Allah Yolunda Malından Sərf Etməyin Hikmətləri


Money in handİnsanı maddi və mənəvi kirlərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın razı olduğu əxlaqı mənimsəməsinə səbəb olan ən əsas ibadətlərdən biri də Allah yolunda xeyirli işlər üçün malından sərf etməkdir. Allah Peyğəmbərə möminlərin mallarından sədəqə almasını, bu yolla onların təmizlənməsini bildirmişdir. Ayədə belə hökm verilir:

Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir arxayınlıqdır. Allah eşidəndir, biləndir. (Tövbə surəsi, 103)

Ancaq insanların təmizlənməsinə səbəb olan sədəqələr Quranda bildirildiyi kimi edilən xərcləmələrdir. İnsanlar yolda gördükləri dilənçilərə xırda pullarından bir az verdikdə, köhnə paltarlarını bir-iki kasıba payladıqda və ya ac adamları doydurduqda üzərilərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanırlar. Bunların hamısı Allahın razılığını qazanmaq üçün edildikdə Allah qatında savabı olan əməllərdir. Ancaq Allahın Quranda bildirdiyi hədlər var. Məsələn, Allah ehtiyacdan artıq qalanını Allah yolunda sərf etməyi bildirir:

… Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 219)

İnsanın dünya həyatında yaşaması üçün lazımi ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün lazım olan miqdardan artıq əlində olan mal ehtiyacdan artıq qalan maldır. Nəyin sərf edilməsi deyil, insanın səmimi şəkildə verə biləcəyi nədirsə, onu verməsi əsasdır. Allah hər şeyin doğrusunu bilir və ehtiyaclarından artıq qalan miqdarın nə olduğunu tamamilə insanların ağlına və vicdanına həvalə etmişdir. Dünya həvəsi olmayan, əvəzində axirəti satmış insanlar üçün Allah yolunda malından sərf etmək çox asan ibadətdir. Allah dünya həvəsi olanların və ya içində bir az da olsa dünyaya bağlananların mallarından Allah yolunda sərf edərək təmizlənmələrini və dünya həvəsindən əl çəkmələrini istəyir. Şübhəsiz ki, bu, möminlərin axirəti üçün çox mühüm ibadətdir.

İNSAN SEVDİYİ ŞEYLƏRDƏN DƏ EHTİYACI OLANLARA VERMƏLİDİR

İnsanlar başqalarına yaxşılıq etdikdə həmin yaxşılığın özlərinə edilməməsini istəyirlər. Məsələn, ehtiyacı olana əşya verən adam özünün xoşlamadığı, bəlkə heç istifadə etmədiyi şeyləri verir.

Allah insanın özünə münasib bilmədiyi, köhnə, yararsız hesab etdiyi mallarını deyil, sevdiyi, bəyəndiyi əşyalarını verməsini əmr etmişdir. Bəzi insanlara sevdiyi şeyləri vermək çətin ola bilər, ancaq insan təmizlənməsi və xeyir qazanması üçün belə fədakarlıq etməlidir. Bu, Allahın bizə bildirdiyi mühüm sirdir. Allah bundan başqa yolla insanın əsla xeyrə qovuşmayacağını bildirmişdir:

Sevdiyiniz şeylərdən  xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali-İmran surəsi, 92)

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından  xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir. (Bəqərə surəsi, 267)

ALLAH YOLUNDA MALINDAN SƏRF ETMƏK ALLAHA YAXINLAŞMAQ ÜÇÜN BİR YOLDUR

Bir müsəlman üçün heç nə Allahın razılığından və Onun sevgisini qazanmaqdan daha üstün deyil. Mömin həyatı boyu daima onu Allaha yaxınlaşdıran vəsilələr axtarır. Allah bir ayədə möminlərə belə bildirir:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona  vəsilə  axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız! (Maidə surəsi, 35)

Allah Quranda möminlərə sirr və müjdə kimi mallarından xərclədikləri sədəqələrin Ona yaxınlaşmağa səbəb olduğunu bildirmişdir. Odur ki, xoşladığı şeylərdən və ehtiyacından artıq qalandan sərf etmək müsəlmanlar üçün çətin deyil, əksinə, Allaha sədaqət və sevgilərini göstərmək üçün çox dəyərli fürsətdir. Mövzu ilə bağlı bir ayə belədir:

Bədəvilərdən eləsi də vardır ki, Allaha və axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 99)

ALLAH ÜÇÜN VERİLƏN HƏR SƏDƏQƏNİN GÖZƏL MÜKAFATI VAR

Allah Onun yolunda malından xərcləməklə bağlı bir sirr də verir: insanın fədakarlıq edərək malından sərf etdiyi şey mütləq özünə geri qayıdacaq. Bu, Allahın mühüm vədidir. Allah Onun yolunda yoxsulluq qorxusu keçirmədən mallarını sərf edən insanlara həyatları boyu heç gözləmədikləri nemətlərlə ruzi verəcək. Xeyir üçün sərf etdikləri hər şey xeyir kimi özlərinə qayıdacaq. Allahın bu vədinin bildirildiyi ayələrdən bəziləri belədir:

İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şey ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz! (Bəqərə surəsi, 272)

… Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz. (Ənfal surəsi, 60)

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)

Möminlər mallarını və canlarını Allah yolunda sərf edərkən Allahın rizasını və cənnətini istəyirlər, ancaq ayələrdən göründüyü kimi, Allah onlara Onun yolunda nə xərcləsələr, əvəzini verəcəyini bildirir. Ayədə bildirildiyi kimi, Allah əvəzinə başqasını verir. Bunlar həm dünyadakı nemətlər, həm də Allahın cənnətdə möminlər üçün hazırladığı nemətlərdir. Xəsislik edib mallarından Allah yolunda xərcləməyən və ya Allahın hədlərini aşaraq mallarını artırmağa çalışanların isə Allah bərəkətlərini azaldar. Bununla bağlı ayələrdən biri faiz alanların vəziyyətini izah edir:

Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 276)

Allah Öz yolunda mallarından sərf edənlərin Allah dərgahındakı mükafatını başqa ayələrində belə bildirir:

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə surəsi, 261)

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla  sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə nail olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! Mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 264-265)

Bu ayələrin hər biri Allahın Quranda iman gətirənlərə bildirdiyi sirlərdir. İman gətirənlər ancaq Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün mallarından sərf edirlər. Allahın ayələrdə bildirdiyi bu sirləri bildiklərinə görə, Allahın bərəkətinə və rəhmətinə ümid bəsləyirlər. Onlar Allah yolunda mallarını və canlarını sərf etdikcə, halal-harama diqqət etdikcə Allah onların zənginliyini artırır, işlərini asanlaşdırır, Allah yolunda sərf etmək üçün daha çox imkanlar yaradır. Bu sirrə heç bir narahatlıq və gələcək qorxusu keçirmədən, Allahdan qorxub-çəkinərək Allahın hədlərini qoruyan hər mömin öz həyatında şahid olar.

CƏNAB ADNAN OKTARIN AÇIQLAMALARI: “ALLAH YOLUNDA SƏRF EDİLƏN HƏR ŞEY BƏRƏKƏTƏ VƏSİLƏ OLAR”

ADNAN OKTAR: Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdinin (ə.s) dövründə belə iqtisadi böhran olacağını, bütün dünyanı bürüyəcəyini, hətta yağışların azalacağını da hərtərəfli bildirib. Bunların ardınca bahalığın, bərəkətsizliyin yayılacağını xəbər verib. Hətta insanların bazarda: “Mən bu gün də qazana bilmədim, bu gün də qazancım olmadı”, – deyə şikayətlənəcəyini bildirir. Bu da hz. Mehdinin (ə.s) zühur əlaməti olduğuna görə bir xeyir var. Səbəbi insanların təvəkkülsüz olmaları, Allahın verdiyi ruzini özlərinin qazandığını zənn etmələri, qazanc qorxusu, pul yığma həvəsi, kasıblara pul verməmə fikri, zəkat və sədəqədən qaçmaları bu nəticəyə gətirib çıxarır. Ancaq müsəlmanlar bol-bol sədəqə, zəkat versələr, malı, pulu, qızıl-gümüşü yığıb saxlamasalar, bunları Allah yolunda xərcləsələr, bu ölkələrdə belə problem qətiyyən olmaz. Pulu verməsələr, durğunluq olar. Pul, mal, fabriklər donar, hər yerdə durğunluq olar və nəticədə, iqtisadi ölüm baş verər. Belə ki, hal-hazırda da iqtisadiyyat komadadır.

Bu, Peyğəmbərimizin (s.ə.v) bildirdiyi hadisədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma