Allah`ın müxtəliflik sənətinin bir nümunəsi: Quş dimdikləri


  • Müxtəlif quş növləri niyə fərqli dimdiklərə sahibdirlər?440689-1366x768
  • Fərqli quş növlərinə aid dimdiklərin xüsusiyyətləri nələrdir?
Allah kainatda fərqli və müxtəlif canlılar yaratmışdır. Bitkilər və heyvanlar da fərqlilik nümunələrindəndir. Bitkilərin yarpaqlarından tutmuş gövdələrinə qədər,  müxtəlif heyvan növlərindən tutmuş onların hər birində saya bilməyəcəyimiz qədər bütün canlılarda Allah fərqli xüsusiyyətlər yaradıb. Quş növlərinin sahib olduğu müxtəlif dimdiklər də qeyri-adi xüsusiyyətləri ilə fərqlənir. Allah`ın quş dimdiklərində yaratdığı detalların və müxtəlifliyin bəziləri bunlardır:

Quş dimdikləri və keratin molekulu
Keratin bədənimizdə və gündəlik həyatımızda istifadə etdiyimiz bir çox əşyalarda müxtəlif şəkildə mövcuddur. Məsələn, dəri, demək olar ki, saf keratin molekulundan təşkil olunmuşdur. Yun, ipək, balıq pulcuğu, tüklər də keratindən təşkil olunmuşdur. Keratindən təşkil olunan quş pəncələri, dırnaqları və dimdikləri isə daha çox sulfid körpüsü ilə çarpaz bağlıdırlar. Bu çarpaz bağ bu maddələrdə keratinin daha çox mövcud olduğunu göstərir. Belə vəziyyətdə meydana gələn molekul daha qüvvətlənir və sərtləşir. Quş dimdiklərinin sərt və sümükvari quruluşunun səbəbi də budur.
Quş dimdiklərindəki vacib məqamlar
Quşların dimdikləri alt və üst olmaqla iki hissədən ibarətdir. Buynuza oxşar sərtlikdəki üst dimdik, üst çənə və burun sümükləri ilə ucu buynuzvari maddədən ibarət alt dimdik alt çənə sümüklərinin birləşməsindən meydana gəlir. Dimdik kəllə və alt çənə ilə bağlı olduğuna görə buğumlu və oynaqdır.
Allah üst dimdiyi quşun bəslənmə tərzinə uyğun olaraq az və ya çox əyri və iti kənarlı formada yaratmışdır. Quşların dişləri yoxdur, lakin Allah üst dimdiklərində mişar kimi girintili-çıxıntılı xüsusiyyət yaratmışdır. Bu girinti-çıxıntılar quşun qidaları kəsmə və parçalama işlərində köməklik edir. Bir çox quşların üst dimdik ətəyində yumşaq və sarı rəngdə dəri mövcuddur. Bu dəri bəzi bataqlıq və su quşlarında isə bütün dimdiyi əhatə edir və zəngin sinir ucları ilə toxunma orqanı vəzifəsini yerinə yetirir.
Alt çənə isə üst çənədən daha fərqlidir və Allah`ın üstün ağlının qüsursuz detallarına sahibdir. Çünki Uca Rəbbimiz alt dimdikdə iki alt çənə sümüyünün ucunun birləşdiyi dimdik ucu ilə çənə sümükləri arasını əhatə edən, bəzi növlərdə yumşaq dəridən ibarət olan dimdik altı yaratmışdır.
Quşların bəzi duyğu orqanları dimdikləri ilə əlaqəlidir
Qoxu hiss etmə orqanı olan burun quşlarda üst dimdiyin dib qismindədir. Allah əksər quşlarda ara pərdə ilə ayrılmış burun boşluğunda qoxu hiss etmə vəzifəsini daşıyan midiya (molyuks) şəklində bir cüt yaratmışdır. Quzğun kimi bəzi quşlarda burun dəlikləri sərt tüklərlə örtülmüşdür. Fırtına quşları kimi bəzi quşlarda isə boru şəklində uzanmış və bir-birləri ilə birləşmişdir.
Dad alma orqanı da dil və dimdiyin iç qismində yerləşir. Yumşaq olan dil dibi ilə damaqda yerləşən tumurcuqlar quşun dad alma hissini təmin edir.
Dimdik və dil, eyni zamanda, toxunma orqanı vəzifəsini də yerinə yetirir. Məşəcüllütü, ördəklər və ümumiyyətlə digər su quşlarında yumşaq dimdik dərisi üzərində yerləşən cisimciklər dimdiyin toxunma vəzifəsini reallaşdırır.
Allah quşlarda qidalanmalarından asılı olaraq fərqli görünüşlü dimdiklər yaratmışdır
Su kənarlarında balıq və ya qurbağa kimi canlıları ovlayan quşların dimdikləri uzun və incədir. Suda yaşayan canlılarla bəslənən quşların dimdikləri yastı və genişdir. Toxum yeyən quşlarda dimdiklər qalın və konus formasındadır. Yırtıcı quşların dimdikləri qarmaq kimi qıvrıq, iti və güclüdür. Dəri, ət və hətta sümükləri belə parçalaya bilərlər.
Allah`ın quş dimdiklərində yaratdığı müxtəlifliyə nümunələr
Yırtıcı quşların dimdikləri
Qartal, bayquş, şahin və qızılquş kimi bütün yırıcı quşların dimdikləri əti kəsmək üçün olduqca əlverilşlidir, çəngəl formalı və uc tərəfi iti şəkildə yaradılmışdır. Üst dimdik alt dimdikdən daha uzun və aşağıya doğru əyilir. Bu forma Uca Rəbbimizin üstün ağlı və müxtəliflik sənətinin bir nümunəsi kimi növlər arasında fərqliliyi göstərir. Məsələn, leşyeyən və qartal kimi həyatlarının müəyyən dövrlərində leşlə bəslənən yırtıcıların dimdikləri bunları parçalaya biləcək şəkildə iridir. Çalağanların dimdiyi ilbizləri qabığından çıxara biləcək şəkildə digər növlərə görə daha incə və qıvrıqdır. Qızılquşların dimdiklərinin kənarlarında isə mişar kimi çıxıntılar var.
Qutan dimdiyi
Qutanların dimdikləri uzundur, Allah bu quşların dimdiklərini altında alt çənəyə uzanan və genişlənən bir kisə yaratmışdır. Bu dimdik balıq ovlamağa uyğun quruluşdadır. Dimdiyin vəzifəsi sanki bir çömçə kimi balıqları tutmaqdır. Allah bu dimdiyin quşun ehtiyaclarına uyğun elastik və genişlənən xüsusiyyətdə yaratmışdır.
Qutan dimdiyini suya batırdığı zaman elastik alt çənə genişlənib oval forma alır. Qutan başını qaldıranda balıqlar bu genişlənən kisəyə dolurlar. Alt çənə büzülür, üst çənə qapaq kimi kisənin üstünü örtür. Beləcə, tutulan balıqlar qaça bilmir və balıqlar eyni anda udulur.
Tukan dimdiyi
Tukanların ən diqqətçəkici xüsusiyyətləri parlaq və rəngli bədənlərinə nisbətən xeyli böyük dimdiklərə sahib olmasıdır. Tropik meşələrində yaşayan tukanların dimdikləri çox sərt meyvələri də asanlıqla yeyə biləcəkləri qədər güclü quruluşa malikdir. Fikirləşə bilərsiniz ki, bu cür böyük və güclü dimdiyin çəkisi ağırdır. Bu dimdiklərin ən əhəmiyyətli xüsusiyyəti çox güclü olmasına baxmayaraq, heyrətamiz dərəcədə yüngül olmasıdır. Tukanların dimdiklərinin uzunluğu 20 sm-ə çatmasa da, sahib olduğu keratinin elastikliyi sayəsində hərəkətlidir və dimdikləri çox yüngüldür. Elm adamlarının apardıqları bir araşdırma tukanların bu böyük dimdiklərini özlərini sərinləşdirmək üçün istifadə etdiyini də ortaya çıxarmışdır. Bu quşların yaşadığı isti tropik meşələrdə quş dimdiyinə gedən qan axışını artırdığında istiliyin qarşısını alır və sərinləyir. Bu yolla quş temperaturunu 30-60% nisbətində aşağı salır və sərinləyir. Aparılan araşdırmalar yetkin quşların dimdiklərindən istifadə edərək havanın istiliyini 100% -dən 5%-ə qədər aşağı sala biləcəklərini müəyyən etmişdir.
Bu məqalədə verilən nümunələrdə də göründüyü kimi, Allah quşların dimdiklərini növlərinə görə fərqli və vacib işlər görə biləcək şəkildə yaratmışdır. Quşların dimdikləri yaşadıqları mühitə və qidalarına ən uyğun formadadır. Rəbbimiz yer üzündə yaşayan bütün canlılara ehtiyac duyduqları xüsusiyyətləri əskiksiz və qüsursuz olaraq vermişdir. Ayədə bu həqiqət belə bildirilir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. (Həşr surəti, 24)

Digər quş dimdiklərindən nümunələr
– Qılınc dimdikli kolibrilərdə çiçək nektarı toplamaq üçün bədənindən dörd dəfə uzun incə bir dimdik mövcuddur.
– Makav quşunun (tutuquşu növü) dimdiyi isə ən çətin qozları belə qıra bilmək üçün çəngəlvari quruluşa malikdir.
– Məhəbbət quşunun dimdiyi toxumları rahatlıqla aça biləcək quruluşa malikdir.
– Flaminqonun dimdiyində isə kiçik buğumayaqlıları qabıqlarından çıxarmaq üçün ələyə bənzər xüsusi hissə vardır.
– Yaxalı kolibri (Coeligena torguatua) çiçək tozları ilə bəslənən quş növüdür, amma digər quşlardan fərqli xüsusiyyətə malikdir; əksər quşlar kimi dimdiyini çiçəyin içinə salaraq qidalanmır. Çiçək tozu toplayarkən xüsusi quruluşlu dilini istifadə edir. Dilinin ortası iç-içə keçmiş iki V hərfi formasındadır, uzun dilini çiçəyin içinə soxduqda çiçək tozları toplanır və dil ağız içinə çəkilərkən heç bir yerə sürtünmədiyi üçün toplanan qidada itki baş vermir.
– Uzun dimdikli su çulluğu sahil quşudur. Yerdən havaya uçarkən çox sürətli hərəkət edir və ziqzaqlar çəkir. Dayaz bataqlıqlarda tapdığı sürfə və qurdlarla bəslənir. Su çulluğunun dimdiyi yemək axtarmaq üçün son dərəcə uyğun quruluşdadır. Bu işi görərkən uzun dimdiyini torpağa salıb tikiş maşını sürəti ilə aşağı-yuxarı hərəkət etdirərək sürfə və qurdları sürətlə toplayır.
– Qidalanmalarından aslı olaraq qağayı quşlarının dimdiyi fərqli formalarda olur. Məsələn, qağayıların və xüsusilə yırtıcı qağayıların çəngəl uclu dimdikləri ovlarını tutub qoparmağa əlverişlidir.
– Atlantik okeanı sahillərində yaşayan dəniz tutuquşusu adlanan quşun dimdiyi isə ağzında bir neçə balıq olarkən suya baş vurub yenidən balıq ovlaya biləcəyi quruluşa malikdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma