Yaxın Şərqdə məcburi ittifaq yox, sevgi ittifaqı


58261Ayrılıqlar və bölünmələr hər zaman vardı. Amma qəribə ittifaqlar bir anda İŞİD kimi bir şəbəkənin İraq şəhərlərini işğal etməsi ilə ortaya çıxmağa başladı. Malikinin məzhəb ayrıseçkiliyinə zəmin hazırlayan bəzi hərəkətləri və İraqın içində bölünmüş xalq, bir anda İŞİD şəbəkəsi ətrafında bir çox fərqli qrupu birləşdirdi. Sünni təriqətlər, Maliki əleyhdarları, bir qisim türkmən və kürdlər, Səddam dövrünün əsgər və generalları bir dam altında birləşdilər. Bu işğalları təhdid olaraq qəbul edən ətraf ölkələrdə də vəziyyət qəribədir. Maliki-Ruhani ittifaqı davam edərkən, İŞİD-in İraqdakı irəliləyişi Ruhani-Obama ittifaqını da qızışdırırdı. Belə ki, yaxın günlərdə İranın nüvə proqramı çərçivəsində Ruhani ilə birlikdə gerçəkləşəcək Cenevrə danışıqlarında digər bir məsələ İŞİD-dir.

Bərzani-Ərdoğan ittifaqı daha da güclənərkən, Türkiyənin üzləşdiyi əsir böhranı və sərhəddəki hadisələrə görə zəifləyən Maliki-Ərdoğan ittifaqının da burada gücləndiyini deyə bilərik. Yaxın Şərqdə nəhayət ki, itttifaqlar yaranır, təhdidin meydana gətirdiyi məcburi ittifaqlar…

İnsanlar, dövlətlər, dövlət başçıları qardaşlıq əsasında çətin gördükləri ittifaqı hər hansı bir təhdid olduğu zaman dərhal yarada bilirlər. Ortaq düşmən fikrinin sevgidən daha güclü olması yaşadığımız əsrin acı həqiqətidir.

Vəziyyəti Türkiyə baxımından müşahidə etdikdə isə Türkiyənin bir müddətdir ki, mülayim və uzlaşdırıcı bir strategiyaya daha çox önəm verdiyi aydın olur. İraqda Maliki ilə gərginləşən münasibətlərin yumşaldılması, Ruhani rəhbərliyindən etibarən İranla hər ay aparılan mütəmadi danışıqlar və son olaraq Misirin yeni prezidenti Əl-Sisiyə prezident Gül tərəfindən göndərilən təbrik mesajı …

Misirdə hərbi müdaxilə sonrası ölümlər və həbslər, əlbəttə ki, ağır bir keçmişə sahib olan türk xalqı üçün böyük bir imtahan oldu. Amma bu, qardaş ölkə Misir ilə əlaqəni qoparmaq demək deyil. Bu əhəmiyyətli mövzuya bir başqa yazıda  toxunaq.

Mosulun işğalından əvvəl Türkiyənin xüsusilə Şimali İraq ilə əldə etdiyi 50 illik neft müqaviləsi və ardından Bərzaninin müstəqillik iddiasında olması bəzi dairələrdə Türkiyənin bir anda köhnə Misak-ı Milli (National Oath) sərhədləri – yəni Mosul və Kərkük – üzərində suverenlik qurması olaraq qəbul edildi.

Şimali İraq və dünyaya yeni açılmağa başlayan İran neftinin keçid yolunun Türkiyə olması yenə diqqətləri öz üzərinə çəkdi. Güclü bir Türkiyə ehtimalından narahat olan dərin dövlətlərin mövcud olduğu sirr deyil. Anlaşılmaz olan, sərhəddəki bu qarışıqlıqların bir çoxlarının iddia etdiyi kimi beynəlxalq planın parçası olub-olmadığıdır.

Bütün bunlar bir planın parçası olsa belə, bu İslam ərazisinin tək bir qığılcımla alovlanması və qardaşın qardaşı qətl etməsi necə tamamilə xarici qüvvələrin oyunu ola bilər? Qurana söykənən və sevgi üzərində qurulan möhkəm bir sistemdə necə və hansı çirkli oyun müvəffəqiyyətli ola bilər? Problem, xüsusilə bu ərazilərdə olan ideologiya zəifliyidir. Təcavüzkar ideologiyaların saxta və yanlış olduğu göstərilmədikcə, Yaxın Şərqdəki qarışıqlığın həlli yoxdur.

Belə ki, İŞİD də müəyyən ideologiya əsasında bir araya gəlmiş insanların meydana gətirdiyi bir şəbəkədir. Müxtəlif vəhşiliklərlə gündəmə gəlmələrinin, bir məzhəb döyüşü aparmalarının tək səbəbi isə inandıqları ideologiyanın yanlış olmasıdır. İslam dövləti qurmaq istəyirlər, amma əsl İslam dövlətinin bu şəkildə olmaması lazım olduğunu bilmirlər.

Quranı ərəbcə oxuyurlar, lakin bütün dünyaya yayılmış xurafat dininin təsirindən xilas ola bilmirlər. Quran ayələrini xurafatlarla birlikdə izah edir, hətta çox vaxt Quran ayələri yerinə bu xurafatlara müraciət edirlər. O zaman dünyanın hazırda ən böyük problemlərindən biri olan radikalizm ortaya çıxır. İslamın hökmlərini yerinə yetirmək üçün güclü bir istək olur, amma tətbiq olunan din tam mənası ilə gerçək İslam olmur.

Problem ideologiyadırsa, Amerika da daxil olmaqla bir çox ölkənin silahlı mübarizədən başqa bir metod inkişaf etdirə bilməməsi, bunu radikalizmin gücləndiyi yarım əsr boyunca edə bilməməsi çox maraqlıdır. Yanlış bir inancın yerinə doğrusunun göstərilməsi çox asandır. İdeoloji yanlışlıq alınan yeni silahlarla, verilən cihad fətvaları ilə, heç bir gücü olmadığı halda, “müqavimət göstərəcəyik” deyə ortaya çıxan zehniyyətlərlə yox edilə bilməz. Səddamdan sonra inkişaf etdirilən şiə məzhəbçiliyi necə indi belə bir sünni məzhəbçiliyini inkişaf etdirdisə, yandırıb-yox edəcəyəm deyə ortaya çıxmaq da eyni şəkildə radikalizmi inkişaf etdirəcək.

İşlər mümkün olduqca tolerantlıqla həll edilməli və yanlış ideologiyanın aradan qaldırılması üçün tədbir alınmalıdır. Məzhəb qarşıdurmaları, anti-demokratik tətbiqlər və müdafiə xaricində müharibənin Quranda yeri yoxdur. İslam adına ortaya çıxıb can alanlara bu gerçək göstərilməlidir.

Osmanlı mükəmməl deyildi, amma Osmanlının bu köhnə torpaqları belə bir narahatlığı yaşamadılar. Çünki İslamın istiliyi və sevgi dolu ruhu bu torpaqlarda hakimdi. İndi köhnə Osmanlı torpaqlarında xətkeşlə yaradılmış süni sərhədləri aradan qaldırma səyi var. Məcburi olaraq, qan tökərək, düşmənçiliklə. Belə olmaz. Mənəvi mənada ölkələr arasında sərhədlər əlbəttə ki, olmamalıdır. Lakin bu yalnız sevgi birliyi ilə təmin edilə bilər. Məcburi ittifaqlar, başqa ortaq düşmənlər olduğunda dərhal dağıla bilər. Amma sevgi ittifaqları qalıcıdır. Belə ittifaqlarda sərhədlərdə minalar, tikanlı tellər, sərhədi pozdu deyə vurulan təyyarələr olmaz.

Bir anda zəruri ittifaqı yarada bilən ölkələr bu ittifaqı sevgi ilə qura biləcəklərinə niyə inanmırlar? Problemlərin təhsillə həll ediləcəyini, ittifaqların sevgi ilə meydana gələcəyinə inanmaları üçün daha nə qədər fəlakətin baş vermə lazımdır?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma