Allahın sevmədiyi davranışlar


İnsan yer üzündə ən çox Allah sevgisinə möhtacdır. Allahın rizasını qazanmaq, Onun qatında sevilənfantasy-portret-vzglyad-kapyushon biri olmaq ən böyük gözəlliklərdəndir. Bu səbəbdən səmimi müsəlmanın ən əsas vəzifəsi Rəbbimizin rizasını qazanmaq və Onun razı olmadığı hər şeydən çəkinmək olmalıdır. Bunun üçün hər müsəlman inanmayanların göstərdiyi pis əxlaqi xüsusiyyətlərdən uzaq olmalı, Allahın bəyənmədiyi ən kiçik hərəkəti belə etməmək üçün səy göstərməlidir.

Müsəlmanlar üçün ən vacib məsələlər Quranda açıq şəkildə izah edilmişdir.Rəbbimiz yaradılışı açıqlamış, şeytanı tanıtmış, halal və haramları bildirmiş, peyğəmbərlərin həyatından bəhs etmişdir. Hökmün tək sahibi olan Allah dünya həyatının imtahan yeri olduğunu və əsl yurdun axirət həyatı olduğunu bildirmiş, Müqəddəs Kitabımızda cənnət və cəhənnəm təsvir edilmiş, insanlar cəhənnəm əzabı ilə qorxudulmuşlar. Bütün bulardan əlavə Quranda Allahın qullarına sevmədiyini bildirdiyi davranışlar var. Bunlardan bəziləri aşağıdakılardır:

Allah zalımları sevmir

 “…Allah zalımları sevmir.” (Ali-İmran surəsi, 57)

Bu gün dünyada bir çox problemlərin həllində Quran əxlaqı tətbiq olunmadığına görə milyonlarla insan əziyyət içində yaşayır, aclıq, yoxsulluq, xəstəlik, müharibələr milyonlarla insanın həyatını alt-üst edir. Minlərlə insan müsəlman olduqlarına, Allaha bağlılıqlarına görə zülm və işgəncəyə məruz qalaraq təzyiq altında yaşayır. Bu zülmü gerçəkləşdirən və ya öz mənfəətləri üçün milyonlarla insanın çəkdiyi zülmə göz yuman şəxslər zalımlıq edirlər. Əlbəttə, Allah yer üzündə bu qədər qırğına, müharibəyə, bədbəxtliyə səbəb olan və bunları aradan qaldırmaq üçün ciddi səy göstərməyən, əksinə, öz mənfəəti üçün bu zülmə dəstək olanları sevmir.

 Allah faiz yeyənləri sevmir

 Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz.(Bəqərə surəsi, 276)

Bəzi insanlar asan qazanc əldə etmək üçün yanlış yollara əl ataraq gəlir əldə etməyə alışıblar. Halbuki Allahın ayədə bildirdiyi kimi, faiz Quranda haram edilmişdir. Sədəqə vermək isə Allah qatında qat-qat artırılaraq insana qaytarılır. Lakin insanlar nəfslərinin istəklərinə tabe olaraq günah olduğunu bilə-bilə haram işlər görürlər. Əlbəttə, Allah haram etdiyi şeylərdən çəkinməyənləri və onların davranışlarını sevmir.

Allah lovğalıq edənləri sevmir

 Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir. (Nisa surəsi, 36)

Əksər insanlar sahib olduqları xüsusiyyətləri onlara Allahın verdiyini bilmir və eqoistlik edərək digərlərinə lovğalanır, əllərində olanlara görə  təkəbbür göstərirlər. Allahın verdiyi gözəlliyə və ya mülkə aldanaraq lovğalanır, özlərini başqalarından üstün göstərməyə çalışırlar. Qəflət içində olan bu insanlar Allahı haqqı ilə təqdir etmədikləri, Onun qüdrətini qavramadıqları üçün əllərindəki nemətlərin hamısının Allaha aid olduğunu anlamırlar. Allaha təslim olmaq, təvəkkül etmək kimi anlayışlardan uzaq olduqlarına görə heç vaxt Quran əxlaqına uyğun davranmırlar. Ancaq bu təkəbbürləri çox davam etməyəcək, çünki axirətdə yeganə üstünlük Allah qorxusu və təqvaya görədir. Allah lovğalananları sevmir.

Allah xəyanət edən günahkarları sevmir

 “… Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz.” (Nisa surəsi, 107)

Möminlər həyatları boyu Allaha sədaqətli olan, vəfa ilə bağlanan insanlardır. Lakin xəyanət edən, hər cür mənəvi inancdan uzaq insanlar nəfslərindəki vəfasızlıq və xəyanətə görə əzab çəkirlər. Bunun səbəbi yaradılışlarına zidd olan davranışı seçmələridir. Allah peşman olaraq tövbə etməyən xəyanətkarları sevmir.

Allah həddi aşanları sevmir

 Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

 Allahın hədlərini qorumayan, əxlaqsızlıqda həddi haşan insanları Allah sevmir, axirətdə də onların heç bir qazancı yoxdur. Çünki işində və davranışlarında həddi aşanın bu əməllərinə son vermək üçün qarşısında heç bir maneə yoxdur. Ona görə pisliklərdə və nəfsinə tabe olmaqda heç bir sərhəd tanımırlar. Əlbəttə, Allah bu cür insanlardan razı qalmır.

 Allah fitnə-fəsad törədənləri sevmir

 … Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz! (Maidə surəsi, 64)

Yer üzündə fitnə-fəsad törətməyə cəhd edənlər, pisliklər etmək üçün plan quranlar qazanc əldə edəcəklərini düşünürlər. Halbuki onları şeytan aldadır. Çünki Allah fitnə-fəsad törədənlərin səylərini boşa çıxarır. Nəticədə heç bir fitnəkar qazanc əldə etmir, axirətdə isə ziyana uğrayanlardan olur. Çünki Allahın rizasını itirir.

 Allah kafirləri sevmir                      

 “Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir.” (Rum surəsi, 45)

 Kafirlər imanın əsaslarını qəlbləri ilə qəbul və təsdiq etmədikləri kimi, Allaha və Peyğəmbərinə inanmadıqlarını elan edən, bu inkarlarını dilləri ilə də ifadə edən şəxslərdir. Kafirlər Allahın əzabına düçar olacaq və onlara verilən zəka ilə mömin olmadıqları üçün cəhənnəmə atılacaq və orada əbədi qalacaqlar. Rəbbimiz bu həqiqəti belə bildirir:

Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!(Bəqərə surəsi, 161)

 Allah israf edənləri sevmir

 Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. (Əraf surəsi, 31)

Allah yer üzündə bütün bəşəriyyət kifayət edəcək qədər nemətlər verib. Ancaq bəzi insanlar həddi aşaraq Allahın verdiyi nemətləri israf edirlər. Əldə edilən gəlirin insanlar arasında ədalətlə bölünməməsi, daima israf edilməsi bərəkəti azaldır, cəmiyyətin böyük hissəsi yoxsulluq və sıxıntı içində yaşayır.

İsraf etmək Allahın bəyənmədiyi əxlaqdır. Ona görə Allah israf edən qullarını sevmir.

Allah qürrələnib öyünənləri sevmir

 “… (Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!” (Qəsəs surəsi, 76)

Qürrələnən insan təvazökar, incə düşüncəli, vicdanlı, səmimi davranmaz. Bu cür insanın ağlına güvənmək olmaz, çünki düşüncəsiz davranaraq insanları incidər, insanları ələ salar. Əlindəkilərə görə azğınlaşdığı üçün Allahın ona bəxş etdiyi nemətlərə şükür etmir, bu  nemətlərin qiymətini bilmir. Allah isə bu cür insandan razı qalmır. Əlbəttə, insan bilməlidir ki, dünyada malik olduğu hər şey Allahın insanlara rəhməti ilə bağışladığı nemətlərdir. Allah daha çox mal, mövqe, gözəllik, estetika və ehtişam verməyə qadirdir. İnsan ancaq Rəbbimizi razı etməyi qarşısına məqsəd qoymalı və Onun sevgisini qazanmalıdır. Allahın sevmədiyi hər cür davranış və əxlaqi xüsusiyyətlərdən uzaq durmaq hər insanın borcudur.

Allah pis sözün ucadan deyilməsini sevmir

 Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir. (Nisa surəsi, 148)

İnsanların əksəriyyətini gözəl söz söyləməkdən və gözəl sözə tabe olmaqdan uzaqlaşdıran şeytandır. Şeytan insanların arasını vurmaq, qarışıqlığa və çəkişməyə səbəb olmaq üçün onlara bir-birlərinə pis söz deməyi, pis ləqəblər qoymağı, bir-birlərini ələ salmağı və qəzəblənib çirkin sözlər söyləməyi əmr edir. Lakin burada önəmli məqam var: şeytanın iman gətirənlər üzərində heç bir təsiri yoxdur. Bu həqiqəti dərk edən insan isə digərlərinə din əxlaqını təbliğ edərkən, insanlara gözəl söz söyləyərkən bunun mükafatını yalnız Allahdan gözləyər.

Allahın sevmədiyi digər davranışlar

 Allah həddi aşanları sevmir

“Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.” (Maidə surəsi, 87)

 Allah xəyanət edənləri sevmir

Əgər bir qövmün əhdi pozacağı ilə xəyanət etməsindən qorxsan, sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir. (Ənfal surəsi, 58)

 Allah xain və nankor olanları sevmir

Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz! (Həcc surəsi, 38)

Allahın sevmədiyi davranışlar insana və cəmiyyətə zərər verir

Bir tərəfdə zülm olunan, işgəncə ilə öldürülən insanlar, məsum körpələr, çörək almağa belə pulu olmayan, soyuq havada küçədə yatanlar, xəstəliklərini müalicə etdirmək üçün pul tapmayanlar, qoca, gücsüz olmalarına baxmayaraq xəstəxanalarda saatlarla, hətta günlərlə növbə gözləyənlər, irqi mənsubiyyətlərinə görə öldürülənlər, dinlərinə görə evlərindən, yurdlarından çıxarılan qadınlar, uşaqlar və yaşlılar, aclıqdan və baxımsızlıqdan məhv olan, ölümə sürüklənən insanlar, digər tərəfdə isə israf edən, lovğalanan, zülm edən, öldürən, əziyyət verən, zorakılıq edən, xəyanət edən, əməllərində həddi aşan – Allahı tənzih edirik – Allahı və peyğəmbərləri inkar edən insanlar var.

Dünyadakı bu insan tiplərinə və problemlərinə ümumi baxdıqda bütün bu hadisələrə sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəətpərəstlik, eqoistlik, laqeydlik, mərhəmətsizlik kimi hisslərin və ağılsızlığın, bir sözlə, Allahın Quranda bəyənmədiyini bildirdiyi davranışların səbəb olduğunu görürük.

Bu problemləri həll edib tamamilə aradan qaldırmağın yolu isə sevgi, şəfqət, mərhəmət, qarşılığını gözləmədən qayğı göstərmək şövqü, həssaslıq, fədakarlıq, dostluq, ağıl, yəni Allahın sevdiyi davranışları etmək və tamamilə Quran əxlaqına uyğun yaşamaqdır.

Nurun yeganə sahibi olan Allah ayələrində Quranın insanları qaranlıqlardan aydınlığa çıxarma xüsusiyyətini belə bildirir:

… Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allahın sevmədiyi davranışlar” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma