Din əxlaqının yayılmasında gənclərin əhəmiyyəti


Yaşadığımız dövr insanların Quran əxlaqını öyrənməyə və möminlərin təbliğ fəaliyyətlərinə iStock_000007835996Medium-e1296789484659həmişəkindən də artıq ehtiyac hiss etdikləri dövrdür. Bu dövrə ən böyük töhfəni verəcək insanlar, şübhəsiz ki, səmimi iman gətirən gənclərdir. Çünki gənclik insanın Allahın rizasını qazanmaq və İslama xidmət etmək üçün ən məhsuldar dövrüdür. Quranda adı çəkilən peyğəmbərlərin və onlarla birlikdə iman gətirənlərin böyük əksəriyyətinin gənclər olması bunun açıq-aydın dəlilidir. Bu mübarək insanlar nə qədər gənc olsalar da, Allaha iman gətirərək kamilləşmiş və məsuliyyət şüuru ilə hərəkət edərək daima Allahın izni ilə bir çox insanın imanına səbəb olmuşlar.

Əxlaqı və həyatı ilə bütün möminlərə nümunə olmuş dəyərli İslam alimi İmam Rəbbani: “Biz quluq. Sahibimizin əmrindəyik. Nəzarətsiz deyilik. Hər istədiyimizi etməkdə sərbəst deyilik. Yaxşı düşünək! Uzaqgörən ağıl sahibləri olaq! Qiyamət günü utanmaqdan, peşman olmaqdan başqa heç nə əldə edə bilmərik. Gənclik dövrü qazanc vaxtıdır. Mərd olan bu vaxtın qiymətini bilib əldən qaçırmaz. Qocalıq hər kəsə nəsib olmaz. Nəsib olsa da, əlverişli vaxt ələ düşməz” (“Məktubat”, 73-cü məktub) -deyərək müsəlmanlar üçün Allah qarşısında vəzifələrini gənclik dövründən etibarən yerinə yetirməyin əhəmiyyətini vurğulamışdır.

Ancaq din əxlaqı ilə yaşamayan cəmiyyətdə formalaşmış fikrə əsasən, gənclik illəri məsuliyyətsiz, nəzarətsiz keçirilən və ya sadəcə insanların yaşlılıq dövrünü zəmanətə aldıqları, təhsillərini tamamlayıb karyera qurduqları dövrdür.

Əlbəttə, insan həyatında bütün bunlar təbii olaraq gənclik dövründə edilir. Ancaq gənclik illəri, əslində, yaşlılıq dövrü üçün deyil, axirət həyatı üçün çalışılmalı dövrdür. Odur ki, fiziki və əqli cəhətdən sağlam olan, enerjili, gümrah gənclik illəri İslam alimi İmam Rəbbaninin də xatırlatdığı kimi, insanların din əxlaqına ən çox xidmət edəcəyi, dərk edərək, dərin düşünərək nemətlərə şükür edəcəkləri çox dəyərli illərdir.

Gənclik, eyni zamanda, insanın şəxsiyyətinin formalaşdığı, yaxşı və pis vərdişlərin qazanıldığı dövrdür. Bu dövrdə insanlar din əxlaqı ilə yaşamayan cəmiyyətdə kök salmış vərdişlərə, düşüncə tərzinə hələ tam alışmırlar. Şəxsiyyətin formalaşma mərhələsində olduqlarına görə, uca Allahın hidayət verməsi ilə Allahın əmr və qadağalarına uyğun ən gözəl əxlaq modelini mənimsəyə və bunu ömürlərinin sonuna qədər davam etdirə bilərlər. Məhz bu səbəblərə görə, uca Allah Quranda da bildirdiyi kimi, mübarək qullarına gənc yaşlarında din əxlaqını təbliğ etmək vəzifəsini və peyğəmbərliyi vermişdir.

Gənc yaşda peyğəmbərlik verilən mübarək şəxslər

Quranda Allahın gənc yaşlarında elçilik vəzifəsi ilə şərəfləndirdiyi mübarək şəxslərdən biri hz. İbrahimdir. Bütləri ilahlaşdıran (Allahı tənzih edirik) müşrik qövmünə din əxlaqını təbliğ edən hz. İbrahimin gənc yaşda olması Quranda belə xəbər verilmişdir:

Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam! (Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona müraciət etdilər.  Dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”  “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” – dedilər. (Ənbiya surəsi, 57-60)

Hz. İbrahim nəslinin davam etməsi və özündən sonra peyğəmbərlik vəzifəsi üçün uca Allaha ona uşaq verməsi üçün dua etmişdir. Sonsuz mərhəmət sahibi Rəbbimiz də duasına qarşılıq verərək ona hz. İsmayılı vermişdir. Hz. İsmayıl hələ uşaq olmasına baxmayaraq, Allaha imanı və əmrlərinə itaəti ilə nümunəvi müsəlman olmuşdur.

Hz. İsa

Hz. İsa Allahın izni ilə, möcüzəvi şəkildə atasız dünyaya gəlmiş, eyni zamanda, beşikdə olarkən insanlara Allahın onu peyğəmbər göndərdiyini bildirmişdir. Allahın İncili vəhy etdiyi hz. İsa və ona tabe olan köməkçiləri həvarilər də Allahın gənc yaşlarda hidayət verdiyi müsəlmanlardır. Quranda hz. İsanın beşikdə olarkən danışması belə bildirilir:

(Məryəm) ona (uşağa) işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” (İsa) dedi: “O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi!” “Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Bu, barəsində şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında haqq sözdür! (Məryəm surəsi, 29-34)

Hz. Yəhya

Hz. Zəkəriyyanın oğlu olan və hz. İsa ilə eyni dövrdə eyni qövmə peyğəmbər göndərilən hz. Yəhya da Allahın kiçik yaşlarında hidayət verdiyi mübarək insandır. Hələ uşaq ikən ona hikmət verildiyi Quranda belə bildirilir:

 “Ey Yəhya! Kitabdan möhkəm yapış!” Biz uşaq ikən ona hikmət bəxş etdik. Üstəlik, Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi. (Məryəm surəsi, 12-13)

Hz. Yusuf

Hz. Yusuf həyatı, mübarizəsi, məruz qaldığı iftira və zindanda keçirdiyi illərlə bütün möminlərə hikmətli nümunədir. Ona gənc yaşda hidayət verilməsi Quranda belə bildirilir:

… Beləliklə, Yusufu o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz əmrində qalibdir. Lakin insanların çoxu bilmir. Yetkin çağına çatdıqda Biz ona hikmət və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusuf surəsi, 21-22)

Peyğəmbərimizə (s.ə.v) tabe olan gənclər

Peyğəmbərlərin həyatına və mübarizəsinə baxdıqda onlara tabe olan və haqq mübarizədə ona kömək edənlərin çox gənc olduğunu görürük.

Səhabələr və Peyğəmbərimizin (s.ə.v) gənclərə verdiyi əhəmiyyət

Uca Allahın qullarına göndərdiyi son peyğəmbər hz. Muhəmməd (s.ə.v) bütün insanları İslam əxlaqına dəvət etmişdir. İlk müsəlmanlara baxdıqda aralarında cəmiyyətin hər təbəqəsindən insanların olduğunu görürük. Ancaq bu insanların arasında gənclər əksəriyyət təşkil edir. Məkkənin tanınmış ailələrinə mənsub gənclər İslam dininə cəmiyyətin digər fərdlərindən daha çox meyil ediblər. İslam əxlaqını yaymaqda hz. Muhəmmədə (s.ə.v) ən çox bu imanlı gənclər dəstək olublar. Peyğəmbərimizə (s.ə.v) ilk dövrlərdə inanmış müsəlmanlardan bir neçəsi əlli yaşlarında, bəzilərinin yaşı otuz beşdən yuxarı, bəzilərininki isə otuzdan aşağı idi.

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) gənclərə böyük əhəmiyyət vermiş, vəhy katiblərini, əsasən, gənclərdən seçmişdi. Gəncləri müəllim və əksəriyyəti yaşlı səhabələrdən ibarət ordulara sərkərdə təyin etmişdi. Bir çox döyüşdə bayrağı şəxsən özü gənclərə vermişdi. Peyğəmbərimizin (s.ə.v) yanındakı gənclərdən birinin sözləri belə rəvayət edilir:

Cündüb ibn Abdullah (r.ə.) belə rəvayət edir:

“Biz yetkinlik yaşına çatmış bir qrup gənc Rəsulullah əleyhissəlatu vəssəlam ilə birlikdə idik. Quranı öyrənməzdən əvvəl imanı öyrəndik. Sonra da Quranı öyrəndik. Quran sayəsində imanımız daha da artdı”. (Kütübi Sitte, İman Bölümü Hadis 5961)

Bütün möminlər üçün nümunə olan bu gənclərin fəaliyyətlərinə bir çox misal çəkmək olar. Tarixi mənbələrə əsasən:

Peyğəmbərimizin (s.ə.v) yanındakı gənclərdən

  • Hz. Əli çox kiçik yaşda Rəsulullaha (s.ə.v) tabe olmuş, qələbələrinin çoxunu 20-30 yaşlarında qazanmışdı.
  • 25 yaşlarında ikən Həbəşistana hicrət edən Cəfər ibn Əbu Talibin İslamı təbliğ etmək üçün Həbəşistan hökmdarının, xristian din adamlarının və saray əyanlarının hüzurundakı hikmətli nitqi tarixə düşmüşdür.
  • Musab ibn Umeyr 25 yaşında ikən birinci Əqəbə beyətindən sonra hz. Muhəmməd (s.ə.v) tərəfindən Mədinəyə müəllim göndərilmişdir.  Onun fəaliyyətləri sayəsində bir çox mədinəli müsəlman olmuşdur.
  • Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) qonşu ölkələrin hökmdarlarına və ərəb qəbilələrinə göndərdiyi məktubların çoxunu Zeyd ibn Sabit adlı gənc səhabə yazırdı. Eyni zamanda, qonşu ölkələrdən gələn məktubları tərcümə etmək və cavab yazmaq üçün Peyğəmbərimizin (s.ə.v) əmri ilə ibrani və süryani dillərini öyrənmişdi. Vəhy katiblərindən biri idi. Hz. Muhəmməd (s.ə.v) vəfat etdikdə isə Zeyd ibn Sabit hələ 21 yaşında idi.
  • Peyğəmbərimizin (s.ə.v) yanındakı gənclərin ilk illərdə Ərəbistan yarımadasından kənarda da İslam əxlaqının tanınmasında mühüm rolu olub.

Hz. Musaya tabe olanlar

Firona və bütpərəst qövmünə qarşı nümunəvi mübarizə aparan hz. Musa qövmünü din əxlaqına dəvət etmişdir. Bu dəvəti nəticəsində iman gətirən və hz. Musanın köməkçiləri olanların da gənclər olduğu Quranda belə bildirilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil (gənclər) iman gətirdi… (Yunis surəsi, 83)

 Bir zaman Musa öz gənc xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca geri dönməyəcəyəm!” (Kəhf surəsi, 60)

Kəhf mağarasındakı gənclər

Əshabi-kəhf Quranda “Kəhf” surəsində bildirilən, iman gətirmiş bir qrup gəncdir. Kəhf əhlinin mağaraya sığınmasının səbəbi dövrün diktator rejimidir. Öz fikirlərini rahatlıqla ifadə edə bilməyən, doğruları bildirə bilməyən, din əxlaqını lazımınca təbliğ etmələrinin qarşısı alınan kəhf əhli həll yolunu bu cəmiyyətdən uzaqlaşmaqda görmüşdür. “Kəhf” surəsi Peyğəmbərimizin (s.ə.v) və İslam alimlərinin bir çox cəhətdən diqqət çəkdiyi surədir. Kəhf və Rəqim əhli qissələrindən bəhs edilən “Kəhf” surəsində axırzamana (hədislərdə xəbər verilən, qiyamətdən əvvəlki dövrə) işarə edən bir çox ifadə var. Bu ayələrdən bəziləri aşağıdakılardır:

 Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. (Kəhf surəsi, 9-10)

Bu ayələrdə axırzamanda gənclərin üzərinə böyük məsuliyyət düşəcəyinə, batil ideologiyalarla elmi mübarizə aparılmasında, din əxlaqının təbliğ edilməsində və insanlara edilən zülmün aradan qaldırılmasında gənclərin mühüm vəzifələr yerinə yetirəcəyinə işarə edilə bilər (doğrusunu Allah bilir).

Axırzamanda hz. Mehdinin gənc köməkçiləri

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) hədislərində axırzamanda möminlərin lideri olacaq mübarək bir şəxs olan hz. Mehdinin gələcəyini müjdələmişdir. Axırzamanda Allah`ın zülm və qarışıqlıq mühitinə çevrilmiş dünyanı ədalətlə doldurmaq və İslam əxlaqını yer üzünə hakim etmək üçün göndərdiyi hz. Mehdinin köməkçilərinin gənclər olduğu hədislərdə xəbər verilmişdir:

Hükeym ibn Sad belə deyir:

İmam Əmirəlmöminin Əlinin (ə.s) belə buyurduğunu eşitdim:

“Mehdi əleyhissəlamın əshabı gəncdir və aralarında yaşlı yoxdur, ancaq gözdəki sürmə və ya yeməkdəki duz qədərdirlər. Yeməkdəki ən az şey də duzdur”.

Quran əxlaqının yayılmasında gənclərin üzərinə düşən məsuliyyət

Sonsuz hikmət sahibi Rəbbimizin qullarına rəhməti olan gənclik kimi nemətə möminlər şükür etməlidirlər. Şübhəsiz ki, “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız” (Təkasur surəsi, 8) ayəsinin hökmünə uyğun olaraq hər müsəlman bu neməti Allah yolunda ən xeyirli şəkildə dəyərləndirməlidir.

Gənclər yer üzündə gözəl əxlaqın yayılmasından, müharibələrə, zülmə son qoyulmasından, müsəlmanların yer üzündə əziyyət çəkməsindən məsuldurlar və yaxşılığı əmr edib pislikdən çəkindirmək vəzifəsini üzərilərinə götürməlidirlər. Bütün bunların əsasında duran batil ideologiyalarla elmi mübarizə aparmalı, özlərindən əvvəlki əməlisaleh möminlərin həyatından nümunə götürməlidirlər. Səhabələrin hz. Muhəmmədə (s.ə.v) sədaqətindən, sevgisindən, itaətindən örnək götürməli, Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə tabe olmalıdırlar. Beləliklə, dünyanın çox yaxın, işıqlı gələcəyə yaxınlaşmasına Allahın izni ilə, mömin gənclər  bu cəhdləri ilə səbəb olacaqlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma