Ginkqo Yarpağı


Dövr: Kaynozoy erası, Paleosen dövrü Yaşı: 65-54 milyon il Bölgə: Sentinel Butte, Şimali Dakota, ABŞ
Dövr: Kaynozoy erası, Paleosen dövrü
Yaşı: 65-54 milyon il
Bölgə: Sentinel Butte, Şimali Dakota, ABŞ

Bitkilər fosil qeydlərində dövrümüzdəki bitkilərə bənzər xüsusiyyətləri ilə ani surətdə üzə çıxırlar. Bu isə onların digər canlılar kimi yaradıldığını göstərir.

Şəkildəki ginkqo yarpağı fosilinin təqribən 65 milyon il yaşı var. Bu, bütün digər bitkilər kimi, ginkqoların da təkamül keçirmədiyini sübut edir. Yarpağın əsas cizgiləri və damar quruluşu fosilləşərək olduğu kimi qorunmuşdur. 12 sm boyu olan bitki ginkqoların milyon illərdir eyni olduğunu, dövrümüzdəkilərlə qədim dövrlərdə yaşayanlar arasında fərq olmadığını göstərir.

Günəş balığı

Dövr: Kaynozoy erası, Eosen dövrü Yaşı: 54-37 milyon il Bölgə: Qrin River, Vayominq, ABŞ
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 54-37 milyon il
Bölgə: Qrin River, Vayominq, ABŞ

 

Dövrümüzdə günəş balıqlarının bir çox növü yaşayır. Şəkildə görünən günəş balığı fosili günəş balıqlarının təkamül prosesi keçirmədiyini göstərir. Aradan keçən milyon illər boyu günəş balığının fiziologiyasında hər hansı dəyişiklik olmadığı görünür. Bundan 55 milyon il əvvəlki günəş balıqlarının görünüşü və quruluşu müasir dövrdə yaşayan günəş balıqlarınınkı ilə eynidir.

Minoqa (adi ilanbalığı)

Dövr: Paleozoy erası, Daş kömür dövrü Yaşı: 300 milyon il Bölgə: Meyzon Krik, Breydvud, İlinoys, ABŞ
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaşı: 300 milyon il
Bölgə: Meyzon Krik, Breydvud, İlinoys, ABŞ

Breydvud fosil müxtəlifliyi baxımından olduqca zəngin bölgədir. Əsasən, bölgədəki kömür yataqlarında fosillərə rast gəlinir. Şəkildəki minoqa çənəsiz balıq növüdür. Minoqalar, əsasən, dayaz sularda yaşasalar da, bəzi növləri okeanda uzun məsafələr qət edirlər.

Bu fosil təqribən 300 milyon ildir minoqaların dəyişmədiyini, yəni təkamül keçirmədiyini göstərən dəlillərdən biridir. Aradan yüz milyon illər keçməsinə baxmayaraq, minoqalar dəyişilmədən qalıblar. Dövrümüzdə yaşayan minoqalarla yüz milyon illər əvvəl yaşamış minoqalar arasında heç bir fərq yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma