Dilin Təkamülü Düyünü


5921Tarixin təkamülü hekayəsini uyduran təkamülçülərin qarşılarında bir çox əngəl var. Bunlardan biri insan şüurunun necə ortaya çıxması, digəri isə nitqin ilk dəfə necə meydana gəlməsidir. Bu iki mövzu insanı digər canlılardan ayıran əhəmiyyətli xüsusiyyətlərdir.

Biz danışarkən düşüncələrimizi dil sayəsində nizamlayır və fikrimizi qarşı tərəfin anlayacağı şəkildə ifadə edirik. Bunlar müəyyən əzələ hərəkətləri tələb etdiyi halda, biz bunları nəzərə belə almırıq. Biz yalnız danışmağı diləyirik. 100-ə yaxın əzələnin uyğun şəkildə yığılıb-boşalaraq səslər, hecalar və sözlər çıxarması, mübtəda, xəbər, əvəzlik kimi elementlərin uyğun sırada düzülməsi nəticəsində qarşı tərəfin anlayacağı cümlələr ortaya çıxır.

İnsanın danışma bacarığı təkamül prosesinin xəyali mexanizmləri tərəfindən açıqlanmayan çox kompleks bir qabiliyyətdir. Təkamülçülər son dərəcə kompleks qabiliyyət olan danışmanın bəsit və heyvani ünsiyyət formalarından təkmilləşdiyini iddia edərək tamamilə müvəffəqiyyətsizliyə uğramışlar. Pensilvaniya Universitetinin professoru Devid Premakın (David Premack)  “İnsan dili təkamül nəzəriyyəsinə utancdır”1 sözləri bu müvəffəqiyyətsizliyi bir daha sübut edir.

Məşhur dilçi Derek Bikerton (Derek Bickerton) utanc səbəblərini belə yekunlaşdırmışdır:

“Danışma insandan əvvəlki nəsildə meydana gələ bilərmi? Xeyr. Heyvan ünsiyyəti xüsusiyyətlərinə bənzəyə bilərmi? Xeyr… Heç bir meymun intensiv təlimə baxmayaraq, qrammatika qaydalarını öyrənə bilməmişdir. Sözlər necə ortaya çıxdı, sözlərin düzülüşü necə ortaya çıxdı? Bu problemlər təkamülünün ürəyində yatır”.2

Yer üzündə mövcud olan bütün dillər mükəmməldir və bu mükəmməlliyin pilləli şəkildə necə qazanılmasını təkamülçülər xəyal belə edə bilmirlər. Təkamülçü bioloq Riçard Dokinzə (Richard Dawkins) görə, ən primitiv qəbilə dilləri də daxil olmaqla, hər dil mükəmməldir:

“Bu mövzuya ən bariz nümunə danışmaqdır. Heç kim necə başladığını bilmir… Sözlər və mənaların mənşəyi də eyni dərəcədə naməlumdur… Dünyadakı minlərlə dilin hamısı mürəkkəbdir. Bunun pilləli şəkildə inkişaf etdiyini düşünürəm, lakin belə olması tam aydın deyil. Bəziləri müəyyən yer və müəyyən zamanda tək bir zəka tərəfindən icad edildiyini və birdən başladığını düşünür”.3

V. K. Vilkins (W. K. Wilkins) və C. Vekfild (J. Wakefield) adlı iki təkamülçü beyin tədqiqatçısı isə bu mövzuda bunları söyləyir:

“Dil təkamülünün keçid mərhələləri ilə əlaqədar dəlil yoxdur. Buna baxmayaraq, alternativ fikirləri qəbul etməyimiz çətindir. Əgər növə xas bəzi xüsusiyyətlər parçalara ayrılmış şəkildə təkmilləşmirsə, bu vəziyyəti açıqlamaq üçün iki yol var. Ya hələ kəşf etmədiyimiz bir güc, bəlkə də İlahi bir müdaxilə ilə lazım olan şəkildə yerləşdirilmişdir, ya da növlərin inkişafında ani bir dəyişikliyin, bəlkə də bir növ spontan və məşhur mutasiyanın nəticəsidir… Amma belə təsadüfi bir mutasiyanın təsadüfi təbiəti bu iddianı şübhə altına alır. Əvvəl qeyd edildiyi kimi, (Pinker and Bloom, 1990), dil kimi kompleks və ideal bir sistemə gətirib çıxaran mutasiyanın ehtimalı yox deyiləcək qədər aşağıdır”.4

Dilçi Noam Çomski (Noam Chomsky) də danışma qabiliyyətinin kompleksliyi qarşısında düşüncələrini bu şəkildə ifadə edir:

“Danışmağın meydana gəlməsi ilə əlaqədar olaraq bura qədər heç bir şey demədim. Səbəbi isə deyiləcək çox az şey olduğundandır. Kənardan görünən bir neçə xüsusiyyətdən başqa, danışmaq böyük bir sirdir”.5

Təkamülçü ön mühakimələrə bağlı qalmayan biri üçün isə danışma bacarığının mənbəyi məlumdur. Bu qabiliyyəti insana verən uca Allahdır. Allah insanlara danışmağı ilham edir və onları danışdırır. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:

“Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz  Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)

Təkamülçülər dilin əsaslandığı bioloji strukturların kompleksliyini açıqlaya bilmədikləri kimi, şüurun mənşəyini də açıqlaya bilmirlər. Maddəyə heç bir şəkildə sadələşdirilə bilinməyən insan şüuru və dildəki komplekslik onu üstün bir ağılın yaratdığını göstərir. Bu üstün ağılın sahibi Rəbbimiz olan uca Allahdır.

1. Swisher III, Roger Lewin, Java Man, Abacus, London, 2002, s. 205

2. Derek Bickerton, “Babel’s Cornerstone,” New Scientist (vol. 156, October 4, 1997), s. 42

3. Richard Dawkins, Unweaving the Rainbow Boston, Houghton-Miflin Co., 1998, s. 294

4. Wilkins, W.K. & Wakefield, J., Brain evolution and neurolinguistic preconditions. Behavioral and Brain Sciences 18 (1): s. 161-226

5. Noam Chomsky, Powers and Prospects, s. 16

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma