
Trilobitlər Kembri dövründə ortaya çıxan ən əsas canlılardandır. Dünyanın müxtəlif bölgələrində yaşayıblar. Ən çox Kembri dövrünə aid təbəqələrdə iz qoyublar. Trilobitlərin heyranedici xüsusiyyətlərindən biri fasetli gözləridir. Bu gözlər çoxlu gözcüklərdən ibarətdir. Bunlar eynilə milçəyin altı bucaqlı fasetli gözləri kimi hər biri ayrılıqda funksionaldırlar. Hər biri fərqli görüntünü qavrayır və bu görüntülər bir bütöv görüntü şəklində birləşir. Aparılan tədqiqatlar trilobit gözündə 3000-dən çox gözcük olduğunu göstərib. 3000-dən çox gözcük 3000-dən çox fərqli görüntü deməkdir. Bu isə 530 milyon il əvvəl yaşamış bir canlının göz və beyin quruluşunun kompleksliyini və qətiyyən təkamüllə meydana gəlməyəcək qədər qüsursuz olduğunu göstərir.

QIRXAYAQ
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaşı: 300 milyon il
Bölgə: Meyzon Krik, Bredvud, İlinoys ştatı, ABŞ
Şəkildəki qırxayaq fosilinin 300 milyon il yaşı var. 300 milyon il əvvəl yaşamış qırxayaqların bugünkü qırxayaqlardan heç bir fərqi yoxdur. Bütün canlılar kimi qırxayaqlar da təkamül keçirməyib, yaradılıblar.