Allahın Kəbir ismi


Allah kainatda0_c0d35_9ebb222e_origkı bütün canlıları öz hakimiyyəti altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq dövr edən elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüur altına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.

Allah hamısının qədərini ən incə təfərrüatına qədər təyin edir. Qeybin elmi yalnız Allaha məxsusdur. Allahın sonsuz ağlını, elmini, bağışlamasını, mərhəmətini və əzabını insanın qavraması qeyri-mümkündür. Allah dilədiyi hər şeyi yaratmağa qadirdir.

Heç kim Onun qərarlarına kiçik bir müdaxilə belə edə bilməz. Allah kainatdakı hər hansı bir canlı üçün zərər diləyərsə, onu heç kim aradan qaldıra bilməz, rəhmət dilədiyində də Onun rəhmətinə heç kim mane ola bilməz.

İnsanın vəzifəsi isə sadəcə bu cür böyük gücün qarşısında hörmət dolu bir qorxu ilə səcdə etmək, hər şeyin hakimi olan Rəbbimizə sığınıb özünə mərhəmət etməsini istəməkdir. Çünki Allah mərhəmət etməsə, insanın xilas olması mümkün deyil. Allahın böyüklüyü və Ondan başqa ilah olmadığı ayələrdə belə xəbər verilir:

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür. (Həcc surəsi, 62)

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma