Din əxlaqının yayılmasında gənclərin əhəmiyyəti

Yaşadığımız dövr insanların Quran əxlaqını öyrənməyə və möminlərin təbliğ fəaliyyətlərinə iStock_000007835996Medium-e1296789484659həmişəkindən də artıq ehtiyac hiss etdikləri dövrdür. Bu dövrə ən böyük töhfəni verəcək insanlar, şübhəsiz ki, səmimi iman gətirən gənclərdir. Çünki gənclik insanın Allahın rizasını qazanmaq və İslama xidmət etmək üçün ən məhsuldar dövrüdür. Quranda adı çəkilən peyğəmbərlərin və onlarla birlikdə iman gətirənlərin böyük əksəriyyətinin gənclər olması bunun açıq-aydın dəlilidir. Oxumağa davam et

Əksəriyyətin təkamül nəzəriyyəsinə inanması Darvinizmin doğru olduğunu göstərmir

charles-darwinDarvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, – deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar. Oxumağa davam et

Bir ayə bir açıqlama: “Ənkəbut” surəsi, 2

open-arms-to-happiness-308104-1024x645İnsanlar yalnız: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?  (Ənkəbut surəsi, 2)

Bu ayədə Allah iman gətirdiyini deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan səmimi iman istəyir. Bunu isə insan  sadəcə inandığını deməklə əldə edə bilməz. İnsanın dünyadakı vəzifəsi uca Allaha və axirətə iman gətirmək, Quranda bildirildiyi kimi gözəl əxlaqlı olmaq, Allahın hədlərini qorumaq və Onun rizasını qazanmağa çalışmaqdır. Oxumağa davam et

Afrikada 40 milyona kifayət edəcək qədər su tapılıb

namibya_colunde_400_yil_yetecek_su_kaynagi_bulundu_h92711Elmi tədqiqatlar nəticəsində dünyanın ən quraq bölgələrindən birində 40 milyon insana çatacaq qədər yeraltı su mənbəyi tapılıb. Keniyanın Turkana bölgəsində 250 trilyon litr yeraltı su mənbəyi olduğu müəyyən edilib.

Bəşəriyyətin faydalanması üçün dünyanın gizli təbii mənbələrini kəşf etməyi qarşısına məqsəd qoyan “Radar Technologies International” (RTI) təşkilatı Keniyada böyük kəşfə imza atıb. Oxumağa davam et

Müsəlmanların Birliyi Ən Vacib Məsələdir

2Bir çox insan rahat kreslosunda oturub çay içə-içə televizor izləyərkən dünyanın müxtəlif yerində milyonlarla müsəlman qardaşımız böyük zülmə məruz qalaraq yaşamaq uğrunda mübarizə aparır. İraq, Əfqanıstan, Şərqi Türküstan, Kırım, Fələstin, Kərkük, Moro, Patani və Arakandakı müsəlmanlar hər gün müsəlman qardaşlarından gələcək köməyi ümidlə gözləyirlər. Gördükləri zülmü və təzyiqi bütün şiddəti ilə yaşayan qardaşlarımızın halını başa düşmək üçün bir anlıq özümüzü onların yerinə qoyaq. Oxumağa davam et

Çətinlik zamanı edilən fədakarlıq ilə rahatlıq vaxtı edilənlərin dəyəri Allah qatında eyni olmaya bilər

fc626b94fada221b_MAIN.xxxlarge_2xÇətinliklər və sıxıntılar münafiq xarakterli insanlarla səmimi möminləri ayırd edən mühüm imtahan vəsiləsidir. Quranın bir çox ayəsində rahatlıq zamanı möminlərlə birlikdə hərəkət edən, mömin əxlaqına bənzər davranan, çətinliklə qarşılaşdıqda isə fərqli davranan insanlar haqqında məlumat verilir. Bir çox insan rahatlıq vaxtı bəzi çətinliklərə tab gətirir, ancaq çətinlik zamanı bu əxlaqla davranmır. Ancaq güclü imanı olanlar, nə olur-olsun, təvəkkül edir, Allaha bağlılıqda qətiyyətli davranır, qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün cəhd göstərirlər. Oxumağa davam et

Allaha təvəkkül etmək və təslim olmaq

Hər insanın həyatında çatışmazlıq, tərslik kimi görünən hadisələr baş verir. Bunlar insanın bütünsummer-girl-with-flowers-2560x1440 həyatına təsir edəcək qədər böyük və ya gündəlik həyatda rast gəlinən kiçik hadisələr ola bilər. Quran əxlaqı ilə yaşamayan insanlar nəfslərinin xoşuna gəlmədiyi bu cür hadisələrlə qarşılaşdıqda sıxıntı keçirir, təşvişə düşür, gərgin olur, qorxurlar. Halbuki, bu, onların çox mühüm bir həqiqətdən xəbərsiz olduqlarına görə öz-özlərinə etdikləri zülmdür. Oxumağa davam et