CERN-də iki sub-atom zərrəcik kəşf edilib


atlas_cernBöyük Hadron Toqquşdurucusu vasitəsilə keçirilən təcrübələrdə kəşf edilən sub-atom zərrəciklər böyük qüvvənin birləşdirdiyi üç zərrəcikdən ibarət bariondan təşkil olunmuşdur.
CERN-dən verilən açıqlamada bu kəşfin dünyanın əmələ gəlməsi zamanı baş verən proseslərin necə baş verdiyini aydınlaşdıracağı bildirilib.
CERN-in nəzdindəki LPNHE Laboratoriyasında çalışan Metyu Çarlz “birini tapmağa çalışarkən, ikisini kəşf etdik,” deyib.
Kəşf edilən yeni zərrəciklərin 14 milyard il əvvəl kainatın əmələ gəlməsinə səbəb olan Böyük Partlayış mühitini formalaşdıran 10 milyard dollar dəyərindəki təcrübə zamanı 27 km-lik tuneldə bir-birləri ilə toqquşdurulan protonlardan 6 dəfə ağır olduğu müəyyən edilib.
Tədqiqatın nəticələri “Physical Review Letters” jurnalında dərc olunacaq.
Böyük Hadron Toqquşdurucusu vasitəsilə daha əvvəl də zərrəciklərə kütlə verdiyi zənn edilən və Hiqs bozonu adlanan sub-atom zərrəcik kəşf edilmişdi. Tanrı zərrəciyi də adlanan Hiqs bozonunun kəşfi keçən il belçikalı fizik Fransua Englert ilə ingilis elm adamı Piter Hiqsə Nobel mükafatı qazandırmışdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma