancaq qərbdə təhsil aldığı halda, şərqə və Afrikaya gedib terrorçuluq edən müsəlmanların sayı çoxdur. Bu xüsusun üzərində yaxşı düşünmək lazımdır. Aydındır ki, cahillik içində qalanları istiqamətləndirmək daha asandır, bəs elm, fəlsəfə, incəsənət, texnologiya və s. kimi sahələrdə yaxşı təhsil almış gəncləri terrora sövq etmək necə mümkün olur? Diqqətlə baxdıqda problemin istər qərbdə, istərsə İslam dünyasında zorakılığı və şiddəti qanuniləşdirən təhsil sistemi olduğunu görürük.

Qərb təhsil sisteminin mənfi amillərinin nələr olduğunu bilirik. İstər şiə, istərsə sünni yazılı mənbələrindəki zorakılığa, şiddətə təşviq edən fikirlər çox vaxt qulaqardına vurulur. Təəssüf ki, bir çox gəncə İslam öyrədilərkən, əvvəlcə, bu mənbələr öyrədilir. Quranda nə yazıldığından heç xəbəri olmayan, bildiklərini isə xurafatçı düşüncə tərzi ilə öyrənmiş nəsil şiddətə asanlıqla yönəlir.

Bir tərəfdən: “İslam sevgi dinidir”, – deyərkən, digər tərəfdən namaz qılmayanın, oruc tutmayanın, hətta saqqalını qırxanın öldürülməsini əmr edən mənbələrin olması həm ciddi ziddiyyət, həm də mühüm təhlükədir. İslamın qadına dəyər verdiyindən bəhs edənlərin “qadınlar nə desələr, dediklərinin əksini edin”, “qadınlar yarım məxluqdur”, “cəhənnəm əhlinin əksəriyyəti qadınlardır” kimi “hədis”lərin əsassız olduğunu qəbul etməmələri ciddi problemdir. İslama sonradan daxil edilmiş və Qurana zidd olan nifrət, qəzəb, zorakılıq dolu ifadələr aradan qaldırılmadan: “Müsəlmanlar sevgi dolu insanlardır”, – demək kifayət deyil.

Əlbəttə, Qurana görə, müsəlmanlar sevgi dolu, mehriban, mərhəmətli olmalı və insanlara heç cür təzyiq göstərməməlidirlər. Ancaq əsl məsələ İslam aləminin bir qisminin Qurana deyil, bəzi batil adətlər və xurafatlara görə hərəkət etməsidir. Odur ki, yuxarıda bir-iki misal çəkdiyimiz xurafatların hamısı aradan qalxmadıqca, müsəlmanlar Qurana üz tutmadıqca İslam adı altında zorakılıq edənlərin qarşısının alınması və islamofobiyanın aradan qalxması da mümkün deyil.

Təqribən 150 ildir elmi, incəsənəti, texnologiyanı, keyfiyyəti, mədəniyyəti müsəlmanların əlindən alıb, əllərini-qollarını bağlayan xurafatçılığın necə böyük bəla olduğunu görməmək mümkün deyil. Bəzi qərblilər bu bəlanı aradan qaldırmaq üçün İslama qarşı çıxmağı üstün tuturlar. Halbuki, bu, bəlanı daha da böyüdür, radikalizmə və zorakılığa təşviq edir. Xurafatçılığın və zorakılığın çarəsi Qurandır.

Tədqiqata və təhlilə təşviq edən, incəsənətə və gözəlliyə dəyər verən, qadınların dövlət idarəçiliyində önünü açan, azad düşünməyi təmin edən, insanların üzərindəki hər cür təzyiqin qalxmasının tərəfdarı olan, düşüncə və inancından asılı olmayaraq, insanların yaxşı yaşamasını irəli sürən, sevinci, dinamikliyi, yaradıcılığı istəyən Quran əxlaqı müsəlmanların yeganə çıxış yoludur.

Müsəlmanlar bu əxlaqın qazandırdığı düşüncə tərzi ilə yanaşdıqda təkcə İslam dünyasını xilas etməyəcək, eyni zamanda, bütün dünyaya istiqamət verən yeni sivilizasiya quracaqlar və insanlara yol göstərən işıq olacaqlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma