Bir ayə bir açıqlama: “Ənkəbut” surəsi, 2


open-arms-to-happiness-308104-1024x645İnsanlar yalnız: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?  (Ənkəbut surəsi, 2)

Bu ayədə Allah iman gətirdiyini deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan səmimi iman istəyir. Bunu isə insan  sadəcə inandığını deməklə əldə edə bilməz. İnsanın dünyadakı vəzifəsi uca Allaha və axirətə iman gətirmək, Quranda bildirildiyi kimi gözəl əxlaqlı olmaq, Allahın hədlərini qorumaq və Onun rizasını qazanmağa çalışmaqdır. Odur ki, hər insan Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın onu azdırmaq səylərinə baxmayaraq, doğru yoldan dönməyəcəyini göstərməlidir. Habelə inkarçılara tabe olmayacağını, nəfsinin istəklərini Allahın rizasından üstün tutmayacağını da sübut etməlidir. Bunu isə qarşılaşdığı hadisələrə münasibəti ilə göstərər. Allah din əxlaqı ilə yaşamağı qəbul edən insanın qarşısına səbir tələb edən bəzi çətinliklər çıxarır, bu çətinliklərdə necə davranacağı ilə onu imtahan edir.

Ona görə, mömin başına gələn hər hadisəyə imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun davranmalıdır. Allah Quranda möminləri qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahan edəcəyini bildirir (Bəqərə surəsi, 155).

Təkcə çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın imtahanıdır. Allah verdiyi hər nemətlə insanın Ona şükür edib-etməyəcəyini də sınayır. Nemətlərlə yanaşı, Allah insanın qarşısına bir çox hadisə çıxarır və qərar verməsini istəyir. Əlbəttə, başına gələn hadisələrin imtahan olduğunu dərk edən və Allahın rizasına uyğun şəkildə qərar verən möminlər bu imtahandan uğurla keçməyə və Allahın Quranda bildirdiyi kimi, cənnət həyatı ilə mükafatlanmağa ümid bəsləyirlər.

Dünyadakı imtahan mühitində möminlər vicdanlarının səsini dinləyib Allahın onları imtahan etdiyini qətiyyən unutmamalıdırlar. Səmimi qəlbdən Allaha üz tutan bir insan qarşısına hər nə çətinlik çıxsa da, mütləq bir asanlıqla qarşılaşar və Allahın izni ilə doğrunu tapar. Bu imtahan dünyasının ən böyük sirlərindən biri iman gətirənlər üçün mütləq qazancla nəticələnməsidir. Ən böyük qazanclardan biri isə iman gətirənlərin bu imtahanlardakı gözəl əxlaqının, cəsarət və mətanətinin onların axirətdəki mükafatını və dərəcələrini artırmasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma