
Allah`ın müxtəliflik sənətinə nümunə: qanadları olmadan uçan canlılar

“… Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdə (sizə günah) var. Allah Bağışlayandır, Rəhmlidir”. (“Əhzab” surəsi, 5)
Kamuflyaj hərbçiliyin dəyişilməz ünsürlərindən biridir. Düşmənə özünü hiss etdirmədən hücum etmək və ya düşmənin hücumu əsnasında özünü gizlətmək çox əhəmiyyətlidir.
Buna görə də cəbhədəki əsgərlər geyimləri, dəbilqələri ilə, hətta üzlərinə sürtdükləri boyalarla özlərini gizlədər, yəni kamuflyaj edərlər.
Maraqlı olan kamuflyaj deyilən bu ağıllı üsulun yalnız insanlar deyil, heyvanlar tərəfindən də istifadə edilməsidir. Oxumağa davam et
Dünyanın atmosferi həyat üçün vacib olan xüsusi şərtlərin toplanması ilə hazırlanmış müstəsna quruluşa sahibdir. Dünya atmosferi 77% azot, 21% oksigen və 1% nisbətində karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.
Bu qazların ən əhəmiyyətlisi oksigendir, çünki insanların və heyvanların enerji əldə etmək üçün istifadə etdikləri bir çox kimyəvi reaksiya oksigen sayəsində baş verir. Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin son dərəcə həssas tarazlıqda olması çox maraqlıdır. Dünya şöhrətli elm adamı Maykl Denton bu mövzuya belə diqqət çəkir: Oxumağa davam et
Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar. (1) (2)
Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.
Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Oxumağa davam et
İnsanların çoxunu fərqində olmadan öz təsiri altına salmış batil bir din vardır. Bu, özünü birüzə verməyən, gizli bir dindir. Heç bir yazılmış qaydası yoxdur. Adı da yoxdur. Lakin insanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına salır. İnsanların çoxu fərqində olmadan həyatları boyu bu dinin qaydalarını tətbiq edir, bu dinin əmr və qadağalarına görə yaşayırlar. Bu batil din İslam, xristianlıq və ya yəhudilik deyil. Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: “Mən müsəlmanam”, – və ya: “Mən xristianam”, -deyə bilərlər. Bəziləri də dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur. Oxumağa davam et
“Hər şeydən əvvəl adam ol!”
“Adam olsaydın, bunlar başımıza gəlməzdi!”
Bu sözləri həyatımız boyu dəfələrlə eşitmişik. Xüsusilə də gənclik illərində böyüklərimizin istəmədikləri, bəyənmədikləri bir şeyi söylədiyimizdə və ya etdiyimizdə…
Bu sözü istifadə edən insan üçün adam olmaq hər şeydən önəmlidir. Adam olmaq cəmiyyət tərəfindən qəbul olunmuş bir anlayışa, mədəniyyətə və davranışa sahib olmaq, müəyyən sifətləri üzərində daşımaqdır. Oxumağa davam et
Keyfiyyət bir şeyin dəyərlilik, yararlılıq dərəcəsi deməkdir. Nə qədər yaxşı və üstündürsə o qədər də keyfiyyətli, lazımi meyarları nə qədər aşağıdırsa o qədər də keyfiyyətsiz hesab olunur. Eyni zamanda, keyfiyyət insani xüsusiyyətlərdən bəhs edərkən, tərifləyərkən və ya qiymətləndirərkən istifadə olunan bir meyardır. Keyfiyyəti ölçərkən insanın xarici görünüşü, geyim tərzi, təmizliyi, estetika və sənət anlayışı, əxlaqı, mənliyi, davranışı, ədəbi, danışıq üslubu və s. xüsusiyyətləri nəzərə alınır.
Keyfiyyətli gəncliyin xüsusiyyətləri: Oxumağa davam et
Suriya, Şərqi Türküstan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir…
Hazırda dünyada çox böyük xaos hakimdir. Bunu anlamaq üçün hər gün mətbuatda işıqlandırılan şəhid xəbərlərinə, yaralananların sayına baxmaq kifayətdir. Hər gün yüzlərlə insan evindən, yurdundan didərgin düşür. Bir o qədər insan qətlə yetirilir. Kiçik uşaqlara təcavüz edilir, hamilə qadınlarını qarınlarını deşərək körpələri öldürülür. Müsəlmanlar ağlagəlməz zülm və işgəncələrə məruz qalır. Demək olar ki, bütün dünyanı cənginə alan bu vəziyyət, xüsusilə, müsəlmanlara edilən zülmlər sürətlə artır.
Dünya isə İslam coğrafiyasında tüğyan edən bu zülmlərə sadəcə susur. Oxumağa davam et