Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib


Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır.

İslamda fikir azadlığı var

Düşüncəsi və vicdanı azad fərdlərdən təşkil olunmuş cəmiyyət demokratiyanın əsas prinsiplərindən biridir. Fikir və inanc azadlığının əhəmiyyəti isə Quranda 1400 il əvvəl Allah tərəfindən bildirilmişdir.

Cəmiyyətdə çox fərqli inanclara mənsub insan qrupları var. Belə bir cəmiyyətdə yaşayan müsəlmanlar qarşılarındakı insanın inancından asılı olmayaraq ona qarşı anlayışlı olmaqla, bağışlamaqla, ədalətli və xeyirxah davranmaqla məsuldurlar. İman gətirənlər Allahın dininə gözəl tərzdə, sülh və şəfqətlə dəvət etməklə məsuldurlar. İnsanlara fikir azadlığı və yaşamaq hüququ təmin edən və bu hüquqlarının keşiyində duran İslamda insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birləri haqqında pis danışmağı və hətta pis fikirdə olmağı (sui-zənn etməyi) qadağan edən əmrlər var. İslam terror və zorakılığa tamamilə qarşı olduğu kimi, insanlara ən kiçik psixoloji təzyiq olunmasını da qadağan edir. İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdanla mümkündür. Əlbəttə, müsəlmanlar Quranda buyurulan əxlaqi normaları tətbiq etməyi bir-birlərinə xatırlada bilər və bir-birlərini təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə insanlara təbliğ edilməsi bütün iman gətirənlərin boynuna düşən məsuliyyətdir. İman gətirənlər “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et…” (Nəhl surəsi, 125) ayəsinə əsasən, din əxlaqını təbliğ edərlər, ancaq “İnsanları doğru yola yönəltmək sənə aid deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər” (Bəqərə surəsi, 272) ayəsini dərk edərək davranarlar. Əsla məcbur etməz, insanlara maddi və ya mənəvi təzyiq göstərməzlər. Dünyəvi imtiyazlar vəd verərək insanı din əxlaqı ilə yaşamağa istiqamətləndirməzlər. Təbliğlərinin əvəzində mənfi cavab aldıqda müsəlmanlar: “Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 6) – deyə cavab verərlər.

Dünyada xristianlar və yəhudilərdən başqa buddist, hindu, ateist, deist, bütpərəst kimi fərqli inanclara mənsub insan qrupları yaşayır. Belə bir dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancından asılı olmayaraq onunla anlayışla, ədalətlə və xeyirxah davranmaqla məsuldurlar. İman gətirənlər uca Allahın dininə gözəl tərzdə, xoş məramla dəvət etməklə məsuldurlar. Doğrulara əməl edib-etməmək, iman gətirib-gətirməmək qərarı qarşı tərəfin üzərinə düşən məsuliyyətdir. Bir insanı iman gətirməyə məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına ziddir. İnsanların ibadət etməyə məcbur edildiyi cəmiyyət modeli İslam dininə uyğun deyil. Çünki inanc və ibadət ancaq Rəbbimiz Allaha aiddir və insanın öz seçimi ilə olduqda dəyəri olur. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, bu təqdirdə, insanlar o sistemdən qorxduqlarına görə dindar olarlar. İslamda isə insanların vicdanən tamamilə azad olduğu mühitdə Allah rizası üçün səmimi şəkildə edilən ibadətlər qəbul edilir.

Allah dərgahında din, dil, irq, rəng, məzhəb ayrı-seçkiliyi yoxdur

Uca Rəbbimiz Quran ayələri ilə üstünlüyün irq, dil və dinlə ölçülmədiyini, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqvanın Öz qatında üstünlük dərəcəsi olduğunu bildirmişdir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat sursi, 13)

Dünyəvilik, demokratiya anlayışları İslam dininin təməlində var və Quranda əsas yer tutur. Çünki İslam dini fikir və inanc azadlığına əsaslanır və başqa dinlərə mənsub şəxslərin, hətta inancsız insanların da hüquqlarını tanıyır. İslam dininin əsas prinsipləri olan şəfqət, mərhəmət və azadlıq anlayışı dünyəvilik və demokratiyanın da əsasını təşkil edir.

Demokratik sistemdə də siniflər, fərdlər, ailələr bir təbəqənin öhdəsinə verilmir, millətin bütün fərdləri dövləti idarəetmədə iştirak edə bilər və öz sözünü deyə bilər, bütün vətəndaşlar bərabər hüquqlara malikdir. Demokratiyanın əsas prinsipi olan bu qanunlar ən mükəmməl şəkildə Quranda öz əksini tapır.

Allah sərhədləri bir-birinə çox yaxın ölkələrdə belə müxtəlif dillər, hər millətə xas həyat tərzi, danışıq üslubu və adət-ənənələr yaradıb. Məsələn, almanların, fransızların, italyanların, türklərin və çinlilərin dilləri, danışıq üslubu, adət-ənənələri və yeməkləri bir-birindən fərqləndir. Uca Allahın müxtəlif dilləri, rəngləri, irqləri və millətləri yaratması Onun müxtəliflik sənətinin bir təcəllisidir. Allah bu müxtəlifliyi dünyaya gözəllik olması üçün yaradıb. Əgər istəsəydi, bütün dilləri, millətləri və insanların rənglərini eyni yarada bilərdi. Lakin adətləri, yeməkləri, geyimləri və incəsənəti fərqli olan xalqları yaratması insanların bir-birləri ilə tanış olub qaynaşması üçün yaratdığı nemətdir. Allah bunu Quranda belə bildirmişdir:

Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! (Rum surəsi, 22)

Demokratiyanın əsas prinsiplərindən olan dünyəvilik Quranın əsasını təşkil edir

Bir insanın İslam dinini seçməsi tamamilə öz iradəsinə bağlıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilənləri yerinə yetirməsi və ya haramlardan çəkinməsi  tamamilə onun vicdanına bağlıdır. Təbii ki, müsəlmanlar bir-birlərinə Quranda izah edilən əxlaqi xüsusiyyətləri xatırlada bilərlər. Ancaq əsla məcbur etməzlər, insana  təzyiq göstərərək din əxlaqı ilə yaşamağa məcbur etmək olmaz.

Bu, Quranda belə bildirilir:

Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs taqutu inkar edib Allaha iman gətirsə, o, artıq  ən möhkəm bir ipdən  yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

Dünyəvilik həm vicdan azadlığı kimi insanpərvər dəyərə xidmət etdiyinə, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dininə uyğun olduğuna görə, bu prinsipi hər vətəndaş mənimsəməli və müdafiə etməlidir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk dünyəvilik prinsipini belə açıqlamışdır:

“Din vicdan məsələsidir. Hər kəs vicdanının əmrinə tabe olmaqda sərbəstdir. Biz də dinə hörmət edirik. Düşünməyə və düşüncəyə qarşı deyilik. Biz sadəcə din işlərini dövlət və millət işləri ilə qarışdırmamağa çalışırıq. Qəsdə və qiyama əsaslanan xurafatçı hərəkətlərdən çəkinirik”. (Dr. Utkan Kocatürk, “Atatürk’ün Fikir ve Düşünceleri”, Ankara, 1971 Ahmet Gürtaş, səh. 34)

Atatürkün dünyəvilik tərifi İslamın məğzinə və məqsədinə tamamilə uyğundur. Qurani-kərimdə bir kəsin din əxlaqı ilə yaşamasının öz qərarından asılı olduğu, dini qəbul etməsə də, bunun üçün ona zorakılıq edilməməsi bildirilmişdir:

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Biz onu Allahdan) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

Quranda sosial ədalət əmr olunur

Demokratiyanın təməlində sosial ədalət durur. İslamın da əsası sosial ədalətdir. “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar bilməyən bir camaatdır” (Tövbə surəsi, 6) ayəsində inancsız birisi müsəlmandan kömək istədikdə belə ona kömək edilməsinin, hətta onu mühafizə etmək vəzifəsini üzərinə götürərək gedəcəyi yerə qədər ötürülməsinin əmr edilməsi müsəlman cəmiyyətdə hər kəsin qorunduğunu göstərir. Belə bir cəmiyyətdə yıxılana təpik vurulmur, əksinə, çətinlikdə olan qorunur. Xəstə, əlil və ya yaşlı insanlar daha çox şəfqətə layiqdir və daha çox qorunurlar. Qadın ikinci sinif vətəndaş deyil, dəyər verilən, sevgi bəslənilən insandır. Quranda daima qorunan və üstün tutulan qadın Qurana tabe olan cəmiyyətdə də dəyərini tapar. Ona görə, belə bir cəmiyyətdə əzilən kütlələr olmur. İslam cəmiyyətində var-dövlət üstünlük ölçüsü deyil. Müsəlman cəmiyyətdə onsuz da yoxsul insan yoxdur. Var-dövlət toplanıb saxlanılmayan, insanların bir-birlərinə daima kömək etdiyi cəmiyyətdə əsla yoxsulluq olmaz. Quran insanların haqqını ödəməyi əmr etdiyinə görə, zəhmətin əvəzi artıqlaması ilə ödənilir. İş qabiliyyəti olmayanlara da maddi yardım göstərilir. Lakin, eyni zamanda, hər kəs Rəbbimizin “…Allah zəngin, siz isə yoxsulsunuz…” (Muhəmməd surəsi, 38) ayəsinə uyğun davranır. Heç kim digərinə maddi üstünlük iddiası etməz, çünki o cür zəngin həyatda belə, əslində, hər kəs yoxsul olduğunu dərk edir. Bütün mülkün Allaha aid olduğunu və Allah istəsə, dərhal bunu ondan alacağını çox yaxşı bilir. Quranın əmr etdiyi bu sistem sosial ədalət üzərində qurulmuşdur. Sosial ədalət sistemi Peyğəmbərimizin (s.ə.v) Əsri-səadət dövründə tətbiq olunmuşdur və yenidən hz. Mehdinin (ə.s) dövründə tətbiq olunacaq.

Şübhəsiz ki, təkcə insanların həsrətini çəkdiyi əsl ədalət deyil, habelə demokratiya, sevgi, qardaşlıq, dostluq, sülh, əmin-amanlıq da, Allahın izni ilə, çox yaxında hz. Mehdi (ə.s) vasitəsilə bütün dünyaya hakim olacaq. İnsanlar imandan qaynaqlanan sevinc hissini və bərəkəti görəcəklər. Ayələrin işarə etdiyinə və Peyğəmbərimizin (s.ə.v) hədislərinə, böyük İslam alimlərinin sözlərinə əsasən, yaşadığımız axırzamanda insanlar həsrətini çəkdikləri azadlıq və əmin-amanlığa qovuşacaqlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma