Allah yolunda malından infaq etməyin hikmətləri

sedeqe_vermek_00İnsanı maddi və mənəvi kirlərdən təmizləyən, nəfsini tərbiyə edərək Allah`ın razı olduğu əxlaqı mənimsəməsinə səbəb olan ən əsas ibadətlərdən biri də Allah yolunda xeyirli işlər üçün malından sərf etməkdir. Allah Peyğəmbərə möminlərin mallarından sədəqə almasını, bu yolla onların təmizlənməsini bildirmişdir.  Ayədə belə hökm verilir:
Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir arxayınlıqdır. Allah eşidəndir, biləndir. (Tövbə surəsi, 103)

Oxumağa davam et

Allah`ın toz zərrəciklərində yaratdığı hikmətlər

  • Tozun olmaması həyatımızda hansı çatışmazlıqlara səbəb olardı?toz-bulutu-gokyuzunu-gri-renge-burudu-DHA-7104259a0bd466fb97e6ed43f43d7e5b-1-t
  • Tozun faydası varmı?
  • Toz nədir?
Toz zərrəcikləri müxtəlif tullantı və kiçik torpaq dənəciklərindən ibarət, cisimlərin üstündəki və ya havada asılı olan çox incə, pudraya bənzər maddədir. Allah tozu xüsusi məqsədlə ancaq dünyaya xas yaratmışdır. Cənnətdə toz yoxdur. Allah`ın tozu yaratmasının ardında bir çox hikmət var (doğrusunu Allah bilir). Tozun zərərləri insanın dünyaya bağlanmasının qarşısını alır. Ancaq toz olmasa, təbii proseslərin həyata keçməsində bir çox problemlər yaranar.

Oxumağa davam et

Allah`ın müxtəliflik sənətinin bir nümunəsi: Quş dimdikləri

  • Müxtəlif quş növləri niyə fərqli dimdiklərə sahibdirlər?440689-1366x768
  • Fərqli quş növlərinə aid dimdiklərin xüsusiyyətləri nələrdir?
Allah kainatda fərqli və müxtəlif canlılar yaratmışdır. Bitkilər və heyvanlar da fərqlilik nümunələrindəndir. Bitkilərin yarpaqlarından tutmuş gövdələrinə qədər,  müxtəlif heyvan növlərindən tutmuş onların hər birində saya bilməyəcəyimiz qədər bütün canlılarda Allah fərqli xüsusiyyətlər yaradıb. Quş növlərinin sahib olduğu müxtəlif dimdiklər də qeyri-adi xüsusiyyətləri ilə fərqlənir. Allah`ın quş dimdiklərində yaratdığı detalların və müxtəlifliyin bəziləri bunlardır:

Oxumağa davam et

Allah təəssübkeş deyil, keyfiyyətli gənclik istəyir

  • Keyfiyyətli olmaq nə deməkdir?674072-1366x768
  • Keyfiyyətli gəncliyin xüsusiyyətləri
  • Gənclərimiz niyə keyfiyyətli olmalıdırlar?

Keyfiyyət bir şeyin dəyərlilik, yararlılıq dərəcəsi deməkdir. Nə qədər yaxşı və üstündürsə o qədər də keyfiyyətli, lazımi meyarları nə qədər aşağıdırsa o qədər də keyfiyyətsiz hesab olunur. Eyni zamanda, keyfiyyət insani xüsusiyyətlərdən bəhs edərkən, tərifləyərkən və ya qiymətləndirərkən istifadə olunan bir meyardır. Keyfiyyəti ölçərkən insanın xarici görünüşü, geyim tərzi, təmizliyi, estetika və sənət anlayışı, əxlaqı, mənliyi, davranışı, ədəbi, danışıq üslubu və s. xüsusiyyətləri nəzərə alınır.

Keyfiyyətli gəncliyin xüsusiyyətləri: Oxumağa davam et

Adnan Oktar: “Müsəlmanlar əvvəlcə özlərini mühakimə etməlidir”

2260Suriya, Şərqi Türküstan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir…

Hazırda dünyada çox böyük xaos hakimdir. Bunu anlamaq üçün hər gün mətbuatda işıqlandırılan şəhid xəbərlərinə, yaralananların sayına baxmaq kifayətdir. Hər gün yüzlərlə insan evindən, yurdundan didərgin düşür. Bir o qədər insan qətlə yetirilir. Kiçik uşaqlara təcavüz edilir, hamilə qadınlarını qarınlarını deşərək körpələri öldürülür. Müsəlmanlar ağlagəlməz zülm və işgəncələrə məruz qalır. Demək olar ki, bütün dünyanı cənginə alan bu vəziyyət, xüsusilə, müsəlmanlara edilən zülmlər sürətlə artır.

Dünya isə İslam coğrafiyasında tüğyan edən bu zülmlərə sadəcə susur. Oxumağa davam et

Allah`ın canlılardakı rəng sənəti

459477-1366x768Yer üzündəki bütün rəngləri yaradan Allah`dır. Səma, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, portağallar, tutuquşular, qırqovullar, bənövşəyi üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə malikdir. Allah bir ayəsində bu həqiqəti bizə belə bildirir:

… Budur Allah`ın rəngi… Allah`ın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik. (Bəqərə surəsi, 138)

Oxumağa davam et

Avtomobillərdəki qaz-əyləc sisteminin ürəkdəki nümunəsi

heart-diseaseİnsan bəzən ürəyinin tez-tez döyündüyünü hiss edir. Nərdivanları sürətlə qalxarkən, qaçarkən və ya həyəcanlananda ürək döyüntülərinin sürətləndiyini, bir az sonra isə normallaşdığını hər kəs mütəmadi olaraq hiss edir. Ancaq bu prosesin nə qədər böyük möcüzə olduğunu bir çox insan bilmir. Ürək ritminin sürəti bədənə yerləşdirilmiş “kompüter” sistemi vasitəsi ilə idarə edilir.
Ürək döyüntüləri artdıqda bədən lazımi oksigenlə təmin edilməsə, hüceyrələr elektrik müvazinətini itirir, sürətli və nizamsız döyünməyə başlayır. Buna görə də ürək döyüntülərinin  müəyyən ritm üzrə artması olduqca əhəmiyyətlidir. Müəyyən vəziyyətlərdə ürəyin ritmi artır və ya azalır. Bu, sabit sürətlə hərəkət edən avtomobilin qaz pedalına basılaraq sürətinin artırılmasına və ya əyləcə basılaraq yavaşıdılmasına bənzəyir. Ürəyin ritmini azaldan əyləc vaqus, sürətləndirən qaz pedalı isə simpatik sinirlərdir. Əyləcin (vaqus sinirlərinin) hərəkətini təmin edən asetilkolin maddəsidir.

Oxumağa davam et