Kembri dövrü


Ediakar-fosil-canli-5jkYer üzündə böyük canlı müxtəlifliyi var. Planetimiz qütblərdən Amazona, hündür dağlardan okean dərinliklərinə qədər çox müxtəlif canlı formaları ilə doludur. Bakteriyadan soxulcana, qarışqadan ağaca, qağayıdan delfinə qədər müxtəlif canlılar həssas işləyən sistemlərə, kompleks orqanlara malikdirlər. Bu sistemlər sayəsində ətraf mühitlə mükəmməl uyğunluq içində həyatlarını davam etdirirlər. Bioloqlar tərəfindən təfərrüatları kəşf edilən bu sistemlər insanı heyran edir.

Elm adamları və mütəfəkkirlər hər dövrdə təbiəti tədqiq etmiş, qüsursuz ahəng və plan olduğuna şahid olmuş, bu suallara cavab axtarmışlar:

Bu qədər çox müxtəlifliyə malik canlılar yer üzündə ilk dəfə necə əmələ gəlib?

Bədənlərindəki mükəmməl sistemlərə necə malik olublar?

Bu canlılar arasındakı uyğunluq və müvazinət necə mümkün olub?

Bu sualların araşdırılmasında çoxhüceyrəli canlıların mənşəyi xüsusilə seçilir. Çünki yer üzündəki bioloji müxtəlifliyi böyük ölçüdə çoxhüceyrəli canlılar təşkil edir. Birhüceyrəlilər də kompleks canlılardır və dünyadakı həyatın davam etməsinə onların böyük təsiri var. Ancaq birhüceyrəlilərin quruluşu çoxhüceyrəlilərlə müqayisədə çox sadədir. Çoxhüceyrəlilərin müxtəlifliyi və kompleksliyi o qədər mükəmməldir ki, insan ağlının hüdudlarını aşır.

Kembri dövrü dövrümüzdə yaşayan bütün çoxhüceyrəli canlı qruplarının birdən-birə üzə çıxdığı geoloji dövrdür. Bu hadisə elə ani və böyükdür ki, elm adamları həmin hadisəni Kembri partlayışı adlandırıblar. Məşhur təkamülçü paleontoloq Stiven Cey Quld bu hadisəni “həyat tarixindəki ən diqqətçəkən və təəccüblü hadisə” (Stephen Jay Gould, “The Evolution of Life on Earth”, Scientific American, vol. 271 (oktyabr 1994), səh. 89) adlandırmış, təkamülçü zooloq Tomas S. Rey çoxhüceyrəlilərin mənşəyinin həyatın başlanğıcı qədər qeyri-adi olduğunu yazmışdır.

Son 25 ildə Kembri dövrü ilə bağlı məlumatlar artıb, Kembri partlayışının qeyri-adi xüsusiyyətləri elm adamlarının diqqətini cəlb edib. Bu sahə ilə bağlı müxtəlif kəşfləri dəyərləndirən elm adamları bu hadisənin təxmin ediləndən daha ani baş verən, çox xüsusi hadisə olduğunu anlayıblar. Kembri partlayışının özünəməxsus xüsusiyyətləri haqqında fikrin möhkəmlənməsi çoxhüceyrəlilərin və ümumilikdə həyatın mənşəyi ilə bağlı etibarlı nəticələr göstərən konkret məlumatlar verir. Müasir elmin işığında əldə edilən bu məlumatlar Allah`ın qüsursuz yaratmasının bu dövrə aid dəlillərini təşkil edir. Şəxsən Darvinin ciddi çətinlik kimi tərif etdiyi bu hadisə müasir elmin kəşfləri ilə təkamül nəzəriyyəsinin sonunu hazırlamışdır.

Kembri partlayışında baş verənlər öyrənilməsə, yer üzündəki həyatın mənşəyini qavramaq olmaz. Kembri partlayışı müasir elmin Allah`ın ehtişamlı yaratmasını kəşf etdiyi sahələrdən sadəcə biridir. Allah həyatı və canlıları “Ol” əmri ilə yoxdan yaratmışdır.

Kembri, təkamül və yaradılış

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bir hüceyrədən törədiyini iddia edir. Nəzəriyyəyə əsasən, milyonlarla canlı növü bir hüceyrədən törəyib, bu ortaq əcdaddan gələn irsin izləri fosil qeydlərində olmalıdır. Təkamülçülər balıqdan primata, həşəratdan osminoqa qədər bütün canlı növlərinin bu xəyali ilk hüceyrə ilə əlaqəsi olduğunu iddia edirlər. Belə bir fərziyyənin fosil qeydlərində bu izləri axtarılmalıdır:

  • Çoxlu sayda ara-keçid forma olmalıdır.
  • Fosil qeydlərindəki dəyişiklik yavaş və mərhələli olmalıdır.
  • Ən erkən canlılar ibtidai quruluşda həyata başlamalı və ibtidaidən aliyə doğru inkişaf etməlidirlər.
  • Xəyali ilk hüceyrə tədricən inkişaf etdikcə yeni növlər əmələ gəlməli, bu növlər zaman ərzində getdikcə bir-birlərindən fərqlənməli, müxtəlifləşən canlılar aləmində fəsilə, dəstə, sinif kimi daha yüksək kateqoriyalar üzə çıxmalıdır.

Bütün bu tələbləri davamlılıq şərti altında birləşdirmək mümkündür. Çünki təkamülçülər bütün canlı növlərinin ilk xəyali hüceyrədən etibarən bir-birləri ilə əlaqəli olduğunu, növlər arasında dəyişikliyin daima davam etdiyini iddia edirlər. Belə bir davamlılıq mütləq saysız-hesabsız ara-keçid formanın yaşamasını, fərz edilən təkamül prosesinin fosil qeydlərində müşahidə olunmasını tələb edir.

Bunun əksinə, yaradılış bunların heç birini tələb etmir. Canlıların özünəməxsus xüsusiyyətlərlə olduqları kimi, qüsursuz şəkildə Allah tərəfindən  yaradıldığını öyrədir. Ona görə, müəyyən canlı növünün daha əvvəl yaşamış canlıdan daha mürəkkəb olması kimi şərt qoymur. Müxtəlif canlı qrupları arasında müşahidə olunan mərhələlərin olması vacib deyil. Əksinə, yaradılış özünəməxsus quruluşları ilə yaradılmış canlıların anatomik xüsusiyyətləri baxımından bir-birindən fərqlənən qruplar olduğunu irəli sürür.

Paleontologiyanın Kembri partlayışı ilə bağlı ortaya qoyduğu faktlara baxdıqda da bu məlumatların yaradılışı açıq-aydın sübut etdiyini, təkamül nəzəriyyəsini təkzib etdiyini görürük. Çünki bu partlayışla öz aralarında bir-birindən çox aydın xüsusiyyətlərlə fərqlənən canlılar üzə çıxmışdır. Bu vəziyyət Pre-kembri dövründə yaşamış canlılarla Kembri dövründə yaşamış canlılar arasında həm nəsil əlaqəsi, həm də komplekslik baxımından dərin boşluqlar üzə çıxarmışdır. Bu boşluqlar o qədər diqqət çəkir ki, canlı qrupları arasında davamlılığı sübut etməli olan təkamülçülər  bunlar arasında nəzəri səviyyədə belə qohumluq əlaqələri qura bilmirlər.

Kembri dövrü ən erkən heyvanların belə çox kompleks quruluşda ani surətdə üzə çıxdığını göstərir ki, bu vəziyyət yaradılışın irəli sürdüyü həqiqətdir. Canlıların mükəmməl quruluşunun mənşəyi Allah`ın yaratması ilə izah edilir. Bu mükəmməl canlılar təsadüfən, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi natamam, yarım və ya qeyri-funksional mərhələlərdən keçmədən, qüsursuz şəkildə fosil qeydlərində üzə çıxırlar.

Qısası, Kembri partlayışı fosil qeydlərində davamlılıq motivinin olmadığını göstərir və bu vəziyyət yaradılışın ən qəti dəlillərindən biridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma