BİTKİLƏRİN QİDA DƏYƏRİNİ HESABLAYAN ŞİMAL MARALLARI


laplandiya3_0Şimal maralları daima hərəkət edən canlılardır. Bu qədər hərəkət etmələrinin səbəbi isə qida axtarmalarıdır. Şimal marallarının əsas qida mənbəyi asanlıqla həzm olunan şibyədir. Ancaq şibyə yavaş böyüyür. Maralların qışlaq sahəsi, əsasən, şibyənin bol və qarın az olduğu yerlərdir. Qışda xüsusilə bu sahələrə gedir. Yazda isə yeni doğulmuş balalarına süd vermək üçün şimal maralı zülal və minerallarla qidalanmalıdır. Şibyələrdə bu zülal yoxdur. Qidaların xüsusiyyətləri bitdikləri en dairəsinə, hündürlüyə və torpağın xüsusiyyətinə görə fərqlənir. Hündür en dairəsindəki bitkilər həm zülal və mineralla zəngin olur, həm də asan həzm olunur.
Ancaq bu, hər mövsümdə olmur. Ancaq yay fəslinin əvvəlində bitkilər bu xüsusiyyətdə olurlar. Bunu bilirmiş kimi, şimal maralları yay fəslinin başlaması ilə bu sahələrə gedirlər.

Yayın sonrakı mərhələlərində bu bitkilərin qida dəyərləri getdikcə azalır. Temperatur düşüb, yer qarla örtülməyə başladıqda ən uyğun qida yenə şibyə olur və bu səbəbdən, qışlağa doğru köç başlayır. Bu canlıların botanik, coğrafiyaşünas kimi düşünüb “hansı en dairəsində hansı bitki nə vaxt yetişir?”, “bu bitkinin tərkibində nə var?”, “hansı qida mənbəyinə ehtiyacı var?” və “həmin bölgəyə getmək üçün hansı istiqamətdə hərəkət etməlidir?” kimi sualların cavabını bilmələri qeyri-mümkündür. Lakin bu canlılar yaşamı davam etdirmək üçün bu işi qüsursuz olaraq yerinə yetirirlər. Bu isə göstərir ki, həmin davranışlar şimal marallarına daima ilham olunur.

Allah yaratdığı varlıqları sonsuz mərhəməti ilə qoruyur. Orqanizmlərinin həyat şəraitinə uyğun yaradılması ilə yanaşı, maralların davranışlarını da Allah müntəzəm olaraq onlara anbaan ilham edir. Bütün canlılar kimi şimal maralları da Allah`ın sonsuz qüdrətinin dəlillərindəndir:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma