Bu yaxınlarda Qətərdə mühüm məsələləri müzakirə etmək məqsədi ilə “Dinlərarası dialoq” konfransı keçirildi. Konfransın məqsədi Mərkəzi Afrika Respublikasındakı xristian-müsəlman, Myanmardakı budist-müsəlman münaqişələrini, yenə də dinlərarası münaqişələrdən qaynaqlanan İsrail-Fələstin gərginliyini və Şimali İrlandiya qiyamını geniş şəkildə müzakirə etmək, bu münaqişələrin altında yatan əsl səbəbi tapmaq idi. Həqiqətən də əsas məsələ dinlərarası dialoq problemidir, yoxsa arxa planda torpaq, hakimiyyət və millətçilik kimi amillər dayanır? Oxumağa davam et
Ay: İyun 2014
Məşhur tənhalıq
Yaraşıqlı, gözəl, gənc, zəngin, idmançı, həyat dolu görünən insanların çoxu tənhadır.
O qədər yalnızdırlar ki, bəziləri həll yolunu sosial şəbəkələrdəki dostluqlarda tapır, süni dünyalar yaradır, xəyali dostluqlardan mədət umur. Bu kimi insanlar sosial şəbəkə “dost” larının çox vaxt hekayələrdən ibarət həyatlarını ən incə təfərrüatına qədər bildikləri halda, həqiqi dünyadan bir o qədər uzaq ola bilir, hətta yaxın qonşularını belə tanımırlar. Oxumağa davam et
Qərblə Rusiya arasında bir ölkə: Ukrayna
Yanukoviçin Avropa Birliyinin əməkdaşlıq təklifindən imtina etməsi Ukraynada kütləvi etirazlara səbəb oldu. Sakit başlayan aksiyalar qısa müddətdə şiddətli qarşıdurmalara çevrildi. Polis qalxanları, daş, molotov kokteylləri və qaz bombaları aksiyaların ayrılmaz hissəsi oldu.Dünya mətbuatında geniş şəkildə işıqlandırılan bu görüntülər nümayişçilərin əsl məqsədlərini, demək olar ki, kölgədə qoyurdu. Əksər insan baş verənləri “Ukrayna Rusiyaya, yoxsa Avropaya tabe olacaq” müzakirəsinin nəticəsi kimi qiymətləndirirdi. Əlbəttə, bu, danılmaz faktdır. Ancaq dərindən araşdırdıqda hadisələrin altında başqa səbəblərin olduğunu aydın görürük.
Aksiyalardakı bəzi simvolik nümayişlər kələfin ucunu tapmağa imkan verir. Bu nümayişlərdən biri etirazçıların dekabr ayında sökülən Lenin heykəlinin yerində qızıl unitaz qoymalarıdır.Aksiyalarda iştirak edən ukraynalılar daha çox sərbəstlik və demokratiya tələb edirlər. Kommunizmin təsirindən xilas olmamış hakimiyyətin demokratiyanın önündə ən böyük maneə olduğunu düşünürlər. Oxumağa davam et
Quranda təkamülə dəlil yoxdur
Təkamül nəzəriyyəsi 19-cu əsrdə Çarlz Darvinin araşdırmaları nəticəsində ortaya qoyulan və insanları Allah`ın yolundan yayındırmaq istəyənlərin dəstəklədiyi bir yalandan ibarətdir. Bu yazı təkamül nəzəriyyəsinin bəzi insanların iddia etdiyi kimi, Quran ayələri ilə dəstəklənmədiyini, əksinə, Qurandakı bir çox ayə ilə nəzəriyyənin tamamilə dini inkar edən məntiq üzərinə qurulduğunu sübut etmək üçün hazırlanmışdır. Oxumağa davam et
Yaxın Şərqdə məcburi ittifaq yox, sevgi ittifaqı
Ayrılıqlar və bölünmələr hər zaman vardı. Amma qəribə ittifaqlar bir anda İŞİD kimi bir şəbəkənin İraq şəhərlərini işğal etməsi ilə ortaya çıxmağa başladı. Malikinin məzhəb ayrıseçkiliyinə zəmin hazırlayan bəzi hərəkətləri və İraqın içində bölünmüş xalq, bir anda İŞİD şəbəkəsi ətrafında bir çox fərqli qrupu birləşdirdi. Sünni təriqətlər, Maliki əleyhdarları, bir qisim türkmən və kürdlər, Səddam dövrünün əsgər və generalları bir dam altında birləşdilər. Bu işğalları təhdid olaraq qəbul edən ətraf ölkələrdə də vəziyyət qəribədir. Maliki-Ruhani ittifaqı davam edərkən, İŞİD-in İraqdakı irəliləyişi Ruhani-Obama ittifaqını da qızışdırırdı. Belə ki, yaxın günlərdə İranın nüvə proqramı çərçivəsində Ruhani ilə birlikdə gerçəkləşəcək Cenevrə danışıqlarında digər bir məsələ İŞİD-dir. Oxumağa davam et
Enerji dəhlizlərinin kəsişdiyi ölkə: Türkiyə
Çox az neft ehtiyatına malikdir, təbii qazı isə ümumiyyətlə yoxdur. Bu çatışmayan cəhət Türkiyənin dünya enerji sektorunda mühüm mövqeyə yiyələnməsinə mane olmadı. Beynəlxalq münasibətləri və strateji mövqeyi Türkiyənin dünyanın ən mühüm enerji layihələrinin mərkəzində dayanmağına səbəb oldu. Oxumağa davam et
Estetika və zəriflik müsəlmanın həyatında çox önəmlidir
İnsanlarla gün ərzində qurduğumuz münasibətlərdə narahatlıq verən bir çox hadisə ilə qarşılaşa bilərik. Bəzi insanların eqoizmindən, bəzilərinin anlayışsızlığından, israrçılığından, dinləməyi bilməməsindən narahat oluruq. Bir çoxumuzun bu ortaq narahatlığının təməlində, əslində bəlkə də bir çox insanın üzərində düşünmədiyi bir mövzu yatır: keyfiyyətsizlik… Oxumağa davam et
Təslimiyyətçi ruh halı ilə terrorizmlə mübarizə aparıla bilməz
Türkiyədəki siyasətçilərin bəzilərinin xəbəri olmasa da, Nepal terrorizmlə mübarizədə Türkiyəyə nümunədir. Nepalın Türkiyəyə bənzər bir hekayəsi var.
Nepalın terror təcrübəsi Sovet İttifaqında kommunizmin süqutundan sonra dağa çıxan bir neçə terroristlə başladı. Terroristlər kəndlərə gedərək bir tərəfdən hücumlar təşkil edir, digər tərəfdən kommunist təbliğatlar aparırdılar. Təşkilata dəstək verməyənlər isə silah gücü ilə zərərsizləşdirilirdi. Fəaliyyətini genişləndirən şəbəkə kəndlərdə dəstək toplamağa və sürətlə kommunist yerli təşkilatlar yaratmağa başladı. Bu təşkilatlar şəbəkənin leqal zəmində fəaliyyət göstərən qolu olan Maoçu Kommunist Partiyasını dəstəklədi. Ölkədə 1996-cı ildə hökumətlə Nepal Maoçu Kommunist Partiyası hərbçiləri arasındakı vətəndaş müharibəsi 2006-cı ilə qədər davam etdi. Oxumağa davam et
Soyğunçuluq hadisələri əxlaqi çöküntünün miqyasını göstərir
Son yüz ildir bütün dünyanı əhatə edən böyük bir xəstəlik var. Bu xəstəliyin adı sevgisizlikdir! Materialist təlimlərin insanlara təlqin edilməsi nəticəsində bu xəstəlik cəmiyyətin hər təbəqəsində yayılıb. Sevgisizlik nəticəsində yaranan mərhəmətsizlik və biganəlik əxlaqi çöküntünü də özü ilə gətirir. Xüsusilə son aylarda baş verən soyğunçuluq hadisələri əxlaqi çöküntünün nə qədər böyük olduğunu göstərir. Dünyada insanlar öz ölkələrindəki siyasi vəziyyəti və idarəetmə formalarını tənqid etmək və hüquqlarını müdafiə etmək məqsədi ilə qanuni və ya qeyri-qanuni etiraz aksiyaları və nümayişlər təşkil edir. Lakin nümayişlər zamanı baş verən soyğunçuluq hadisələri bütün insanlığı utandırır. Oxumağa davam et
Küləklərdəki bilinməyən hikmətlər
Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə uca Allahın bir çox hikmətlə yaratdığı böyük nemətdir. Allah Quranda küləyi də bütün digər yaradılış dəlilləri kimi insanların düşünməsi və şükür etməsi üçün yaratdığını bildirmişdir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən insanlar üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164) Oxumağa davam et
Bir ayə bir açıqlama: “Bəqərə” surəsi, 165
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir… (Bəqərə surəsi, 165)
Rəbbimiz bu ayədə möminlər və iman gətirməyənlər arasındakı sevgi anlayışının fərqini bildirir. Ayədə bildirildiyi kimi, insanların bir qismi (Allahı tənzih edirik) Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar sevgini əsl mənbəyi olan uca Allahı sevmək əvəzinə birbaşa Onun təcəllisi olan varlıqlara (Allahı tənzih edirik) sevgi bəsləyirlər. Halbuki, bu, uca Allahın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda Allaha şərik qoşmaq kimi bildirilən yanlış sevgi anlayışıdır.Kamil iman Oxumağa davam et
Allah Rızasının Ən Çoxunu Axtarmaq Nədir?
Mömin şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan arınıb təmizlənmişdir. O, yalnız Allaha qulluq edir, Allahın razılığını axtarır. Bunu Allah yolunda ciddi bir səy göstərərək edir.
Allah yolunda ciddi səy göstərməyin açarı isə Allah rizasının ən çoxunu axtarmaqdır. Mömin qarşısında doğru olan bir neçə seçim birdən olduğunda özünə Allahın razılığını ən çox qazandıracaq seçimi etməlidir.
Mömin bütün həyatını Allahın bildirdiyi halallar çərçivəsi daxilində yaşamalıdır. Haramlar Quranda açıq şəkildə bildirilmişdir və olduqca azdır. Bu müəyyən haramlardan başqa bütün hərəkət və davranışlar halal dairəsi çərçivəsindədir. Oxumağa davam et