Avropa Birliyindən Avrasiya Birliyinə


college-students1994-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevdən Rusiyaya təklif gəldi. Bu, Qazaxıstan, Rusiya, Belarusiya, Ukrayna, Qırğızıstan,Tacikistan və Özbəkistanı əhatə edən Avropa Birliyinə oxşar birlik fikri idi. Birlik Avrasiya Birliyi olaraq adlandırılacaqdı. İlk mərhələsi –  gömrük birliyi reallaşdırıldı. Bu elə ticari koridor meydana gətirəcəkdi ki, Şərqdən, hətta Çindən gələn mal maneə ilə qarşılaşmadan Polşa sərhədinə, yəni Avropa Birliyinə çatacaqdı.

Bunun faydalı birlik olub olmayacağı çox müzakirə edildi. Dərhal hər kəs bu addıma Rusiya mərkəzdə olmaqla Sovet ölkələrini bərpa etmək cəhdi kimi  yanaşdı. Bu cür ticari baxımdan geniş sahənin tək əraziyə çevrilməsi ABŞ-ı narahat edirdi. Bu günlərdə Ukrayna üzərində qopan fırtınanı bu tərəfdən qiymətləndirməkdə fayda var. Çünki Avrasiyanın mərkəzindəki Ukraynanın Avrasiya Birliyi ilə yenidən Rusiyanın nəzarətində olması Avropa üçün qəbul edilməzdi. Bu an AB Türkiyə üçün tətbiq olunan planı Ukraynada da həyata keçirdi. Ukrayna, bəlkə də, heç vaxt AB-nin üzvü olmayacaq, amma gömrük birliyindən faydalanacaq bir sistemə daxil edilmək istənildi.

Əvvəllər də, tez-tez ifadə etdiyim kimi, Ukrayna üzərindəki planlar Rusiya ilə razılaşma yolu ilə həll edilə və dostluqla davam edə bilərdi. Amma belə olmadı. İndi gözəl insanları ilə gözəl ölkənin parçalanmasına şahid oluruq . Hal-hazırda plan yalnız Ukraynanın deyil, Rusiyanın da əleyhinə imiş kimi görünür. Belə ki, Avrasiya Birliyində Ukrayna yoxdur.

Keçən  həftə Rusiya, Qazaxıstan və Belarusiya Avrasiya İqtisadi Birliyinin ilk addımlarını atdılar. Bu, bir sıra mövqedən əhəmiyyətli birlikdir. Xüsusilə də, Avropa ilə müqayisə edildiyində neft ehtiyatlarının Avropada 0.78%, Avrasiyada isə 7.99%; təbii qaz ehtiyatlarının isə Avropada 2.45%, Avrasiyada isə 31.04% olduğunu xatırlatmalıyıq. Buna görə də  Avrasiya enerji baxımından Avropa qarşısında əhəmiyyətli üstünlüyə sahibdir. Sənayesi güclü olan Avropa da ,şübhəsiz ki, daxilində bu üstünlükdən istifadə edir.

Lakin Avropanın sərhədləri daxilində bəzi problemlər yaşadığı da sirr deyil. Xüsusilə, son Avropa Parlamenti seçkiləri ilə həm iqtisadiyyat, həm sənayeləşmə, həm də ortaq sərhəd baxımından Avropanın yaratdığı birliyin kölgələndiyi ortadadır. Seçkilərdən həddindən artıq sağçı, irqçi ifadələri ilə önə çıxan, immiqrant əleyhdarı, hətta AB əleyhdarı partiyaların zəfər qazanmaları, bu zəfəri yaradan seçki iştirakçılarının çox aşağı olması “Avropa Birliyi hara gedir?” sualının ortaya çıxmasına səbəb oldu. Həqiqətdə ölkələrin birgə yaşaması, inkişafı, güclənməsi mənasına verən dəyərli birlik bir anda irq, soy, millət eqoizminin hakim olduğu partiyaların himayəsinə girdiyi görünür. ABŞ-ın narahatlığı Rusiyanın irəliləməsindən çox AB-dəki bu sistemin dəyişməsi olmalıdır. Avropa Parlamenti, şübhəsiz ki, bütün AB-ni  təmsil etmir. Lakin AB-dəki düşüncənin dəyişməsinin lakmus kağızı olduğu da həqiqətdir.

Bütün bunları nəzərə alanda Avrasiya Birliyi addımı ilə;

  • AB-in köhnə Sovet dövlətlərini öz tərkibinə qataraq şərq və şimala doğru irəliləməsinə Rusiya mane olur.
  • ABŞ-ın 25 illik davam edən qloballaşma hədəfi Avrasiya Birliyinin gətirdiyi regional ittifaq ilə toqquşur.
  • Orta Şərq, Xəzər və Orta Asiya enerji koridorları Asiya üçün böyük rahatlıq təmin edəcək.
  • Ölkələrin milli pul vahidləri ilə ticarəti isə dolların gücünü zəiflədə bilər.

Ticari, sosioloji, coğrafi dəyərləri kənara qoyub insani və əxlaqi dəyərlərlə qiymətləndirdiyimizdə isə “birlik” fikirinin yalnız sevgi və həmrəylik üzərində qurulmalı olduğunun bir daha şahidi oluruq. Əgər ölkələr  qloballaşma niyyətindədirlərsə və ticarət sərhədlərini genişləndirmək istəyirlərsə, ticari ortaqlıqları və mənfəətlərindən əvvəl, öz aralarındakı sevgi və həmrəylik ittifaqını gücləndirməlidirlər. Bu vəziyyət həm AB üçün, həm də yeni qurulan Avrasiya Birliyi üçün yeganə şərtdir.

Sevgi birliklərində maddi çıxarlar, milli eqoist duyğular, zəif ölkələrin məğlubiyyəti kimi qəddar sistemlər olmur. Sevgi uğrunda qurulan birliklərdə yıxılana balta vurulmur, “sən bizdən deyilsən” məntiqinə yer yoxdur. Bu birliklər bir-birləri ilə rəqabətlə deyil, ittifaqla güclənirlər. Sevginin unudulduğu birlik ortaq mənfəətləri olmadığı təqdirdə mütləq yox olur.

Ukrayna böhranından bəri xatırlatdığımız həqiqəti burada bir daha xatırladaq. Avropa və ABŞ Rusiyanı rəqib kimi  görməməli, birləşən və birlikdə güclənən dost olaraq qazanmağa çalışmalıdırlar. Buna görə də Avropa daxildəki mənfəət ortaqlığı fikirini tərk etməlidir. Mənfəət fikri dünya üçün çox əhəmiyyətli xidmətləri olan AB-ni parçalayıb yox etmək üzrədir. Halbuki, bu gözəl birlik, sevgi ilə əlaqələrini gücləndirərək demokratiya, keyfiyyət, müasirlik, estetika, sənət və birlik ruhunu bütün dünyaya daimi şəkildə yaya bilər. Bunun üçün realpolitik (realpolitik: tək hədəfin beynəlxalq mənfəətlərin əldə edilməsi və yüksəldilməsi olan siyasi əxlaq, insanlıq, ideallar, din, kömək.. və s. məfhumlara bu anlayışın içində yer yoxdur.Bu yanaşmaya görə zəif olan birdən-birə yox edilir) hesablarını  kənara qoyaraq, sistemini insanı insan edən ən fundamental ünsürün, yəni “sevgi”nin üzərində qurmalıdır.

Əgər belə olarsa, Şərqdə qurulan Avrasiya Birliyi də eyni sevgi təməllərini əsas götürərsə, bir-biri ilə qarışmış şərq-qərb ittifaqı əsl qloballaşmanı özü ilə gətirər. Rusiya Şərqdə tənha ölkə olaraq qalmaz; Avropa və ABŞ da Rusiyanı təhlükə olaraq görməkdən əl çəkər. Sərhədlərin açıldığı, şərq-qərb ticarətinin bacara bildiyi qədər genişləndiyi, hər insanın istədiyi ölkədə rahat gəzə bildiyi dünya hər kəsin arzuladığı dünyadır. Meydan, yalnız öz irqini, inancını və milliyyətini üstün görənlərin eqoist əməllərinə buraxılmamalıdır. Kainat sevgi üzərində quruldu. Bizim vəzifəmiz isə ticarət yollarından əvvəl sevgini qurmaqdır.

Adnan Oktarın «Ərəb News» da nəşr olunan məqaləsi:

http://www.arabnews.com/node/582947

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma