SÖYÜD YARPAĞI

Yaşı: 54-37 milyon il
Bölgə: Qrin River, Yuta, ABŞ
Fosil qeydləri digər canlılar kimi bitkilərin də milyon illərdir dəyişmədiyini göstərir. Bitkilər bu gün hansı sistem və mexanizmlərə malikdirsə, milyon illər əvvəl də eyni sistem və mexanizmlərdən ibarət idilər. Yer üzünün hər tərəfindən toplanan yüz minlərlə bitki fosili təkamül nəzəriyyəsini qəti təkzib edir. Şəkildəki söyüd yarpağı fosili də 54-37 milyon ildir söyüdlərin dəyişmədiyini sübut edir. Bu fosil bitkilərin təkamül keçirmədiyini, yaradıldığını göstərir.
GÜNƏŞ BALIĞI SİYƏNƏK

Yaşı: 54-37 milyon il
Bölgə: Qrin River, Vayominq, ABŞ
Siyənək və günəş balıqları fosil qeydlərində tez-tez rast gəlinən balıq növləridir. Hər fosil canlıların təkamül keçirmədiyini göstərir. 54-37 milyon illik bu fosil də dövrümüzdəki siyənək və günəş balıqları ilə keçmişdə yaşayanlar arasında heç bir fərq olmadığını göstərir.
GÜNƏŞ MƏRCANI

Yaş: 350 milyon il
Dövr: Devon
Məlumat:
Təkamülçülər illərdir yorulmadan yeni xəyali iddialar irəli sürür və hər dəfə də bu iddialarını geri götürməli olurlar. Bəzən fosilləri gizlətməyə, bəzən də yeni xəyali rekonstruksiyalara əl atırlar. Elmi jurnallarda təxəyyül gücləri ilə çəkdikləri ara keçid fosilləri jurnalın üz qabığında dərc edir, lakin qısa müddətdən sonra jurnalların yeni saylarında üzr istəməyə məcbur olurlar. Çünki yerin altından çıxarılan fosillər təkamülçülərin iddialarını bir-bir təkzib edir.
Şəkildəki 350 milyon illik günəş mərcanı yaradıldığı gündən dövrümüzə qədər heç dəyişməyib. Bu fosil də eynilə digər milyonlarla fosil kimi darvinizmin ancaq batil ideologiya olduğunu, heç bir elmi əsasının olmadığını sübut edir.
BOZ AYI KƏLLƏ SÜMÜYÜ

YAŞ: 90 milyon il
DÖVR: Təbaşir
BÖLGƏ: Gui Zhou, Çin
Təkamülçülər itlərlə ayılar arasında bəzi anatomik bənzərliklər olduğunu irəli sürərək hər iki canlının ortaq əcdaddan təkamül yolu ilə törədiyini iddia edirlər. Fosil qeydləri isə bu iddianın əsassız olduğunu göstərir. Bu günə qədər yarı it, yarı ayı fosil tapılmayıb, ancaq ayıların da, itlərin də dəyişmədiyini göstərən yüzlərlə fosil əldə edilib. Şəkildəki qara ayı kəllə sümüyü fosili də ayıların təkamül keçirmədiyini sübut edir.