Özünü Aldatmaq Əvəzinə Səmimiyyət


1366822921_korkSonsuzluq içində insan ancaq bir dəfə sınanır və bu imtahan müddəti təqribən 6-7 onillikdən ibarətdir. İnsanın əbədi həyatını bu imtahan müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq çox vacib olan bu müddəti də insan özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Məsələ də məhz bundan ibarətdir: insan özünü aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən azad ola bilər. Əksinə, insanın dünyada həqiqətlərdən qaçması ancaq öz əleyhinədir. İnsan vicdanını susduraraq özünü aldatdığı, müxtəlif bəhanələrlə rahatlatmağa çalışdığı hər an, əslində, qorxunc itki verir. Axirətdə isə bu ağılsızlığına görə Allahın izni ilə peşmançılıq çəkəcək.

Vəziyyət belə olduğu halda, insan özünü aldatmamalı, əksinə, çox açıq şüur və diqqətlə Allaha qulluq vəzifəsini yerinə yetirməlidir. Bu isə insanın hər an vicdanının səsini dinləməsi və Allahın kitabına tabe olması ilə mümkündür. Səmimi iman gətirən bir insan üçün başqa yol yoxdur. İnsanın dünyada yaşadığı müddətdə hər keçən saniyə ölümə və məhşər gününə bir az da yaxınlaşdığını, hər əməlini, ağlından keçən hər fikri Allahın bildiyini və bunlardan məsul olduğunu düşünməsi ən gözəl və qazanclı yoldur.

Diqqət edin, Allaha qarşı səmimi olmağa aparan bu yol insan üçün ən asan yoldur. Bir anlıq düşünüb qərar verdikdən sonra insan bütün həyatı boyu bu qərarın gətirdiyi şüur açıqlığı ilə yaşaya bilər. Bu şüur açıqlığını qazandıqda isə heç bir məsələdə özünü aldadaraq axirətdə əbədi zərər çəkməz. Unutmayın, özünü aldatmaq insan üçün bir növ odla oynamaqdır. İnsan bu şəkildə vaxt keçirərkən və dünyaya aludə olarkən bir anda canını almağa gələn mələklərlə qarşılaşa bilər. Mələklər canını bir ayənin ifadəsi ilə zorla alarkən, görəsən, yenə özünü aldada biləcəkmi? “Nə yaxşı etdim, dünyadakı həyatım boyu yedim, içdim, gəzdim, əyləndim, üzərimə düşən məsuliyyətə, qulluq vəzifəmə etinasız yanaşdım, heç düşünmədim”, – deyə biləcəkmi? Şübhəsiz ki, xeyr. Bu, ən qafil insanın belə ağlından keçirməyəcəyi düşüncədir. Tam əksinə, o an tərif edilməz qorxu, dəhşət və təşviş keçirəcək. Ancaq bu, hələ başlanğıcdır, cəhənnəmin qapılarından içəri girdikdə bu qorxu və peşmançılıq dözülməz həddə çatacaq, ruhu sonsuz əzaba düçar olacaq.

Bütün insanlar bunu qətiyyən unutmamalıdırlar. Allah bu həqiqəti ayələrində xatırladarkən özlərini aldadan insanların peşmançılığını və çarəsizliyini də belə bildirir:

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda, qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (sözə) tabe olun! (Sonra) kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən rişxənd edənlərdən idim!” Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” (Zumər surəsi, 54-58)

Özünü aldadanların aqibəti

Bütün insanların vicdanı eynidir. Vicdanlı davranmayan insanları yüksək vicdanlı insanlardan ayırd edən cəhət bildikləri həqiqətlərə etinasız yanaşmalarıdır.

Allahın Quranda tərif etdiyi peyğəmbər əxlaqı kimi həyatlarının hər anında vicdanlarının səsinə tabe olan insanlar gözəl, rahat həyat yaşayırlar. Çünki bu insanlar doğru yola tabe olaraq və axirətdə gözəl mükafat alacaqlarına ümid bəsləyərək mənəvi cəhətdən rahatdırlar. Vicdanlarına tabe olmayan insanların vəziyyəti isə bunun tam əksidir. Bu insanlar doğru olanı etmədiklərinə, haqqa tabe olmadıqlarına və bunun əvəzində böyük cəza çəkəcəklərini bildiklərinə görə, gizli sıxıntı, yəni vicdan əzabı çəkirlər. Hara getsələr, nə etsələr, bu sıxıntı onlardan əl çəkmir. Dünyanın ən varlı insanı olsalar da, ölkə-ölkə gəzib dolaşsalar da, bu mənəvi sıxıntıdan xilas ola bilmirlər.

Əslində, bu vicdan əzabı səhvlərini düzəltməsi üçün insana Allahdan xəbərdarlıqdır. Ona görə, möminlər üçün böyük nemətdir. Çünki insanın tövbə edib səhvlərini düzəltməsi üçün vasitədir. Ancaq dindən və səmimiyyətdən uzaq insanlar üçün də, həqiqətən, əzabdır. Onlar çəkdiyi sıxıntının səbəbini bildikləri halda, səhvlərini düzəltmək əvəzinə səbəbə etinasız yanaşırlar. Buna görə də həyatları boyu həqiqi mənada xoşbəxt və rahat olmurlar.

Həqiqətləri bildikləri halda, etinasız yanaşaraq özlərini aldadan insanlar ömür boyu mənəvi əzabla yaşayırlar. Vicdanları bu qədər əzab çəkərkən onlar özləri üçün saxta xoşbəxtlik yaratmağa çalışır, ancaq bacarmırlar. Çünki əzab çəkən vicdanı rahatlatmağın yeganə yolu Allaha tövbə edərək səhvləri düzəltməkdir.

Əgər siz də vicdanınızı dinləmək əvəzinə müxtəlif bəhanələrlə özünüzü aldadıb nəfsinizin istək və həvəslərinə tabe olursunuzsa, böyük mənəvi əzab hissi keçirərsiniz. Ancaq özünüzü aldatdığınıza görə, çəkdiyiniz sıxıntı sadəcə dünyadakı sıxıntılarla məhdudlaşmaz. Çünki Allah dünyada özlərini aldadaraq məhşər gününə etinasız yanaşan insanların axirətdə də böyük əzab və peşmançılıqla qarşılaşacağını xəbər vermişdir. Quranda məhşər günü aldanma günü də adlanır:

O gün (Allah) sizi toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, (Allah) onun günahlarını bağışlayar və onu altından çaylar axan cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə onlar cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir! (Təğabun surəsi, 9-10)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma