Qarışqalardan zəhər hazırlayan qızıl qurbağa


2532163201bb133c4b4czjpg.img_assist_custom-600x420Bütün canlılarda Allahın üstün sənəti hakimdir. Allah Quranda insanları ətraflarındakı yaradılış dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Elmi tədqiqatlar Allahın Quranda bildirdiyi bu əmri yerinə yetirməyimiz üçün mühüm məlumat mənbəyidir. Bu tədqiqatların köməyi ilə Allahın üstün ağlını, elmini və sonsuz gücünü daha yaxşı qavrayırıq.

İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 28)

Bu günlərdə mərkəzi və cənubi Amerikada yaşayan qızıl qurbağalar üzərində aparılan tədqiqat buna misaldır. Qızıl qurbağalar gözəl görünüşlü olsalar da, ifraz etdikləri zəhərə görə çox təhlükəli canlılardır. Bu zəhərin mənbəyi isə dərisindən ifraz etdiyi alkaloid adlı kimyəvi maddədir. Bir qızıl qurbağanın ifraz etdiyi zəhər 10 nəfəri öldürəcək qədər güclüdür. Tədqiqatçılar qızıl qurbağanın bu zəhəri xüsusi qida seçimi sayəsində əldə etdiyini kəşf ediblər. Qızıl qurbağaların tərkibində bol miqdarda qarışqa olan qidalar yeməsi nəticəsində alkoloid ifraz etdiklərini üzə çıxarıblar. Kolumbiya Universitetindən Valeri Klark (Valerie Clarck) və Nyu-York Təbiət Tarixi Muzeyinin əməkdaşları Madaqaskarda yaşayan qurbağa növlərindən götürdükləri 3 fərqli zəhəri təhlil edərək qurbağaların yedikləri qarışqalar sayəsində zəhərli kimyəvi maddələr ifraz etdiklərini aşkar ediblər. Bu qurbağalar qarışqaları həm qidalanmaq, həm də özlərini qorumaq üçün zəhər ifraz etmək məqsədilə yeyirlər (Researchers Pinpoint Source of Poison Frogs’ Deadly Defenses).

Qızıl qurbağalar özlərini müdafiə etmək üçün zəhər ifraz etməyi haradan bilirlər?

Kimya biliyi olmayan qurbağalar qarışqaları yeyərək bu zəhəri ifraz edəcəklərini haradan bilirlər?

10 nəfəri öldürəcək gücdə zəhərin tərkib hissəsi olan qarışqalar necə olur ki, qurbağanın özünə zərər vermirlər?

Laboratoriyası olmayan, təcrübə keçirməyən qurbağalar yedikləri qarışqaların özlərinə zərər verməyəcəyini haradan bilirlər?

Ağlı və şüuru olmayan bu iki canlının bütün bu mürəkkəb prosesləri özləri qərar verdiklərini və həyata keçirdiklərini düşünmək qeyri-mümkündür. Qurbağaların bu üstün xüsusiyyətləri Allahın sonsuz yaratma gücünün bir dəlilidir. Allah bir Quran ayəsində bu həqiqəti belə bildirir:

Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!” (Ali-İmran surəsi, 194)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma