Mükəmməl Yaradılışdakı Məqsəd


piramitlerBir tikili və ya sənət əsərindəki möhtəşəmliyi anlamaq və təqdir etmək üçün çox vaxt həmin əsər və ya tikili haqqında hərtərəfli məlumat əldə etməli, onun üzərində düşünməliyik. Məsələn, Misir piramidaları haqqında hərtərəfli məlumatı olmayan birisi bunları sadəcə səhranın ortasındakı daş yığını kimi görər, hətta nə üçün dünyanın 7 möcüzəsindən biri olduğunu anlamaya bilər. Ancaq bu piramidaların hər birinin təqribən 2.5 ton ağırlığında, 2.3 milyon daş blokdan ibarət olduğunu, piramidaların həmin ərazidə tikilməsində istifadə edilən həndəsə biliyi, daşların kəsilməsindəki dəqiqlik, tikilinin nəhəng ölçüsü və bu piramidaların tikildiyi dövrdəki şərait və texnologiyanı öyrəndikdə, həqiqətən, möcüzə olduqlarını anlayar. Piramidanın interyeri, daxilindəki dəhlizlər və bir çox sirli cəhəti öyrəndikdə isə bu möcüzələrə olan heyranlığı daha da artar.

Bu, mükəmməl xarici görünüşü ilə bərabər bir çox möcüzəvi xüsusiyyətə malik insan orqanizminə də aiddir. Əgər insanlar təfərrüatları öyrənməsə və bunlar üzərində düşünməsə, hər an gözünün önündə olan möcüzələrin fərqinə varmaz. Halbuki, qarşıdan gələn avtomobilin onu vuracağından qorxduqda, qripə yoluxduqda, qan təzyiqi qalxdıqda və ya bir dostu ilə görüşüb salamlaşdıqda hər insanın orqanizmində qeyri-adi hadisələr baş verir. Saniyələr, hətta saniyədən də az müddət ərzində orqanizmdə gözlə görünməyəcək qədər kiçik molekullar arı kimi işləyərək insanın özünün belə anlamadığı bilik və peşəkarlıq tələb edən mürəkkəb işlər görürlər.

Bütün kainatı, canlıları və insanı yaradan Allah, şübhəsiz ki, bu qüsursuz sistemləri və möhtəşəm qabiliyyətləri olan molekulları bir məqsədlə yaratmışdır. Buna görə, ağıl və vicdan sahibi hər insan Allahın yaratmasındakı möcüzələri öyrənməli və bunlar üzərində düşünməlidir.  Bunları öyrənmək bu möcüzələri yaradan Rəbbimizin sonsuz gücünü, elmini, ağlını, böyüklüyünü və əzəmətini daha yaxşı qavramağımıza səbəb olur. Allahın ayədə bildirdiyi kimi:

“…Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar…” (Fatir surəsi, 28)

İnsan Allahın yaratdığı varlıqdır. Orqanizmində atomlardan ən kiçik molekullarına qədər hər şey Allahın elmi ilə hərəkət edir və kainatdakı bütün varlıqlar kimi Onun gücünə boyun əymişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma