İntihar Etmək Haramdır


img1568163Adnan Oktarın 11 oktyabr 2009-cu il tarixli Kanal 35 və Kral Karadeniz TV müsahibəsindən

ADNAN OKTAR: Bir insan intihar edəcək qədər gücünü itiribsə, bu, onun mənəvi cəhətdən nə qədər çökdüyünü göstərir. İnsan nə olur olsun, cinayət törətməz. Heç bir səbəb insanı cinayət törətməyə təşviq edə bilməz. Özünü öldürməsi də cinayətdir və bu, çox böyük haramdır. Bir hadisə olubsa, evdən çıxarsan, gedib parkda oturarsan. Yarım dilim çörək yeyərsən, bir məscidin həyətində yatarsan, ancaq yenə də insan özünü öldürməz. Çox böyük haramdır. Nə olub? Aclıqdan öləcəksən? Allah səni qoruyur. Əgər məsələ qürur məsələsidirsə, niyə qüruruna toxunur? Sən iflasa uğramısansa, hörmətlə qarşılayarıq. Allah səni iflasa məruz qoyub, bir xeyir var. Niyə narahat olursan? Allah deyir, şeytandan Allaha sığınıram: “Bolluq da verir, darlıq da verir”. Bolluqda azğınlaşmaq, təkəbbürlənmək, darlıqda da kədərlənmək, ümidsizliyə qapılmaq olmaz. Allaha təvəkkül edib səbirli olacaqsan.

APARICI: Allaha üsyan etməyib səbirli olmaq lazımdır.

ADNAN OKTAR: Əlbəttə. Bu da çox böyük təhlükədir. Cəmiyyəti xəbərdar edib çəkindirmək lazımdır. Bu intihar edənlər çox dəyərli insanlardır, elə deyilmi? Lakin dini bilikləri əskikdir, imanları zəifdir. Özlərindən çıxırlar, şüurları örtülür və intihar edirlər, Allah qorusun və çox böyük haram edirlər.

İntiharın qarşısı imanla alınar

10 sentyabr bütün dünyada intiharın qarşısının alınması günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir.

Türkiyə Psixiatriya Dərnəyinin rəhbəri Şeref Özer mövzu ilə əlaqədar olaraq verdiyi açıqlamada dünyada intiharların və intihar təşəbbüslərinin son illərdə artdığını bildirib.

Özer: “Başda depressiya ilə spirtli içki və narkotik maddə aludəçiliyi olmaqla, müxtəlif ruhi xəstəliklər, uşaqlıq və yetkinlik dövrünə aid yanlış həyat tərzləri, ailədaxili mənfi hadisələr, sosial cəhətdən təcrid edilmə, ictimai fədakarlığın olmaması, iqtisadi problemlər, itkin düşmə, ümidsizlik, çılğınlıq, köç kimi sosial-iqtisadi amillər intihar riskini artırır”, – deyib.

İntihar və intihar təşəbbüslərinin xüsusilə gənclər arasında daha çox yayıldığını bildirən Özer qeyd edib:

“Dünya Səhiyyə Təşkilatı dünyada hər 40 saniyədə bir intiharın, hər 3 saniyədə bir intihar təşəbbüsünün baş verdiyini, son 45 ildə intiharların 60% artdığını və intiharın bütün dünyada ilk 10 ölüm səbəbi arasında göstərildiyini bildirir. Bu rəqəmlərə görə hər gün 3000 nəfər, hər 30 saniyədə bir nəfər intihar edir. Bütün ölümlərin təqribən 1%-ni intiharlar təşkil edir”.

Dünyanın harasında olur-olsun, problemlərindən asılı olmayaraq, insanların çəkdiyi sıxıntıların yeganə səbəbi var: Allahı tanımamaları və ancaq imanla qazanacaqları nemətlərdən məhrum qalmaları…

Allaha iman gətirmədikcə, Allahdan qorxmadıqca və iman əxlaqı ilə yaşamadıqca insanların həqiqi mənada xoşbəxt, rahat olmaları, problemləri ağılla, sağlam düşünərək həll etmələri, mütləq mənada sabit xarakterli olmaları mümkün deyil.

Bu, Allahın Quranla insanlara bildirdiyi qanunudur. Ən gözəl nemətlərin içində olsalar da, Allahdan uzaq olduqlarına görə, bu kəslər bədbəxt həyat yaşayırlar. Çünki Allah insanlara xoşbəxtliyi ancaq imanla verir, ancaq imanla həyatın gözəlliklərindən həqiqi mənada zövq ala bilərlər.

Qurana uyğun səmimi iman olmadıqca insanlar heç cür həqiqi xoşbəxtliyi əldə edə bilməzlər.

Ən inkişaf etmiş, ən mədəni tanınan ölkələrdə və ya ən yaxşı böyüdülmüş insanlar arasında belə intihar faizinin bu qədər yüksək olmasının səbəbi iman əskikliyidir.

İman gətirən insan dünya həyatında maddi-mənəvi problemlərlə qarşılaşsa da, hamısını iman gözü ilə dəyərləndirərək rahat olur. Məsələn, bir anda bütün mal-mülkünü itirər, külli miqdarda borc altında qalar və bunları ödəmək üçün çıxış yolu olmaya bilər. Yaxud ölümcül xəstəliyə tutulub fiziki cəhətdən çox əziyyət çəkərək yaşamalı olar. Şikəst olar və yaşaması hər cəhətdən çox çətinləşə bilər. Sevdiyi insanlardan uzaq düşər və ya yaxınlarının xain davranışları ilə qarşılaşar. Bu kimi hallar hər insanın başına gələ bilər. Ancaq bundan daha çətin, çıxılmaz vəziyyətlər də olsa, mömin üçün fərq etməz. Müsəlman bütün bunların Allahın nəzarəti altında yaradıldığını, onun üçün xeyirli, hikmətli olduğunu və Allaha təvəkkül edən insan üçün hər şeyin mütləq gözəl şəkildə nəticələnəcəyini bilir. Odur ki, kədər, üzülmək, ümidsizlik, stress, çarəsizlik kimi yanlış hallara yol verməz.

İman gətirməyən insanlar üçün dünyadakı ən adi hadisə belə intihar səbəbi ola bilər. Birindən eşitdikləri pis söz, adi bir tənqid, bir sahədə müvəffəq olmamaları belə onları intihara təşviq edə bilər. Daha böyük problemlərlə qarşılaşdıqda isə əksəriyyəti ciddi depressiyaya düşür və intihara əl atırlar. Mütəxəssislərin verdiyi rəqəmlər bu məsələnin nə qədər ciddi olduğunu göstərir: “… hər 40 saniyədə bir intihar, hər 3 saniyədə bir intihar təşəbbüsü”.

İnsanların problemlərinə həll yolu tapılsa belə, yenə də intihar həll edilməz. Məsələn, iflasa uğrayan birinə itirdiyi pulunun hamısı ödənsə, bəlkə həmin an intihar etməkdən əl çəkə bilər. Ancaq növbəti mərhələdə yeni problemlə qarşılaşacaq. Bu problemi də həll olunsa, yenə də intihara meyilliliyindən əl çəkməz. Çünki məsələnin kökündə həyata yanlış baxışı durur. Allaha təvəkkül etməməyin sıxıntısını çəkir. Belə bir insan dərhal kədərlənir, stress keçirir, ümidsizliyə düşür. Psixoloji cəhətdən dəstək alması, müalicə alması da həll yolu deyil. Yeganə həll yolu uca Allahı tanıması, Rəbbimizin üstün əxlaqını, qullarına sevgisini, rəhmətini, lütfünü, nemətini təqdir etməsi, qədərin mükəmməlliyinə, Allahdan gələn hər şeyin xeyrinə və hikmətinə, insanların axirətdə mükafat alacaqlarına inanmasıdır.

Bu səbəbdən, xüsusilə son 45 ildə 60% artan intihar hadisələrinin qarşısının alınması üçün yeganə yol insanlara Allahı tanıtmaq, Quran əxlaqını öyrətmək, imanı sevdirməkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma