Boko Harama Qarşı Nə Edilməli?


İslam üçün zərərli olanı hər zaman kənarda axtarmamaq lazımdır. Əvvəlcə özümüzü nəzərdən keçirmək140505131128_bokoharam_512x288_bbc_nocredit lazımdır. Suriya və İraqda İŞİD, Somalidə Əş Şəbab, Əfqanıstanda Talibanın insanlıqdan kənar və nifrət saçan əməliyyatları kimi Nigeriyada da Boko Haramın vəhşilikləri İslamafobiyaya səbəb olur. Xurafatçıların xətaları bütün İslam aləminin başına bəla gətirir. Bir ovuc xurafatçıya görə bütün dünyada İslamafobiya yayılır. Xurafatçı inancın vəhşilikləri bütün dünyanı qorxudur.

15.04.2014-cü ildə Nigeriyanın Borno əyalətində 12-15 yaşları arasındakı 200 qız tələbə qaçırıldı. Mayın 6-ında daha 8 qız tələbə qaçırıldı. Bu qəbuledilməz vəhşilikləri isə Əl-Qaidə ilə əlaqəsi olduğu deyilən Boko Haram terror təşkilatı öz üzərinə götürdü. Təşkilat lideri Əbubəkir Şekau qızları qul olaraq satacaqlarını bildirərək təhdidlərini davam etdirir.

Son 50 ildir Afrikada güya İslam adına fəaliyyət göstərən bir çox xurafatçı-radikal təşkilatlarının yüzlərlə terror aktlarına şahid olduq. Bu terror təşkilatları öz inanc və əqidələrini zorakılıq yolu ilə insanlara qəbul etdirməyə çalışırlar.

Boko Haram da Nigeriyada Avropa sayağı təhsil sistemini istəmədiyini bildirir. Boka Haram sözünün mənası də elə “Qərb təhsili haramdır” deməkdir. Bu səbəbdən məktəblərə, tələbələrə və dövlət qurumlarına hücum edirlər. 2013-cü ilin sentyabr ayında Yobe əyalətində bir tələbə yataqxanasına hücum edən terror təşkilatı 42-si tələbə olmaqla 50 nəfəri öldürmüşdü. Bu radikal təşkilat son bir ildə ölkənin şimal-şərqindəki 3 əyalətdə təşkil etdiyi hücümlarla 1500-dən çox insanın ölümünə səbəb olmuşdur.

Qız tələbələrin qaçırılmasından sonra ABŞ Nigeriyaya öz yardımını təklif etdi. Ancaq ABŞ və Avropa ölkələri radikalizmin səviyyəsini aşağı salacaq siyasət apara bilmirlər. Qərbdən “radikalizmi aradan qaldırma” səsləri yüksəldikcə bu səs “Qərb dünyasını düşmən və haram” olaraq səciyyələndirən radikalların da daha çox zorakılığa əl atmasına səbəb olur. Radikallar Qərbin onları yox etməyə çalışan düşmən olduğu propaqandasını yayaraq özlərinə tərəfdar toplayırlar.

Zorakılığa məruz qalan zorakılığa, silaha görə silaha sarılırlar. Nəticədə hər ölüm, hər işğal və hər müharibə radikalların propaqandasını gücləndirən faktora çevrilir.

Xurafat düşünüldüyü kimi kortəbii şəkildə tətbiq edilən bir sistem deyil. Xurafat yanlış bilgilərlə təchiz edilmiş “qaranlıq həyat fəlsəfəsi”nə verilən addır. Bu idealogiyanı mənimsəyən insanlar sevgisiz, xəstə ruhlu insanlar olur.

Məsələn, Boko Haram qərb təhsilinə qarşıdır, amma özü xurafatçı mənbələrə  əsəslanaraq təhsil verir. İslam dininin əsas qaynağı olan Qurani-kərimi haşa yetərsiz görərək, uydurma və həqiqətdən kənar yüzlərlə mənbə ilə öz ağıllarına görə yüzlərlə qayda çıxarırlar. Bu azğın fəlsəfə nəticəsində qız tələbələri qaçırmaq, onları bir əşya kimi satmaq və ya zorakılıq etmək kimi fətvalar verirlər. Dolayısilə bu qruplar içində yaşayanlar İslamı əsl mənbəyi ilə dəyərləndirmə qabiliyyətlərini itirdiklərinə görə özlərinin də doğru yolda olduqlarını düşünürlər. Elə bu anda durub düşünmək lazımdı. Radikalizm yanlış inanclarla ortaya çıxdığından bu quruluşun ehtiyacı olan tək şey doğru təhsildir.

Belə ki, İslamı həqiqi mənbəyi ilə anlata biləcək, sevgi dostluq, qardaşlıq, sülh və ağılla insanlara yaxınlaşabiləcək, mərhəməti, şəfqəti insanlara izah edə biləcək sevgi müəllimlərinin dəsəkləmək lazımdır.

Xurafat müalicə edilə bilər. Xurafatçılardan nifrət etmədən, sistemli və elmi təhsil yolu ilə xəstəliklər, qorxular, narahatlıqlar aradan qaldırıla bilər. Radikalizmlə mübarizə aparkən onları narahat edəcək şeyləri də anlaya bilmək və həll yolunu onların üzərində qurmaq lazımdı.

Xurafatçı insanın elmə, texnologiyaya və qərb təhsilinə qarşı olmasının altında əslində öz inanclarına qarşı çıxılacağı düşüncəsi yer alır. Elmin dinə qarşı istifadə edildiyini düşünərək qarşı çıxır. Halbuki, bütün elmi nailiyyətlər haqq dinlərin müdafiə etdiyi gerçəkləri sübüt edir. Təhsil sistemində bu elmi nailiyyətlərə də yer verilməsi xurafatçıların düşmənçiliklərini rahatlıqla aradan qaldırar.

Eyni zamanda bu təhsil sistemi yeni xuraftçıların da yaranmasına mane olar. Əgər insanlar elmi, fəlsəfi və mədəni cəhətdən İslam və Quran haqqında düzgün məlumatlandırılsalar, xurafat cəmiyyətdə axtardığı dəstəyi də tamamilə itirəcəkdir.

Qadın düşmənçiliyi də əslində tarixi problemdir. Bu təkcə xurafatçı İslami qruplara aid deyil. Dünya səviyyəsində qadınlara seçmə və seçilmə haqqının 2-ci əsrdən sonra verildiyini düşünsək, qadınlara baxış açısının bir çox cəmiyyət və inancda da çox yanlış olduğunu görərik.

Fransada 1944-cü il, İsveçrədə 1971-ci ildə bu hüquqlar verilmişdir. Ən inkişaf etdiyini düşündüyümüz Avropa ölkələrində belə qadın istismarı və zorakılığı çox yüksək səviyyədədir. Qadın bəlkə də minlərlə ildir ki, yarı insan olaraq qəbul edilmişdir. Halbuki, Quranda qadın və kişi hər cəhətdən bərabərdir. Bir Quran ayəsində bu şəkildə bildirilir.

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah’dan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hücurat surəsi, 13 )

İnsanların üstünlüyü cinsiyyətləri deyil, gözəl əxlaqları, səmimiyyətləri və vicdanlarıdır. Peyğəmbərimizin (səv) dövründə səhabələr içində qadınların da çox aktiv olması, Peyğəmbərimizin (səv) xanımı hz. Xədicənin ticarətlə məşğul olması, hz. Süleymanın dövründə Səba məlikəsinin

dövləti idarə etməsi, hz. Məryəmin cəmiyyətdə çox hörmətli və elm sahibi bir insan olması, Fironun xanımının imanlı biri olaraq yaşaması qadınların sosial həyatdakı önəmini göstərir. Göründüyü kimi, İslamın gerşək qaynağı Quranla xurafatçıların yanlış mənbələri arasında yerlə göy qədər fərq var. Bir daha təkrar etməkdə fayda var. Ediləcək tək şey “təhsil” dir.

Nəticə etibarilə həm müsəlmanlar, həm də dünya sevgi rəhbərinə bir an öncə qovuşmalıdır. Sevgi ilə bütün insanlara qucaq açan, inancı, dini, dili, fikri nə olursa olsun hər kəsə tolerant münasibət bəsləyən sevgi rəhbəri. Yatanı oyatmadan, bir kişinin belə burnu qanamadan, doğmalarının əleyhində olsa belə ədalətdən vaz keçməyən sevgi və səmimiyyətlə qərar verəcək bir rəhbər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma