Təkamül sehrbazlığı: elmi dəlili olmayan nəzəriyyəni elm kimi göstərmək


piltdaun-adamiElm təcrübi metodlara və reallığa əsaslanaraq qanunlar çıxarmağa çalışır. Ancaq dövrümüzdə təkamül nəzəriyyəsi elmin bu tərifindən tamamilə uzaqlaşaraq sanki sehrbaz oyunları ilə ayaqda tutulmağa çalışılır. Başqa sözlə, olmayan şey müxtəlif hiylələr və illüziya oyunları ilə insana reallıq kimi hiss etdirilir. Təbiət və canlılar aləmi haqqında həvəskar səviyyəsində məlumatı olan və heç vaxt ciddi biologiya təhsili almamış Darvin bu sahədə ilk sehrbaz olub. Darvin 1859-cu ildə heç bir elmi kəşf və ya təcrübəyə əsaslanmayan fərziyyələrdən ibarət “Növlərin mənşəyi” kitabını nəşr etdirdi. Bu kitaba əsasən, təkamül nəzəriyyəsi canlıların yaradıldığını inkar edir və təbii proseslərin və təsadüfi amillərin təsiri ilə törədiyini iddia edirdi. Həmin nəzəriyyəyə görə bütün canlılar bir-birindən törəyib. Darvin nəzəriyyəsini irəli sürərkən onu dəstəkləyən elmi dəlillərin gələcəkdə kəşf ediləcəyinə ümid bəsləyirdi. Lakin gələcəkdə də təkamül nəzəriyyəsinin heç bir iddiası təsdiqlənmədi. Əksinə, təkamülün əsassızlığı və canlıların mənşəyinin yeganə açıqlamasının YARADILIŞ  olduğu XXI əsrin elmi ilə sübut edildi.

Təkamülçülər elmi məqalənin içinə yanlış fikirlərini yeridirlər

Nəzəriyyələrini elmi dəlillər və təcrübələrlə sübut edə bilməyən təkamülçülər təkamül nəzəriyyəsi ilə bağlı izahlarını canlılar haqqında elmi açıqlamaların arasına qarışdırmağa başladılar.

Hər hansı elmi məqaləyə baxdıqda ilk bir neçə abzasda canlılar haqqında düzgün məlumat ala bilərsiniz. Ancaq növbəti sətirlərdə birdən-birə məqalə ilə heç bir əlaqəsi olmayan, məntiqdən kənar açıqlamalara rast gələcəksiniz. Aralara yeridilmiş bu fantastik açıqlamalar darvinistlərin təkamül nəzəriyyəsini hər hansı yolla qəbul etdirmək cəhdləridir.

Darvinistlər bəzi elmi terminlərin mənalarını təhrif edərək sanki təkamül nəzəriyyəsi ilə əlaqəsi varmış kimi göstərirlər. Bunu insanlara o qədər sıx təlqin edirlər ki, məsələn, adaptasiya, variasiya, təbii seçmə, mutasiya kimi terminləri eşidən insanlar birbaşa təkamüldən bəhs edildiyini zənn edir və təkamülü elmin labüd hissəsi hesab edərək yanılırlar. Halbuki, bu terminlər canlıların həyatında yer tutsa da, təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Bir-bir açıqlayaq:

Təkamül nəzəriyyəsi kommunist ideologiyanın əsaslandığı materializmin elmi əsasını təşkil edir. Belə ki, kommunizmin banisi olan Karl Marks, Çarlz Darvinin yazdığı və təkamül nəzəriyyəsinin əsasını təşkil edən “Növlərin mənşəyi” kitabı haqqında: “Bizim fikirlərimizin təbii tarixi təməlini təşkil edən kitab məhz budur”, – deyib (David Jorafsky, Soviet Marxism, Natural Science, səh. 12). Məlum olduğu kimi, kommunizm din, dövlət, ailə kimi müqəddəs məfhumları kökündən məhv etməyi hədəf alan, dövlətin vahid quruluşuna qarşı yönəldilən hər cür separatçı hərəkat və düşüncənin təməl ideologiyasıdır.

Təkamülçülər “adaptasiya” terminini necə dəyişdirirlər?

Adaptasiya bir canlının olduğu mühitin dəyişən şərtlərinə daha yaxşı uyğunlaşmasını və çoxalmasını təmin edən xüsusiyyətidir.

Eyni növə aid iki canlı ölçüsü, rəngi, xassəsi kimi fərqli xüsusiyyətlərinə əsasən, ya olduqları mühitə daha yaxşı uyğunlaşır və daha uzun yaşayıb daha çox arta bilirlər, ya da dəyişən şərtlərə tab gətirmir və ölürlər. Bu, təbii seçmə adlanır.

Ancaq təkamül nəzəriyyəsi adaptasiya termininə yeni don geyindirərək yaşadığı şəraitə uyğunlaşan canlıların zaman ərzində başqa növə çevrildiyini iddia edir.

Təkamülçülərin “ətraf mühit şərtlərində dəyişiklik canlıların təkamül keçirərək başqa növə çevrilməsinə səbəb olur” şəklində iddiaları əsassızdır. Bir növ genetik potensialı imkan verdiyi ölçüdə yaşadığı mühitin dəyişikliklərinə uyğunlaşa bilər. Əgər genetik potensialı bu dəyişikliklərə uyğunlaşmasına imkan vermirsə, onda bu növ dəyişən şəraitə uyğunlaşa bilmir və məhv olur. Ancaq heç vaxt şəraitə uyğunlaşaraq başqa növə çevrilmir, eyni növün fərdi kimi qalır. Yəni bir ceyran sürətlə qaça bilirsə, həyatda qalar, ancaq daha sürətlə qaçan heparda çevrilməz.

Təkamülçülər “variasiya” terminini necə dəyişdirirlər?

Variasiya da təkamül nəzəriyyəsi ilə əlaqədar termin kimi göstərilsə də, əslində, bir növün başqa növə çevrilməsinə səbəb olmur.

Variasiya “müxtəlifləşmə” mənasını verən genetik hadisədir. Bu hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlər qazanmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısının genetik informasiyası, əslində, eynidir. Ancaq genetik informasiya hər insanda variasiya potensialı sayəsində müxtəlif şəkildə üzə çıxır. Məsələn, insanların bəzisinin gözləri qıyıqdır, bəziləri qızıl saçlıdır, bəziləri zəncidir, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Ancaq variasiya əsla təkamülə dəlil deyil, çünki variasiya mövcud genetik informasiyanın müxtəlif formalarda üzə çıxmasıdır. Genetik informasiyaya əsla yeni xüsusiyyət qazandırmır. Variasiya (müxtəlifləşmə) həmişə genetik informasiya çərçivəsində baş verir.

Səhləb çiçəyinin 20.000 növü var. Hamısının genetik informasiyası eyni olsa da, variasiya potensialı sayəsində 20.000 müxtəlif səhləb çiçəyi var. Ancaq səhləb çiçəkləri əsla palıda çevrilməzlər. Yəni variasiyalar genetik informasiya imkan verdiyi çərçivədə baş verir.

Genetik dəyişməzlik prinsipi təkamülçüləri çıxılmaz vəziyyətdə qoyur

Genetik dəyişməzlik (genetic homeostasis) prinsipi bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz sədd olduğunu göstərir.

Yəni müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarların, nəticədə, inəkləri Darvinin iddia etdiyi kimi başqa növə çevirmələri qətiyyən mümkün deyil.

“Darwin Retried: An Appeal to Reason” (Darvin yenidən sorğulandı: ağıla müraciət) adlı kitabı ilə darvinizmin əsassızlığını ortaya qoyan Norman Maqbet (Norman Macbeth) belə yazır:

“Problem bundan ibarətdir: canlılar, həqiqətən, hüdudsuz şəkildə müxtəlifləşə bilərmi? Növlər həmişə sabitdir. Heyvandarların və botaniklərin yetişdirdiyi müxtəlif bitki və heyvan cinslərinin müəyyən həddən sonra irəli getmədiyini, hətta orijinal formalarına geri qayıtdığını bilirik…” (Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, New York, 1971, səh. 33)

Beləliklə, variasiyalar bir növün genetik hüdudları çərçivəsində bəzi məhdud dəyişikliklərə səbəb olur. Yer üzündə müxtəlif irqlərdən olan insanların olması və ya ata-ana və uşaqlar arasındakı fərqlər variasiyalardır. Ancaq variasiyada əsla genetik informasiyaya yeni məlumat əlavə edilməz.

Təbii seçmə mexanizmi qarşısında təkamülçülərin çarəsizliyi

Təbii seçmə təbiətdə mövcud olan həyat uğrunda mübarizə nəticəsində güclülərin həyatda qalması deməkdir. Məsələn, yırtıcı heyvanların hücum etdiyi maral sürüsündə təbii olaraq sürətlə qaçan marallar həyatda qalar. Bir müddət sonra bu maral sürüsü ancaq sürətlə qaçan marallardan ibarət olar.

Ancaq marallar bu yolla əsla başqa canlı növünə çevrilməz. Maralların genetik informasiyasına hər hansı məlumat əlavə edilmir və növ dəyişikliyi baş vermir. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maral olaraq qalırlar.

Bu misal bütün canlı növlərinə aiddir. Təbii seçmə sadəcə ətraf mühit şərtlərinə uyğunlaşmayan zəif, gücsüz canlıların aradan çıxmasına səbəb olur, ancaq yeni genetik informasiya və ya yeni orqanlar, yəni yeni canlı növləri meydana gətirmir. Yəni təbii seçmə nəticəsində canlılar təkamül keçirmir. Darvin “Növlərin mənşəyi” kitabının 127-ci səhifəsində bu faktı: “Faydalı dəyişikliklər meydana gəlmədikcə təbii seçmə heç nə edə bilməz”, – deyərək qəbul edib.

Təkamülçü Lorinq Breys (C. Loring Brace) “American Scientist” jurnalında dərc olunmuş məqaləsində təbii seçmənin növləri əmələ gətirən mexanizm olmadığını və darvinizmin elmi kəşflərlə təkzib olunduğunu belə açıqlayır:

“American Scientist” oxucuları biologiyanın böyük hissəsinin və paleontologiyanın tamamilə Darvinin üzvi təkamül haqqında fikirlərini təkzib etdiyini dərk etməyə bilərlər. Adaptasiya isə praktikada əsla keçərli deyil”. (C. Loring Brace, Review of Species, Species Concepts, and Primate Evolution, edited by William H. Kimbel and Lawrence B. Martin, Plenum Press, 1993, səh.560, American Scientist, vol 82, September/October 1994, səh.484-486)

Mutasiyalar təkamülçülərin iddialarını təkzib edir

Mutasiyalar canlıların genetik informasiyasını daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi amillər nəticəsində meydana gələn qırılma və yerdəyişmələrdir. Mutasiyalar DNT əlifbasını təşkil edən nuklein turşularını parçalayır və ya yerlərini dəyişdirirlər. Mutasiyaların 99%-i zərərlidir. Hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar. 1% təsirsizdirlər.

Ona görə, təkamülçülərin iddia etdiyi kimi, mutasiyalar bir növün başqa növə çevrilməsinə səbəb olacaq müsbət dəyişikliklər meydana gətirməzlər. Mutasiyalar ancaq Xirosima, Naqasaki və Çernobıldakı insanlardakı kimi şikəstlik və ölümə səbəb olurlar. Çünki DNT çox kompleks nizama malik molekuldur. DNT-dəki hər hansı təsadüfi dəyişikliyin canlıya ancaq zərər verdiyini amerikalı genetik B.Q. Ranqanatan (B.G. Ranganathan) belə açıqlayır:

“Mutasiyalar kiçik, təsadüfi və zərərli dəyişikliklərdir. Çox nadir meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamül xarakterli dəyişiklik meydana gətirmədiyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələcək hər hansı dəyişiklik ya təsirsiz, ya da zərərli olar. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı ehtimalla təsirsiz olar. Zəlzələ bir şəhəri təkmilləşdirməz, onu məhv edər”. B. G. Ranganathan, Origins?, The Banner Of Truth Trust)

Bu günə qədər heç bir faydalı mutasiya müşahidə edilməyib. İnsanlarda müşahidə edilmiş bütün mutasiyalar zərərlidir.

Mutasiyaların nə üçün təkamülçülərin iddialarını dəstəkləmədiyini üç əsas maddə ilə xülasələmək olar:

1)   Mutasiyalar həmişə zərərlidir.

2)   Mutasiya nəticəsində DNT-yə yeni informasiya əlavə edilmir.

3)   Mutasiyanın sonrakı nəslə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində baş verməlidir. Orqanizmin hər hansı hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəslə ötürülmür. Məsələn, bir insanın gözü radiasiya və bənzər amillərlə mutasiyaya məruz qalıb orijinal formasından fərqlənə bilər, ancaq ondan sonrakı nəslə keçməz.

Bəşəriyyət tarixinin ən böyük yalanı təkamül nəzəriyyəsidir

Yuxarıda izah edilən bütün məlumatlar elmi həqiqətlərdir. Təkamül sehrbazları bu həqiqətləri izah edərkən sətirlərin arasına “bütün bu amillər canlıların təkamül keçirməsinə səbəb olmuşdur” kimi heç bir elmi əsası olmayan əlavələr edir, insanları bu illüziya ilə aldatmağa çalışırlar. Ancaq hər kəs bilir ki, illüziya reallığın təhrif olunaraq beyinin aldadılmasıdır. Darvinizm 150 ildən artıqdır ki, bunu edir. Heç bir elmi dəlili olmayan təkamül nəzəriyyəsini insanlara elm kimi qəbul etdirməyə çalışır.

Ancaq XXI əsrdə bu illüziya sona çatacaq, insanlar həqiqətləri görməyə başlayacaq və zehinlərdəki bulanıqlıq aradan qalxacaq. Darvinist hipnoz sona çatıb. Allahın izni ilə, yaxın gələcəkdə bu nəzəriyyə sadəcə tarix kitablarında bəşəriyyət tarixinin ən böyük yalanı şəklində yer tutacaq.

“Təkamül nəzəriyyəsi” və ya “darvinizm” terminlərini eşidən insanların bir qismi bu məfhumların sadəcə bioloji termin olduğunu və onların həyatı üçün əhəmiyyət daşımadığını düşünə bilərlər. Halbuki, təkamül nəzəriyyəsi dünyada geniş kütləni təsiri altına almış batil ideologiyanın təməlini təşkil edir. Bu ideologiya nə üçün və necə var olduğumuz haqqında həqiqətdən kənar fikirlər irəli sürən materializmdir. Materializm, digər adı ilə maddəçilik maddədən başqa heç nəyin olmadığını iddia edir. Buna əsaslanaraq fövqəltəbii bir Yaradanın (Allahı tənzih edirik) – Allahın varlığını inkar edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma