Təslimiyyətçi ruh halı ilə terrorizmlə mübarizə aparıla bilməz


100_101_PKK_ApoTürkiyədəki siyasətçilərin bəzilərinin xəbəri olmasa da, Nepal terrorizmlə mübarizədə Türkiyəyə nümunədir. Nepalın Türkiyəyə bənzər bir hekayəsi var.

Nepalın terror təcrübəsi Sovet İttifaqında  kommunizmin süqutundan sonra dağa çıxan bir neçə terroristlə başladı. Terroristlər kəndlərə gedərək bir tərəfdən hücumlar təşkil edir, digər tərəfdən kommunist təbliğatlar aparırdılar. Təşkilata dəstək verməyənlər isə silah gücü ilə zərərsizləşdirilirdi. Fəaliyyətini genişləndirən şəbəkə kəndlərdə dəstək toplamağa və sürətlə kommunist yerli təşkilatlar yaratmağa başladı. Bu təşkilatlar şəbəkənin leqal zəmində fəaliyyət göstərən qolu olan Maoçu Kommunist Partiyasını dəstəklədi. Ölkədə 1996-cı ildə hökumətlə Nepal Maoçu Kommunist Partiyası hərbçiləri arasındakı vətəndaş müharibəsi 2006-cı ilə qədər davam etdi.

Artan və yayılan tədbirlər sonunda 2006-cı ildə Maoçu Kommunist Partiya ilə danışıqlar başladı. Danışıqların ardından hücumların dayandırılması qarşılığında kommunist hərbçilər azad edildi. Bundan sonra isə içində maoçu kommunistlərin olduğu hökumət quruldu. Kommunist partiyanın tələbləri əsasında 28 dekabr 2007-ci ildə ölkənin federativ respublika olmasını tənzimləyən qanun parlamentdə qəbul edildi. Ancaq Kommunist partiya istədiyi bütün qanunlar qəbul edilməsə, hökumətdən çıxacağı ilə hədələdi, sonra da hökumətdən çıxdı.

10 aprel 2008-ci ildə konstitusiya məclisinin yaradılması üçün keçirilən seçkilərdə maoçular irəli keçdi. Nəticədə 28 mayda 239 ildir davam edən monarxiya sistemi rəsmi olaraq ləğv edildi və kommunist konstitusiya yaradıldı. Avqustda keçirilən Baş nazir seçkilərində də Nepal Birləşmiş Kommunist Partiyasının namizədi Parachanda qalib gəldi və kommunist dövlət rəsmi olaraq elan edildi.

Türkiyədə də Nepala bənzər hadisələr baş verir. PKK terroru başladıqda dövlətin bəzi qurumları terroristlərə bir neçə quldur deyərək əhəmiyyət vermədi. Ancaq artan tədbirlər və terror təşkilatının xalq üzərindəki təzyiqi hiss edilincə dövlət silahlı mübarizəni artırdı. Halbuki, dövlətlər kommunist təşkilatlara qarşı silaha söykənən üsullara müraciət etdiklərində mübarizədə itirən tərəf olurlar. Rusiya, Çin, Yuqoslaviya, Albaniya, Anqola, Sudan, Vyetnam, Kuba, Koreya, Laos, Kamboca və son olaraq Nepal kommunistlərə qarşı silahlı mübarizənin müvəffəqiyyətsiz olduğu ölkələrdən bəziləridir.

PKK-nın artan hücumları qarşısında da Türkiyədə qüvvədə olan həll prosesi var. Silahların susması, şəhidlərin olmaması bütün Türkiyə xalqı tərəfindən xoş qarşılanan haldır.

Ancaq PKK ideoloji olaraq dəyişmədiyi, marksist-leninist ideologiyadan imtina etmədiyi üçün muxtariyyət tələbində israrlıdır. Bələdiyyə seçkilərindən əvvəl və sonra  BDP/HDP-nin rəsmi nümayəndələrinin açıqlamaları da bunu göstərdi. PKK-nın bir ideologiyası var və bu ideologiya əsasında strategiyasını həyata keçirir. Məqsəd təkcə cənub-şərqdə deyil, Suriya və İraq da daxil olmaqla, bölgədə kommunist Kürdüstan dövləti qurmaqdır. Şübhəsiz ki, bu strategiya bölgə xalqları və dünya barışı üçün də çox böyük təhlükədir. Türkiyədəki istəklərini addım-addım əldə etməyə başladığını düşünən PKK indi də atəşkəsin pozulması və bundan dövləti məsul tutmaq üçün əlindən gələni edir.

Türk hökuməti və ordusu terrorizm bəlasını zorakılıq olmadan aradan qaldırmaq üçün çalışır. Lakin bu aralar Türkiyədə bəzi siyasətçi və jurnalistlər PKK-nın bölgədə daha da güclənməsini gətirib çıxaracaq səy içindədirlər. Onlar rəftarları və bəyanatları ilə qundaqdakı körpələri belə öldürməkdən çəkinməyən PKK-ya qarşı xoşgörüş və anlayış göstərir, PKK-nın istəklərinin yerinə yetirilməsi istiqamətində təslimiyyətçi bəyanatlar verirlər.

Şübhəsiz ki, qarşıdurmaların yenidən başlamasını, qan tökülməsini istəmək ağıllı hərəkət deyil. Ancaq Türk hökumətinin Nepaldakı kimi bir son ilə qarşılaşmaması üçün ata biləcəyi iki əhəmiyyətli addım var. Birincisi, PKK-ya qarşı təslimiyyətçi anlayış göstərilməsinə mane olunması, ikincisi isə  dövlətin təşkilata qarşı silahlı mübarizəyə qoşulmaq yerinə qruplaşmanın materialist – marksist ideologiyasına qarşı fikri mübarizə başladılmasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma