İman uşağın qəlbinə yerləşdirilsə, həm dünyası, həm də sonsuz axirəti xilas olar


1622361_725674147466196_1394452265_oGözlə görünməyən kiçik hüceyrə doqquz ay boyunca ana bətnində möhtəşəm yaradılışla ağılı olan, ruhu olan bir insana çevrilir. Bu möhtəşəm yaradılışın hər mərhələsini seyr edən valideynlər böyük həyəcanla körpələrini qucaqlarına alacaqları günü gözləyirlər. Uşaq damarlarından qəlbinə, əllərindən beyninə, əzələlərinə və trilyonlarla hüceyrəsinə qədər Allah tərəfindən böyük bir sənətkarlıqla dünyaya gətirilir. Doğuşla birlikdə ana və ata həyatlarının sonuna kimi göz bəbəkləri kimi baxacaqları övladlarına qovuşur, onu sevgi ilə qucaqlarına alırlar. Allah bir ayəsində bu mərhələni belə təsvir edir:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz… (Həcc surəsi, 5)

Valideynlərin uşağı qucaqlarına aldıqlarında ilk edəcəkləri şey onu Allah’a həsr etmək və imanla, Allah sevgisi, Allah qorxusu ilə böyütməkdir. Çünki o uşaq bu dünyada yalnız 60-70 il qalacaq və ölümlə birlikdə sonsuz həyatına gözlərini açacaq. Ona görə o uşağın Allah’a imanla, Quranla, Quran əxlaqı ilə böyüdülməsi, beləliklə Rəbbini tanıması, qəlbinin imanla dolması, qəlbinin Allah üçün döyünməsi çox önəmlidir. Hər ailə uşağına daima iman həqiqətlərini izah edərək, Allah’ın kainatı xüsusi olaraq yaratdığını, bütün qulların Allah’a qarşı məsuliyyət daşıdıqlarını öyrədərək böyütməlidir. Uşaq bu şəkildə onu yaradan Rəbbini biləcək və hər zaman yanında olacaq əsl dostunu çox yaxşı tanıyacaqdır.

Uşaqlarını böyüdərkən valideynlər özlərinə daima Quranı rəhbər götürməlidirlər. Evdə daima Quran oxunmalı, bu şəkildə ayələrin xatırlanıb həyata keçirilməsi təmin edilməlidir.

Yanında daima Quran oxunduqda uşağın ruhu rahatlaşıb aram tapar. Quran əxlaqı yavaş-yavaş xarakterinə hopar. Bu zaman valideynlər uşaqlarına qədəri, təvəkkülü, bağışlamağı, səbir etməyi, öz haqqından vaz keçməyi, təvazökarlığı, mərhəməti, şəfqəti, paylaşmağı, fədakarlığı çox yaxşı öyrətməlidirlər. Bu şəkildə ruhu daha uşaq yaşlarından tərbiyələnəcək və həyatı boyunca qarşılaşdığı müxtəlif imtahanlar qarşısında çox güclü olacaqdır. İxlası, səmimiyyəti və imanı sayəsində Rəbbinin daima yanında olub onu gördüyünü və imtahan etdiyini biləcək.

Şübhəsiz ki, uşaq tərbiyəsi həyat boyu davam edir və valideynlər böyük əmək sərf edərək uşağını imanlı böyütmək üçün ciddi cəhd göstərməlidirlər.

Ailə hər mövzuda uşağa nümunə olmalı, hər hadisədə, hər imtahanda, sıxıntıda, darlıqda, çətinlikdə, xəstəlikdə, bolluqda daima Allah’ın və Quranın yanında olmalıdır. Dünya həyatında başına gələn hadisələri xeyir və gözəlliklə qarşılayan ailə şübhəsiz ki, uşağa çox gözəl nümunə olacaqlar.

Bir uşağın hələ kiçik yaşlarında dərin Allah sevgisi ilə böyüdüldüyünü düşünün.  Heç yalnız olmadığını, ən güclü dosta sahib olduğunu bildiyini düşünün. Qədərin, imtahanın və dünyanın keçiciliyinin şüurunda olduğunu düşünün. Allah sevgisi və qorxusu ilə hərəkət etdiyini, hər zaman Quran əxlaqına uyğun davrandığını gözünüzün önünə gətirin. Bu uşağın nə qədər böyük ağıla, nə qədər güclü bir şəxsiyyətə və necə dərin bir imana sahib olacağı açıq deyil? Bir valideyn uşağına bundan daha böyük bir gözəllik verə bilərmi?

Uşaq elə güclü bir səmimiyyətlə və ixlasla böyüdülməlidir ki, özünü yaradan əsl dostuna can ataraq şövqlə böyük bir sevgi ilə ibadətlərini yerinə yetirməlidir. Uşağa ibadətlər bir vəzifə məntiqi ilə deyil, Rəbbə bəslənən dərin sevginin, şükürün bir göstəricisi olaraq izah edilməlidir.

İbadətlərlə yanaşı hər etdiyini Allah üçün etmək, Allah üçün yaşamaq, şirkdən çəkinmək, israf etməmək, davamlı şükür içində olmaq uşağa öyrədilməlidir. Uşağın qəlbi o qədər Quranla dolu olmalıdır ki, hər baxdığı yerdə Rəbbini görməli, önünə gələn hər nemətdə Ona şükür etməli, yer üzündə və səmada Rəbbinin dəlillərini görüb şükürlə səcdəyə varmalıdır.

Valideynlər uşaqlarını böyüdərkən təbii ki, onu ən yaxşı məktəblərdə oxutmalı, ən keyfiyyətli təhsili almasını, yaxsı bir ixtisas sahibi olmasını təmin etməlidirlər. Amma bütün bunları edərkən əsl məqsəd dünyanı deyil, uşağın axirətini qazanmaq olmalıdır. Uşaq da bu dünyaya yaxşı bir universitetdə oxumaq​​, bir neçə xarici dil bilmək, kariyeraya sahib olmaq üçün deyil, Allah’a qul olmaq üçün gəldiyini bilməlidir. Bütün bunlar – kariyera, pul, dünyada əldə edilən mal-mülk, şübhəsiz ki, yalnız dünya həyatında dəyərlidir. Uşaq imanlı olmasa, Allah üçün yaşamasa, ölümdən sonrakı sonsuz həyatına hazırlıq görməsə, axirətdə bunların heç bir mənası olmaz. Buna görə ailə uşağına mütləq axirət həyatına yönəlməyi öyrətməli, hamımızın əsl yurdu olan o sonsuz həyata qovuşacağımız gerçəyini ruhuna yerləşdirməlidir. Uşaq üçün əhəmiyyətli olan dünya həyatı deyil, daim Rəbbinin razılığını və cənnətini qazanmaq olmalıdır.

Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Qasas surəsi, 60)

Bir uşaq ixlasla, Allah sevgisi, Allah qorxusu ilə böyüdülsə, bütün həyatı boyunca Allah’a gözəl qul olmaq üçün çalışacaq. Quran əxlaqı ilə ruhunu gözəlləşdirib mutmain bir nəfsə qovuşacaq. Allah üçün bağışlayacaq, Allah üçün səbir edib, Allah üçün xərcləyəcək. Qarşılaşdığı hər imtahanı güclü imanı ilə asanlıqla keçəcək, axirəti istədiyi üçün dünya həyatında yaşadığı çətinliklər ona təsir etməyəcəkdir. Ömrünün hər günü qədərini yaşadığının şüurunda olub bunun rahatlığını hiss edəcək. Hər şeydən önəmlisi daima saleh əməllər etdiyi üçün Allah’ın razı olduğu bir qul olmağı ümid edərək cənnətə girməyi böyük bir şövqlə gözləyəcək. Şübhəsiz ki, belə ixlasla yetişdirilən bir insan cənnətə gedəndə anasından və atasından sonsuza qədər razı olar. Çünki onlar özünü imanla və Allah sevgisi ilə böyüdərək özünə ən böyük hədiyyəni vermişlər. Sonsuza qədər cənnətdə birlikdə olmaq, Allah’a davamlı şükür edərək, sevinc içində cənnət bağçalarında oturmaq, şübhəsiz, həm valideynin, həm də övladlarının ən böyük mükafatı olacaq …

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma