Qərblə Rusiya arasında bir ölkə: Ukrayna


imageYanukoviçin Avropa Birliyinin əməkdaşlıq təklifindən imtina etməsi Ukraynada kütləvi etirazlara səbəb oldu. Sakit başlayan aksiyalar qısa müddətdə şiddətli qarşıdurmalara çevrildi. Polis qalxanları, daş, molotov kokteylləri və qaz bombaları aksiyaların ayrılmaz hissəsi oldu.Dünya mətbuatında geniş şəkildə işıqlandırılan bu görüntülər nümayişçilərin əsl məqsədlərini, demək olar ki, kölgədə qoyurdu. Əksər insan baş verənləri “Ukrayna Rusiyaya, yoxsa Avropaya tabe olacaq” müzakirəsinin nəticəsi kimi qiymətləndirirdi. Əlbəttə, bu, danılmaz faktdır. Ancaq dərindən araşdırdıqda hadisələrin altında başqa səbəblərin olduğunu aydın görürük.

Aksiyalardakı bəzi simvolik nümayişlər kələfin ucunu tapmağa imkan verir. Bu nümayişlərdən biri etirazçıların dekabr ayında sökülən Lenin heykəlinin yerində qızıl unitaz qoymalarıdır.Aksiyalarda iştirak edən ukraynalılar daha çox sərbəstlik və demokratiya tələb edirlər. Kommunizmin təsirindən xilas olmamış hakimiyyətin demokratiyanın önündə ən böyük maneə olduğunu düşünürlər.

Qərbdə əksər insan SSRİ-in və Şərq Blokunun süqutu ilə kommunizmin tarixdən silindiyini və artıq dünya üçün təhlükə mənbəyi olmadığını düşünür. Kommunizm dialektik materializmin siyasətə tətbiq edilmiş formasıdır. Dialektik materializm dünya miqyasında çürüdülmədikcə kommunizm də “nəfəs almağa” davam edəcəkdir.

Ukraynanın dövlət idarələrində kommunist ideologiya təhsilinə yiyələnmiş, dialektik materializmə inanan vəzifə sahibləri az deyil. Ölkə kommunist sistemlə idarə olunmasa da bu idologiya və sistem müxtəlif dövlət idarələrində hakimdir. Nəticədə hakimiyyət bu cür vəziyyətlərlə qarşılaşdıqda kommunist dövrün siyasəti ilə hərəkət edir.

Ukraynanın müxalifət fəallarından olan Dmitri Bulatovun və Vradiyevka qəsəbəsində İrina Kraşkovanınbaşına gətirilən zülmlərə qərbdemokratiyasında rast gəlmək mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilən 1922 sənəd ölkənin insan hüquqları və demokratiya barədə çox yol qət etməli olduğunu bir daha gözlər önünə sərdi.

Keçmiş sovet respublikalarına nəzər yetirdikdə ölkə rəhbərlərinin xalq tərəfindən seçildiyini görürük. Lakin bu seçkilərin demokratiyadan xəbər verdiyini demək olmaz. Bir çox mənbə bu dövlətlərdə kommunist qanunların və mərhəmətsizliyin “mafiya dövləti” adlandırılan quruluşun meydana gəlməsinə səbəb olduğunu söyləyir. Türkiyə Ukrayna İş adamları Dərnəyinin (TUİD) rəsmi saytında yerləşdirilən hesabat bu fikrin doğruluğunu təsdiqləyir. Hesabatda Ukrayna rüşvətxorluğun yüksək səviyyədə olduğu ölkələr sırasında göstərilir. Rüşvətxorluğun 10 ballıq sistemlə dəyərləndirildiyi (10 bal ən az rüşvətxorluq olan bölgələrə verilir) hesabatda Ukrayna siyahıda 2,5 balla 134-cü sıradadır. Ukraynalı nümayişçilərin dəstəklədiyi bir çox Avropa Birliyi ölkəsinin balı isə 9 ətrafında dəyişir. Ukraynadakı rüşvətxorluqla bağlı araşdırma aparan Beynəlxalq Şəffaflıq Təşkilatı (Transparency International) burada vəziyyətin hər il daha da pisləşdiyini bildirir. Bu ölkədə2006-cı ildə 2,8, 2007-ci ildə 2,7 bal olan göstəricilər bu il 2,5-ə düşmüşdür.

Təbii ki, Ukraynada baş verənlərin Rusiya ilə əlaqəsi də danılmazdır. Rusiyanın Ukrayna ilə yaxından maraqlanmasının bir çox səbəbi var. Bunlardan biri Krım yarımadasındakı Qaradəniz donanmasıdır. Suriyanın Tartus limanındakı dəniz bazasınınaqibəti ölkədəki qarşıdurmalar səbəbi ilə böyük risk altındadır. Qaradəniz donanmasının isti dənizlərdə tək baza olması çətin vəziyyət yaradır. Hərçənd, 2010-cu ildə əldə edilən razılıqla dəniz bazasının mövcudluğu 2042-ci ilə qədər təmin olunmuşdur. Ancaq Rusiya Ukraynadakı Avropa tərəfdarı rəhbərliyin bu baza üçün təhlükə mənbəyi hesab edir.

Kommunizm dövründə SSRİ kommunist şərqi Avropa ölkələrindən Qərbdən müdafiə olunmaq məqsədi ilə istifadə edirdi. Şərq Bloku dağıldıqdan sonra bu ölkələrin hamısı qarşı bloka daxil oldu. SSRİ kimi “ətrafın təhlükəsizliyi” strategiyasına üz tutan Rusiya Ukraynanı müdafiəçi dövət hesab edirdi. İndi isə bu “müdafiəçisini” itirmək təhlükəsi ilə üz-üzədir. Rusiyanın Ukrayna üzərindəki idarəsini itirməsi Gürcüstan, Ermənistan, Qazaxıstan kimi ölkələrdə də bənzər hadisələrin yaşanmasına yol aça bilər. Bu ehtimal Rusiyanı çox narahat edir.

Bu vəziyyətdə Rusiyanın hansı addımı atacağı çox əhəmiyyətlidir. Gürcüstandakı kimi silahlı müdaxiləyə əl atması ehtimalı az olsa da mövcuddur. Rusiya birbaşa şərqi və cənubi Ukraynadakı güclü tərəfdarlarından faydalanma yolunu da seçə bilər. Belə olduqda Ukraynanın iki hissəyə bölünməsi təhlükəsi yaranır. Hər iki vəziyyətdə qanlı qarşıdrumalarla nəticələnəcəyi üçün çox təhlükəlidir.

Bəs Ukrayna Rusiya və ya Avropa tərəfdarı olmağa məcburdur? Ölkəni rahatlığa və təhlükəsizliyə qovuşduran üçüncü yol yoxdur?

Ukraynada baş verənlər böyük çətinliklərlə yanaşı böyük imkanlar da yaradır. Məhz bu ölkə vasitəsi ilə köhnə, iki qütblü dünya anlayışı aradan qaldırıla bilər.

Ukrayna həm Rusiya ilə dostluq münasibətlərini davam etdirə bilər, həm də Avropa Birliyi ilə “Tərəfdaşlıq və Sərbəst Ticarət” sazişi bağlayaraq Avropa ilə olan yaxın münasibətlərini inkişaf etdirə bilər.  Təbii ki, bunun üçün Kiyev MDB-yə üzv olan ölkələrlə əlaqə və razılaşmaları pozmayacağı barədə Moskvaya zəmanət verməlidir. Ukrayna Avropa Birliyinin istədiyi lazımi hüquqi, sosial və siyasi meyarları qəbul edib Moskvadan uzaqlaşmadan tətbiq edə bilər.

Belə bir yolun açılması doğru düşünən və ağıllı insanların ittifaqı ilə mümkündür. Əgər Ukrayna bunu bacarsa, böyük bir müvəffəqiyyətə imza atacaq. Ukraynanın qarşısında süni qütbləşmələr əvəzinə uzun illərdir arzulanan şərq-qərb ittifaqını yaradan ölkə olmaq kimi böyük bir tarixi fürsət dayanır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma