Afrikada 40 milyona kifayət edəcək qədər su tapılıb


namibya_colunde_400_yil_yetecek_su_kaynagi_bulundu_h92711Elmi tədqiqatlar nəticəsində dünyanın ən quraq bölgələrindən birində 40 milyon insana çatacaq qədər yeraltı su mənbəyi tapılıb. Keniyanın Turkana bölgəsində 250 trilyon litr yeraltı su mənbəyi olduğu müəyyən edilib.

Bəşəriyyətin faydalanması üçün dünyanın gizli təbii mənbələrini kəşf etməyi qarşısına məqsəd qoyan “Radar Technologies International” (RTI) təşkilatı Keniyada böyük kəşfə imza atıb.

Keniya hökumətindən icazə alaraq radar görüntüləmə metodu ilə tədqiqatlar aparan RTI Keniyanın ən quraq bölgələrindən olan Turkananın dərinliklərində böyük yeraltı su mənbəyi kəşf edib.

36 min km2 sahəni əhatə edən su mənbəyinin müntəzəm çıxarıldığı təqdirdə, 40 milyon insana çatacağı bildirilib.

RTI kəşf edilən yeraltı suyun bir qisminin səthə çox yaxın təbəqələrdə olduğunu və  su anbarlarında toplandığı təqdirdə, hər gün 3.45 trilyon su əldə ediləcəyini bildirib.

RTI-nin internet səhifəsindən verdiyi açıqlamaya əsasən, kəşf edilən su quraqlıq bölgədə çoxlu sayda insana yardım edə bilər. Turkanada bu gün 120 min insanın yaşadığı Kakuma qaçqın düşərgəsi yerləşir.

“Newscientist” saytına müsahibə verən Britaniya Geoloji Tədqiqat Mərkəzindən Alan Makdonald: “Kenya hökuməti istifadədən əvvəl suyun keyfiyyətini təhlil etməlidir”, – deyib. Bundan əlavə, Makdonald su anbarlarından suyun çox sürətlə geri çəkilməməsi və su ilə dolmaması üçün lazımi zamanın çox yaxşı hesablanmasına diqqət çəkib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma