Gözlərin Qorunmasında Kirpiklərimizin Rolu


  • Kirpiklər gözlərimizi necə qoruyur?buguleyen-gozler
  • Allah kirpiklərə hansı funksiyaları verib?

  Gözlər bədənimizin xarici dünyaya açılan pəncərəsidir. Bu pəncərələrin qorunması xüsusi sistemlə tənzimlənir. Göz qapaqları mükəmməl şəkildə işləyən sistemin ən əsas hissələrindəndir. Kirpiklər də bu möhtəşəm qoruma sisteminin bir hissəsi və insanın üzünü gözəlləşdirən estetik formalardır. Göz çox kompleks quruluşa və xüsusi funksiyaya malik olmasına baxmayaraq, bədənimizdə kiçik bir yer tutur. Eynilə qiymətli daşın qutusunda saxlanması kimi başımızda xarici amillərdən qorunacaq şəkildə saxlanılır. Həyati əhəmiyyətli funksiyaya malik gözlərimiz üstün yaradılışla qorunur. Göz estetik görünüşlə qorunur. Gözü ətrafındakı bərk, zirehli qabıq da qoruya bilərdi. Ancaq gözün ətrafının sümüklü quruluşu, göz qapaqları, qaşlar və kirpiklər çox estetik və simmetrik görüntü əmələ gətirirlər.   Kirpiklərin qoruma funksiyası   Göz qapağının kənarlarından çıxan kirpiklər gözə estetik gözəllik və ifadə qatmaqla yanaşı, onu tozdan və yad maddələrdən qoruyurlar. Kirpiklər qırıldıqda və ya kəsildikdə yenidən uzanırlar. Uzanma prosesi kirpik əvvəlki uzunluğuna çatana qədər davam edir. Bir kirpik 2-3 aya uzanır. İnsan kirpikləri eynilə pişiklərin bığları kimi toxunmaya çox həssasdır. Ona görə də toz və ya başqa zərərli maddə gözlə təmas etdikdə kirpiklər reflektiv olaraq bağlanaraq gözü qoruyurlar. Bu, Allahın yaratmasındakı bənzərsiz nümunələrdən biridir. Allah bir ayədə yaradılışdakı qüsursuzluğu belə xəbər verir:  

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa  Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)  

Kirpiklərimizin qövsvari forması   Kirpiklər yumşaq və yuxarıya doğru azacıq qıvrımdır. Bu forma həm yararlı, həmdə estetikdir. Meybom vəzlərinin ifraz etdiyi yağla kirpiklər yağlanaraq qövsvari elastik quruluş qazanırlar. Əgər kirpiklər yağlanmasaydı, çox sərt olar və hər dəfə gözümüzü qırpdıqda narahatlıq hissi meydana gələrdi. Gözümüz üçün böyük əhəmiyyət daşıyan göz yaşının da kirpiklərin qövsvari quruluşunda rolu var. Göz yaşı 3 təbəqədən ibarətdir. Ən üstdə yağlı lipid təbəqəsi, ortada lakrimal vəzlərin ifraz etdiyi maye təbəqəsi və altda musin təbəqəsi yerləşir. Bu təbəqələrdən ən üstdə yerləşən lipid təbəqəsi həm selikli qişanın (gözün üst təbəqəsini yağlayan toxuma) üstündəki təbəqənin nəmlənməsini, həm də kirpiklərin qövsvari forma almasını təmin edən təbəqədir. Bu təbəqələr kirpiklərin tük kisəciklərinə açılan yağ vəzləri tərəfindən ifraz olunurlar.   Kirpiklərinizdə kiçik canlıların yaşadığını bilirdinizmi?   Kirpiklərimizdə demodeks adlı gözlə görünməyən kiçik canlılar yaşayır. Bu canlıların müəyyən xüsusiyyətləri var: Demodex folliculorum, yaxud demodeks adlanan bu canlı 0.4 mm uzunluğunda, dəri məsamələrində, saçlarda, burunda, çənədə və kirpiklərimizin köklərində yaşayan kiçik gənədir (ancaq mikroskop altında görünən mikrocanlı). Demodekslərin bir neçəsi bir kirpik kökündə toplaşdıqda infeksiya törədirlər. Bu gənələr ölü dəri hüceyrələri və gözün ifrazatı ilə qidalanır. Bir kirpik kisəsində 25 demodeks yumurtası olur. Bu gənələr böyüdükdə kisədən çıxır və yumurta qoymaq üçün yeni kirpik kisəsi tapırlar. Bu proses 14-18 gün davam edir. Demodekslərin bədəni tük kisəciklərinə yapışmalarını təmin edən pulcuqlarla örtülüdür. Demodekslər bir kirpik kisəsində toplandıqda zərərli olurlar. Bəzi demodeks növləri göz yaşı ifrazatının pozulması xəstəliklərinə səbəb olurlar. Çünki bu gənələr göz yaşı ifraz edən hüceyrə vəzlərini (meybom vəzlərini) yeyirlər. Blefarit xəstəliyi bu gənələrin əmələ gətirdiyi narahatlıq və yanma nəticəsində törəyir. Bu xəstəlikdən kirpiklər tökülür. Gözlərin ən ideal yerdə, simmetrik yerləşməsi də estetikaya uyğundur. İki göz arasındakı məsafə təqribən bir gözün uzunluğuna bərabərdir. Bu məsafə pozulduqda, yəni gözlərin arası daha geniş və ya dar olduqda üzün bütün ifadəsi pozulur. Göz bütün xüsusiyyətləri ilə insanın Allah tərəfindən yaradıldığını sübut edən dəlildir. Ayədə belə buyurulur:

De: “Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yerdən nəyi yaradıblar? Yoxsa onların göylərdə  bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)

  Gözün qorunması uca Rəbbimizin yaratmasına heyranlığımızı artırır   Göz bütün orqanoidləri ilə birlikdə bir anda, qüsursuz yaradılıb. Məsələn, təkcə kirpiklərimiz olsaydı, ancaq onların qıvrılmasını təmin edən meybom vəzləri olmasaydı, gözlərimizi açıb-yummağımız çətinləşər və bu da gözlərimizi qısa müddətdə yararsız hala salardı. Ona görə də estetika ünsürü və bəzək kimi görünən kirpiklərimiz, əslində, göz üçün böyük əhəmiyyət daşıyır. Gözü təşkil edən hər orqanoidin qüsursuz yaradılışı Allahın üstün yaratma sənətinə nümunədir. İnsan doğulduğu andan heç bir əmək sərf etmədən sahib olduğu bu nemətlər üçün Allaha hər an şükür etməlidir. Rəbbimizin qulları üzərindəki rəhməti ayələrdə belə bildirilir:  

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm­­lidir. (Nəhl surəsi, 18)   De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)

  İnsan gözü kimi Allah digər canlıların gözlərində də ehtiyaclarına görə möhtəşəm quruluş yaradıb. Buna ən bariz nümunə dəvənin göz quruluşudur.  

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!” De: “Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O, birdir, qəhr edəndir!” (Rəd surəsi, 16)

  Dəvələrin kirpiklərindəki maraqlı qoruma sistemi   Dəvəni xüsusi canlı edən ən ağır şəraitə belə tab gətirən bədən quruluşudur. Məsələn, dəvənin kirpikləri xüsusi yaradılışa malikdir. Güclü qum fırtınaları da dəvənin gözlərinə zərər vermir. Çünki kirpiklər bir-birinin içinə keçən quruluşdadır və təhlükə anında avtomatik bağlanırlar. Beləliklə, heyvanın gözünə kiçik bir toz zərrəciyi də girə bilmir. Şübhəsiz ki, bütün varlıqlar xüsusiyyətləri ilə birlikdə onları yaradan Allahın sonsuz gücünü və elmini göstərir. Qurandakı bir çox ayədə bu həqiqət bildirilir, Allahın hər yaratdığının bir ayə, yəni dəlil və ibrət olduğu xəbər verilir. Dəvənin yaradılışındakı təfərrüatlara Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma