Çətinlik zamanı edilən fədakarlıq ilə rahatlıq vaxtı edilənlərin dəyəri Allah qatında eyni olmaya bilər


fc626b94fada221b_MAIN.xxxlarge_2xÇətinliklər və sıxıntılar münafiq xarakterli insanlarla səmimi möminləri ayırd edən mühüm imtahan vəsiləsidir. Quranın bir çox ayəsində rahatlıq zamanı möminlərlə birlikdə hərəkət edən, mömin əxlaqına bənzər davranan, çətinliklə qarşılaşdıqda isə fərqli davranan insanlar haqqında məlumat verilir. Bir çox insan rahatlıq vaxtı bəzi çətinliklərə tab gətirir, ancaq çətinlik zamanı bu əxlaqla davranmır. Ancaq güclü imanı olanlar, nə olur-olsun, təvəkkül edir, Allaha bağlılıqda qətiyyətli davranır, qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün cəhd göstərirlər.

Bəzi insanlar bu həqiqətə etinasız yanaşırlar, rahatlıq vaxtı etdikləri yaxşılıqları kafi hesab edirlər. Çətinliklə qarşılaşdıqda isə vaxtı ilə etdikləri yaxşılıqları irəli sürərək fədakarlıq etməkdən qaçırlar. Bundan əlavə, bunları dəlil göstərərək Quranda bildirildiyi kimi fədakar olduqlarını iddia edirlər. Bu əxlaqa malik insanlar özləri sıxıntı içində ikən başqalarının problemləri ilə məşğul olmaq üçün vicdanən məsul olmadıqlarını deyir və “başqaları etsin” məntiqi ilə məsuliyyətdən qaçırlar.

Halbuki, bu düşüncə tərzi Quran əxlaqına qətiyyən uyğun deyil. Allah insanları həyatlarının hər anında gözəl əxlaqla yaşamaqla məsul etmişdir. Bu səbəbdən, hər insan səbirdə, təvəkküldə, səmimiyyətdə, dürüstlükdə, vəfa və sədaqətdə olduğu kimi, fədakarlıqda da ömür boyu qətiyyətli davranmaqla məsuldur. Allah insanın bu məsuliyyətini “Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 46) ayəsi ilə xəbər vermişdir. Öz mənfəətinə zidd olan, hətta özünü təhlükəyə atan, zəhmət və səbir tələb edən hadisələrdə belə insanın könüldən fədakarlıq etməsi Quran ayələrində tərif olunan fədakarlıqdır.

Quranda iman gətirənlərin çətinlik dövrlərində etdiyi fədakarlıqlarla rifah və əmin-amanlıq dövründə etdikləri fədakarlığın eyni olmayacağına diqqət çəkilir. Ehtiyac içində ikən, çətinlik zamanı malını Allah yolunda sərf edən, Allah rizası üçün çalışan insan Allah dərgahında dərəcə baxımından daha üstün tutulur. Quranda bu, belə bildirilir:

Sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Halbuki, göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən fəthdən əvvəl sərf edənlər və vuruşanlar eyni deyillər. Onlar  fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Hədid surəsi, 10)

Başqa bir ayədə isə Allah “Əgər o, asan əldə edilən mənfəət və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər…” (Tövbə surəsi, 42)  sözləri ilə zəif imanlı kəslərin çətinlik zamanı fədakarlıqdan qaçmasının əsl səbəbini bildirmişdir. Asanlıq, rahatlıq və rifah içində olduqda əməlisaleh möminlərlə birlikdə hərəkət edən bu möminlər çətinliklərlə qarşılaşdıqda geri çəkilirlər.

Əməlisaleh möminlər isə özləri sıxıntı çəksələr də, Allah qorxusu və səmimi imanlarına görə böyük əzm, qətiyyət və cəsarətlə fədakarlıq edirlər. Möminin Allahın rizasını qazanmaq üçün şövqlü və əzmli olması çətinlik və sıxıntılarına baxışını da kökündən dəyişdirir. Çətinlik kimi görünən hər cür hadisə iman gözü ilə baxdıqda mömin üçün asanlaşır. İman gətirənlər Allahın səmimi möminlərə, Quran əxlaqı ilə yaşamaqda qətiyyətli olanlara, Allahın rizasını hər cür dünyəvi mənfəətdən üstün tutanlara mütləq kömək edəcəyini bilərək Allaha təvəkkül edirlər.

Bu həqiqəti dərk edən möminlər çətinlik zamanı fədakarlıq etməyi, məsuliyyəti öz üzərinə götürməyi tələb etməlidirlər. Allah kimlərin bu məsuliyyəti daşıdığını Quranın “Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq şərti ilə acizlərə, xəstələrə və  sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri də məzəmmət etməyə heç bir əsas yoxdur. Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə surəsi, 91) ayəsi ilə bildirmişdir. Allahdan qorxan vicdanlı insanın bu həqiqətləri bilərək məsuliyyətdən boyun qaçırması, öz mənfəətinin ardınca getməsi heç bir bəhanə ilə açıqlana bilməz. Allah bu cür insanların bəhanə və üzrünün əsaslı olmadığını Quranda Peyğəmbərimizin (s.ə.v) dövründən bir nümunə ilə belə xəbər verir:

Ancaq varlı olduqları halda, səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar bilməzlər! (Tövbə surəsi, 93)

Yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. Belə de: “Üzr istəməyin, onsuz da sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. Əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir! (Tövbə surəsi, 94)

Bu insanlar ətraflarındakıları davranışlarının doğru olduğuna inandırmağa çalışaraq vicdanlarını rahatlatmaq istəyirlər. Bəzən ailə, bəzən də işlə bağlı məsuliyyətlərini bəhanə gətirərək fədakarlıq etməmələrinin kökündə zəruri səbəb olduğunu göstərmək istəyirlər. Halbuki, bütün bunların əsassız olduğunu özləri də bilirlər. Dünya həyatındakı hər şeyin fani olduğunu, əzəli, əbədi varlığın ancaq Allah olduğunu və hər şeyin sonda Rəbbimizə qayıdacağını dərk edirlər. “Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da!” (Hicr surəsi, 24) ayəsi ilə bildirildiyi kimi, Rəbbimiz bu insanların əsl niyyətini bilir. Buna baxmayaraq, Allahın rizasını qazanmaq əvəzinə nəfslərini razı salmaq istəyirlər. Bu insanlar öz mənfəətlərini güdməyin lehlərində olduğunu düşünərək yanılırlar. Çünki Allahın rizasına uyğun hərəkət etmək insanın lehinədir. Onu qoruyan, nemət verən, təhlükəsizliyini, rahatlığını təmin edən ancaq aləmlərin Rəbbi olan Allahdır.

Unutmaq olmaz ki, eqoistlik iman gətirən insanı axirətdə olduğu kimi dünya həyatında da alçaldar. Allah Peyğəmbərimizə (s.ə.v) malları və canları ilə fədakarlıq etməkdən qaçan insanlara belə deməyi vəhy etmişdir:

Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar (döyüşə) çıxmaq üçün səndən izn istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də (evdə) oturun!” (Tövbə surəsi, 83)

Çətinliklə qarşılaşdıqda geri çəkilmək, öz mənfəətini Allahın rizasından üstün tutmaq müsəlmana axirətdə böyük peşmançılıq gətirər. İmanlı insanın bütün bu həqiqətləri düşünərək əlindən gəldiyi qədər Quran əxlaqı ilə yaşaması əbədiyyən peşmançılıq çəkməsinin qarşısını alar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma