Bir ayə bir açıqlama: “Bəqərə” surəsi, 165


    1456073_481911795256848_1656888046_nİnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir… (Bəqərə surəsi, 165)
Rəbbimiz bu ayədə möminlər və iman gətirməyənlər arasındakı sevgi anlayışının fərqini bildirir. Ayədə bildirildiyi kimi, insanların bir qismi (Allahı tənzih edirik) Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar sevgini əsl mənbəyi olan  uca Allahı sevmək əvəzinə birbaşa Onun təcəllisi olan varlıqlara (Allahı tənzih edirik) sevgi bəsləyirlər. Halbuki, bu, uca Allahın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda Allaha şərik qoşmaq kimi bildirilən yanlış sevgi anlayışıdır.Kamil iman
Kamil imana malik möminlərin qəlbindəki sevginin əsl mənbəyi isə uca Allaha olan dərin sevgiləridir. Möminlər heç bir insanın, maddənin və ya canlının, əslində, özünə aid gücü və ya gözəlliyi olmadığını bilirlər. Bütün bunları xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan Allahdır. Heç bir canlı öz gözəlliyini özü dizayn edib meydana gətirməyib. Bir insanın üzünün gözəlliyini, yaxud bir heyvanın sevimliliyini müəyyən ömürlə yaradan və əcəli çatdıqda hamısını məhv edən Allahdır. Hər gözəllik ancaq Allahın hökmü altındadır. Məhz buna görə, mömin bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bilərək sevir. Ona görə, əsl sevgini bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha bəsləyir.
Möminlərin uca Allaha olan sevgiləri dünyada heç bir varlığa bəsləmədikləri qədər coşqun, sevinc bəxş edən və ürəkləri həyəcanla dolduran güclü duyğudur.  Çünki möminlər uca Allahın bəxş etdiyi nemətləri, Onun hər şeyə qadir olduğunu və bütün kainatın yeganə hakimi olduğunu, hər şeyi ən gözəl və ən xeyirli şəkildə yaratdığını bilirlər. Bu düşüncə tərzi və Allah ilə mənəvi bağlılıqları onların Allaha olan sevgisini gücləndirir. Bu güclü sevgi Rəbbimizin rizası üçün səmimi cəhdə çevrilir və nəticədə, möminləri Allahın yaratdıqlarını da sevən, onlara şəfqət və mərhəmət bəsləyən, onları qorumaq, xeyir vermək istəyən ən gözəl əxlaqlı və xeyirli insanlara çevirir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma