Avtomobillərdəki qaz-əyləc sisteminin ürəkdəki nümunəsi


heart-diseaseİnsan bəzən ürəyinin tez-tez döyündüyünü hiss edir. Nərdivanları sürətlə qalxarkən, qaçarkən və ya həyəcanlananda ürək döyüntülərinin sürətləndiyini, bir az sonra isə normallaşdığını hər kəs mütəmadi olaraq hiss edir. Ancaq bu prosesin nə qədər böyük möcüzə olduğunu bir çox insan bilmir. Ürək ritminin sürəti bədənə yerləşdirilmiş “kompüter” sistemi vasitəsi ilə idarə edilir.
Ürək döyüntüləri artdıqda bədən lazımi oksigenlə təmin edilməsə, hüceyrələr elektrik müvazinətini itirir, sürətli və nizamsız döyünməyə başlayır. Buna görə də ürək döyüntülərinin  müəyyən ritm üzrə artması olduqca əhəmiyyətlidir. Müəyyən vəziyyətlərdə ürəyin ritmi artır və ya azalır. Bu, sabit sürətlə hərəkət edən avtomobilin qaz pedalına basılaraq sürətinin artırılmasına və ya əyləcə basılaraq yavaşıdılmasına bənzəyir. Ürəyin ritmini azaldan əyləc vaqus, sürətləndirən qaz pedalı isə simpatik sinirlərdir. Əyləcin (vaqus sinirlərinin) hərəkətini təmin edən asetilkolin maddəsidir.

İnsan güc sərf etdikdə, stress keçirdikdə, hərarəti yüksəldikdə və buna oxşar hadisələrdə əlavə qana ehtiyac duyduğu üçün sakit vəziyyətdə dəqiqədə 72 dəfə döyünən ürəyin ritmi sinus düyünləri tərəfindən (ürəyin döyünmə sürətini nizamlayan hüceyrə qrupu) sürətləndirilir. Beləliklə, əlavə qan nəql edilir. Simpatik sinirlər də damarları daraldaraq qan təzyiqini artırır. Eyni zamanda böyrəküstü vəzi adrenalin və noradrenalin ifraz edərək ürəyin döyünmə sürətini artırır. Qalxanabənzər vəzidən ifraz olunan tiroksin hormonu isə maddələr mübadiləsini sürətləndirərək ürəyin fəaliyyətinə təsir göstərir. Sürətlənən ürək döyüntüsü ürəyin məhsuldarlığını 5 dəfəyə qədər artıra bilər.
Simpatik sinirlər avtomobilin qaz pedalı kimi ürək döyüntüsünü sürətləndirir. Bu sürəti azaltmaq isə parasimpatik sistemin işidir. Parasimpatik sistem lazım olduqda ürək əzələsinin yığılma gücünü zəiflədərək ürək ritmini dəqiqədə 40 vurğuya qədər azalda bilər. Arteriyalardakı reseptorlar qan təzyiqinin artdığını hiss edən kimi asetilkolin adlı kimyəvi maddənin ifrazı üçün parasimpatik sinirlər vasitəsilə beyinə siqnal göndərir. Beləliklə, qan damarları genişlənir və təzyiq aşağı düşür. Təmiz qanı bədənə daşıyan damarlar vaxtında genişlənməsə yırtılıb parçalanar. Nəticədə, kəlləyə qan dolar və beyinə kifayət qədər qan getmədiyi üçün insan iflic ola bilər.
Bu qədər mürəkkəb və çox böyük ağıl tələb edən proseslərin qüsursuz və nizamlı şəkildə baş verməsi uca Allah`ın elmini təzahür etdirən saysız-hesabsız nümunələrdən sadəcə biridir. Quranda belə bildirilir:

“…Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?” (“Ənam” surəsi, 80)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma