Müsəlmanlar bütün dünyadakı müsəlmanlara görə məsuliyyət daşıyırlar


“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdanstill-of-viola-davis,-dale-robinette,-octavia-spencer-and-emma-stone-in-the-help-(2011)-large-picture qorxun ki, sizə rəhm edilsin.” (Hucurat surəsi, 10) ayəsində bildirildiyi kimi, müsəlmanlar imanla bir-birlərinə bağlanmış qardaşlardır. Odur ki, dünyanın müxtəlif bölgələrində yaşasalar da, fərqli dillərdə danışsalar da, milliyyətləri və irqləri fərqli olsa da, bir-birlərinin sadiq dostları və köməkçiləridirlər. Müsəlmanların qardaşlığı bir-birləri üçün hər cür fədakarlığı və xeyirxahlığı tələb edir. Bu qardaşlığın tələbi olaraq inananlar Allah yolunda çətinlik və sıxıntıya məruz qaldıqda digər müsəlmanların onlara tərəddüdsüz kömək edəcəklərinə əmin olmalıdırlar. Xeyirxahlıq və ehtiyac içində olan qardaşlarına dəstək olmaq bütün müslmanların məsuliyyətidir. Aralarındakı həmrəyliyə görə Allah möminləri “bir-birlərinin dostu” adlandırır.

Allahın əmrinə uyğun olaraq bütün müsəlmanlar qardaşlarının rahatlığı və xoşbəxtliyini səmimi istəməlidirlər. Əlbəttə, bu xidmət zamanı müxtəlif çətinliklərlə qarşılaşacaqlar. Ancaq müsəlmanların bir-birlərinə bağlılıqları və aralarındakı həmrəylik birlikdə bu çətinliklərin öhdəsindən gəlmələrinə səbəb olar.

Bildiyimiz kimi, son günlərdə İslam dünyasında böyük hadisələr baş verir: çevrilişlər olur, daxili qarşıdurmalar baş verir, qısası, müsəlmanlara edilən zülm artaraq davam edir. İstər dünya mediası, istərsə ölkəmizdəki qəzet, televiziya və sosial media xəbərlərinə baxdıqda hər kəsin pərdə arxasında bir səbəbkar axtardığını görürük. İslam coğrafiyasının dünyaya yayılmış “islamofobiya”dan qaynaqlanan bəzi haqsızlıqlara məruz qaldığı inkaredilməz faktdır. Lakin İslam dünyasını təşkil edən ölkələrin bu qarışıqlıqlarda heç payı yoxdurmu?

Şikayətlənmək, daima əzildiyini dilə gətirmək, etiraz etmək, daima təqsiri başqalarının boynuna qoymaq İslam aləminə nə qazandıracaq?

Müsəlmanlar bütün müsəlmanlardan məsul olduqlarını düşünüb birlik şüuru ilə hərəkət etməyin əhəmiyyətini nə vaxt qavrayacaqlar?

Zülm çəkən müsəlmanları qorumaq hər müsəlmanın vəzifəsidir

Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Patanidə, Misirdə, Suriyada və dünyanın hər hansı başqa yerində müsəlmanlar zülm çəkirlər. Hələ də müsəlman ölkələrin çoxunda müharibələr və daxili qarışıqlıq davam edir. Bu müharibələrdə yüz minlərlə silahsız insan həyatını itirir, qadınlar təcavüzə və işgəncəyə məruz qalır, milyonlarla müsəlman evlərindən, yurdlarından çıxarılır, şikəst olur, yaxınlarını itirirlər. Məsum uşaqlar da güllələrə hədəf olur, körpələr qundaqlarında qətlə yetirilir, qaçmağa çalışan insanlar minalara basaraq şikəst qalırlar. İnsanlara vəhşicəsinə zülm edilir. Hətta Misirdə müsəlmanlar namaz qılarkən belə zalımlıqla şəhid edilirlər. Müsəlmanların yaşadığı bir çox ölkədə qadınlar, uşaqlar zülmə məruz qalır, əziyyət çəkirlər. Müsəlman xalqlar bir-bir müstəqilliklərini itirir, onlara kömək əli uzadacaq vicdanlı insanların yardımını gözləyir, ancaq səslərini eşitdirə bilmirlər.

Əziyyət çəkən, şəhid edilən müsəlmanlardan hər kəs xəbərdardır. Çünki demək olar ki, hər gün qəzetlərdə, televiziyada bu çarəsiz, yazıq, kimsəsiz, möhtac insanların görüntülərinə rast gəlmək mümkündür. Çoxları bu insanların vəziyyətini görüb yazığı gəlir. Ancaq bir müddət sonra söhbət mövzusunu və ya baxdığı kanalı dəyişdirdikdə, oxuduğu qəzetin səhifələrini çevirdikdə bu insanların varlığını unudur. Bu insanları həmin vəziyyətdən xilas etmək üçün cəhd etməyi, müsəlmanların bir-birindən məsul olduqlarını heç düşünmür. “Dünyada o qədər zəngin, güclü ölkə və prezidentlər var ikən o insanları xilas etmək mənə qalıb?” kimi yanlış düşüncələrlə məsuliyyəti başqalarının üzərinə atır.

Bu insanlar “evimdə problem yoxdur, işimdə problem yoxdur, ticarətim yaxşı gedir, uşaqlarımın təhsilində problem yoxdur” deyib bir kənara çəkilirlər. Halbuki, bu hərəkət ancaq dünyaya ehtirasla bağlanan, müvəqqəti, çox qısa ömründə dünyəvi mənfəətlərin ardınca qaçan insanlara xasdır. Müsəlman səssiz qalaraq mane olmadığı bu zülmün bir gün böyüyərək özünə də böyük zərər verəcəyini unutmamalıdır. Özünə zərəri toxunmayan zorakılığa səssiz qalmaq böyük vicdansızlıqdır. Xüsusilə də əhəmiyyətsiz məsələlərdə özünü qabağa atıb lovğalananların bu mühüm hadisə ilə qarşılaşdıqda məsuliyyəti başqalarının boynuna atması ciddi əxlaqi pozuntudur. Allah rizası üçün cəhd etmək əvəzinə zülm çəkən müsəlmanları köməksiz qoymaq, “o ölkədən bizə nə, biz öz ölkəmizin dərdini çəkək” məntiqi ilə hərəkət etmək, bir küncdən hadisələrin səngiməsini seyr etmək səmimi müsəlmanlıq deyil.

Zülm çəkən müsəlmanları xilas etmək üçün hər vicdanlı müsəlman bu məsuliyyəti şəxsən üzərinə götürməlidir. Bütün müsəlmanların üzərinə düşən bu məsuliyyətə uca Allah belə diqqət çəkmişdir:

Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)

Məsuliyyət daşıyan müsəlmanlar İslam dünyasındakı problemlər haqqında səmimi düşünməlidirlər

Müsəlmanlar bu problemlər haqqında səmimi düşünməlidirlər.

“İslam dünyası” kimi harada səhvə yol vermişik? Bundan sonra nə etməliyik?

Etdiyimiz səhvləri necə düzəldə bilərik? Nə cür və hansı istiqamətdə konkret addımlar ata bilərik?

İslam dünyasının həm iqtisadi, həm siyasi, həm də sosial cəhətdən dirçəlməsi üçün son nəticəyə aparan ən qəti həll yolları hansılardır?

Qərb ölkələrini narahat edən məsələlər sadəcə ön mühakimədirmi? Onların da haqlı olduğu cəhətlər varmı?

Bəzi insanların məlumatsızlığından, bəzilərinin isə qeyri-səmimiliyindən qaynaqlanan xurafatçı sistemin İslamın bu arzuolunmaz imicində rolu varmı?

Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi, hər kəsin razı qaldığı sevgi və sülh dolu İslam anlayışını mənimsəmişikmi?

Allahın Quranda müsəlmanların birlik olmasını bildirməsinə, parçalandıqda mənəvi güclərini itirəcəklərini, əzilib məğlub olacaqlarını xəbər verməsinə baxmayaraq müsəlmanların dağınıq olması əsl səhvin özlərində olmasını göstərmirmi?

Müsəlmanlar zülmə qarşı Allahın və Rəsulullahın (s.ə.v) yoluna tabe olmaqla məsuldurlar

Müsəlmanlara edilən zülmə qarşı çəkingən və ya zorakılığa meyilli həll yolları təqdim edənlər bilməlidirlər ki, onların hadisələrə laqeyd yanaşması müsəlmanlara qarşı zülmü daha da artırır. Çünki dünyanın hər hansı yerində çarəsiz, məsum müsəlmanlar heç bir səbəb olmadan qətlə yetirilərkən digər müsəlmanların baş verənləri səssizcə seyr etməsi pislərə və zalımlara dəstək olmaq deməkdir. Məhz öz rahatlıqları pozulmasın deyə zülmə laqeyd yanaşanlar, əlbəttə, axirətdə zülmə və haqsızlığa səbir edənlərlə birlikdə olmağı ümid edə bilməzlər.

Müsəlman ölkələrdə baş verən hadisələr haqqında bəzi müsəlman qardaşlarımızın fərqli düşüncələri var. Bəzi qardaşlarımız zorakılığa zorakılıqla cavab verməyin tərəfdarıdırlar. Xalqın və dövlətin qüvvələrinin qarşı-qarşıya gəlməsinin, bir-birlərinə bıçaq, balta və odlu silah tətbiq etmələrinin zülmə çarə olduğunu düşünənlər bilməlidirlər ki, bu düşüncə ilə zülmə əsla mane ola bilməzlər. Zülmə küçə qarşıdurmaları, soyğunlar, təcavüzkarlıq və zorakılıqla son qoymaq olmaz. Zorakılıq metodları ilə meydana gələn dəyişiklik əsla insanların həsrətini çəkdiyi əmin-amanlığı, sülhü və təhlükəsizliyi bərqərar etməz.

Bəzi qardaşlarımız isə yaxşı niyyətlərlə humanitar yardım, atəşkəs, koridor, qaçqın düşərgələri kimi süni həll yolları təklif edərək müsəlmanlara qarşı zülmə son qoyulacağını düşünürlər. Əlbəttə, humanitar yardımlarla bəzi uğur və irəliləyişlər əldə oluna bilər. Ancaq bunlar daimi və tam qaneedici həll yolu deyil. Humanitar yardımlar, gücsüz, zəif insanların hər cür ehtiyacının təmin olunması Allahın Quranda əmr etdiyi gözəl əxlaqi xüsusiyyətdir. Ancaq təkcə bu yolla insanların problemləri həll oluna bilməz. Çünki bu yardımların kim tərəfindən, necə paylanacağı, yəni millətin mənfəətinin nəzərə alınıb-alınmayacağı da məsələnin başqa tərəfidir.

Digər tərəfdən, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ölkədə intizamın və sabitliyin mövcud olması çox vacibdir. Bu sabitlik iqtisadiyyatdan sosial həyata qədər hər sahədə hakim olmalıdır. Müsəlman ölkələrin bir qismində bu cəhətdən tam qarışıqlıq hökm sürür. Elə isə humanitar yardımların məsələni həll etməsi, bu yardımların kiçik, təsirinin böyük nəticələr doğuracağının gözlənməsi böyük xətadır. Çünki Allah bu sahədə bütün insanlar üçün yeganə həll yolunu bildirmiş və birləşməyi əmr etmişdir:

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)

Unutmaq olmaz ki, əsl həll yolu ancaq Allahın və Rəsulullahın (s.ə.v) göstərdiyi yola tabe olmaqdır.

İslam birliyini təcili təsis etmək əvəzinə bu birliyin qurulmasını öz ağıllarına görə qeyri-mümkün hesab edənlər, bunun üçün cəhd göstərməyənlər, bu yolda edilən fəaliyyətləri dəstəkləməyənlər çox böyük məsuliyyət altına girirlər. Zülmə izin vermək də zülmdür. Bu böyük coğrafiyada axan hər damla qandan, dağıdılan hər evdən, şəhid olan hər məsumdan, yaralanıb şikəst qalan hər məzlumdan, aclıq və yoxsulluq içində yaşayan hər insandan İslam birliyi üçün cəhd etməyən hər müsəlman məsuldur. Türk-İslam Birliyinin qurulması Allahın Quranda göstərdiyi, Peyğəmbərimizin (s.ə.v) hədislərində ətraflı izah etdiyi yeganə həll yoludur. Qurana əsasən birləşmək fərz, parçalanmaq haramdır.

 359983-001Müsəlman ölkələrdə sülh və əmin-amanlığın bərqərar olması üçün yeganə həll yolu Türk İslam Birliyidir

Müsəlmanların birləşməsi ən əsas və ağıllı hərəkətdir. İslam dünyası daima idarə olunan, daxili işlərinə qarışılan, çevrilişlər edilən, iqtisadi cəhətdən xarici ölkələrdən asılı, siyasi cəhətdən qlobal qüvvələrin sözünü dinləmək məcburiyyətində olan sistemdən xilas olmaq istəyirsə, dərhal birləşməlidir. Məsuliyyətli müsəlman “İslamın dünyaya sürətlə yayılmasından narahat olan, Quranı Müsəlmanların əlindən almalıyıq deyən, İslamın yüksələn ulduzunu söndürməyə çalışan qaranlıq qüvvələrin xain planlarına təslim olmaq istəmirik” deyə düşünürsə, bunun yolu Türk İslam Birliyini müdafiə etməkdir. İnkarçılar öz mənfəətləri üçün, eyni düşüncə və fəlsəfi ideologiyanın tərəfdarları olmayanlarla belə ittifaq qurub pislik, fitnə-fəsad törətmək üçün birləşirlər. Əgər İslam aləmi öz arasında ittifaq qurmasa, Allah yer üzündə böyük fitnə-fəsad olacağını bildirir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

İslam dünyası məzhəb və irqi ayrı-seçkilik qarşıdurmalarına izin verməyərək ortaq məxrəcdə birləşib İttihadi-İslamın sürətlə qurulmasını həyata keçirməlidir. Bu birlik İslamın bütün bölgəyə yayılmasına, problemlərin həllinə səbəb olacaq, başqa ölkələrin müsəlmanların daxili işlərinə qarışmasına mane olacaq, təriqətlərarası qarşıdurmaların, daxili qarışıqlıqların və anarxiyanın qarşısını alacaq. Bütün İslam aləmi unutmamalıdır ki, ancaq bir mərkəzdə birləşərək birlik ola bilər. Beləcə, İslam coğrafiyasının hər cür hüquqları qorunar, ayrı-seçkilik, haqsızlıq, zülm sona çatar, siyasi, sosial və iqtisadi qüvvə əmələ gələr.

Bu zamanda hər insan öz başının çarəsinə baxmalı deyil, hər müsəlman digəri üçün ciddi çalışmalıdır. Bir çox müsəlman peyğəmbər qissələrini, səhabələrin həyatlarını oxuyub təqdir edir, onların üstün əxlaqını tərifləyir, cəsarətlərini, mərd, qınayanın qınamasından qorxmayan, əsla ümidsizliyə düşməyən, geri çəkilməyən, hər cür çətinliyə sinə gərən əxlaqından bəhs edir. Bu mübarək insanlar Allahın sevdiyi, cənnətlə müjdələdiyi çox dəyərli, fədakar insanlardır. Onlar həyatları boyu saleh əməllər ediblər və dürüst olublar. Ancaq bu gün müsəlmanların üzərinə düşən məsuliyyət sadəcə onların həyatından bəhs etmək deyil, onlardan nümunə götürmək və hər an onlar kimi davranmaqdır. Hər vicdanlı müsəlman İttihadi-İslam üçün cəhd etməklə məsuldur. Bu, sadəcə müsəlman ölkələrin xalqları üçün deyil, bütün insanların rahatlıq, sülh və əmin-amanlıq içində yaşaması üçün yeganə həll yoludur. Allah adətullahına uyğun olaraq mütləq İttihadi-İslamı meydana gətirəcək. Lakin daha çox zülm baş vermədən, vaxt itirmədən bu fərz vəzifənin həyata keçirilməsi üçün çalışmaq əsasdır.

Müsəlmanların “Ya Allah, Bismillah” deyib, şeytandan Allaha sığınıb birləşməsi uca Allahın fərz etdiyi vəzifənin başlanğıcı kimi sevinc mənbəyi olar. Rəbbimiz bütün müsəlmanların qardaş olduğuna və birləşməsinə ayələrdə belə diqqət çəkir:

Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Amma öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Ənbiya surəsi, 92-93)

Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran surəsi, 103)

Ələvi, sünni, şiə, vəhabi, cəfəri və digər məzhəblərə mənsub olan bütün müsəlmanlar din qardaşı olduqlarını dərk etməli, işgəncəyə məruz qalan, yurdlarından sürgün edilən, öldürülən, şikəst edilən müsəlmanların yalvarışlarına qulaq verməli, bu günə qədər onsuz da xeyli vaxt itirdiklərini qavrayıb daha çox vaxt itirmədən dərhal hərəkətə keçməlidirlər. Unutmaq olmaz ki, birləşmək və parçalanmamaq Allahın hamımıza fərz etdiyi hökmdür. Allahın bu hökmünü təcili yerinə yetirmək Allahın rizasına ən uyğun əməldir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma