İslam Xəbərləri


maj_1426854201Müsəlman albanların xəyalı reallaşır

Albaniya Müsəlman Birliyinin rəhbəri Bruçay: “Albaniyadakı müsəlmanlar illərdir səbirlə gözlədikləri, xəyalını qurduqları gözəl məscidə qovuşacaqlar”, -deyib.

Albaniya Müsəlman Birliyi (Diyanət İşləri) rəhbəri Skender Bruçay paytaxt Tiranada inşa ediləcək Böyük Məscidin inşaat icazəsi ilə bağlı bütün problemlərin həll edildiyini və Diyanət İşləri Nazirliyi ilə məscidin inşasına qısa müddətdə başlanacağını deyib.

Bruçay açıqlamasında Din İşləri Nazirliyinə Tiranadakı məscid layihəsinə dəstək olduğuna görə təşəkkür edib.

Albaniyanın uzun müddətdir gözlədiyi məscidə yaxın zamanda qovuşacağını bildirən Bruçay: “Diyanət İşləri Nazirliyi ilə ortaq layihə həyata keçirmişik. Diyanət İşləri Nazirliyi bu layihənin həyata keçirilməsini öhdəsinə götürmüş sponsordur”, -deyib.

 www.risalehaber.com

İslam Elm Tarixi Muzeyi ziyarətçilərin axınına məruz qalıb

Qaziantep Şahinbey Bələdiyyəsinin öz binasının yanındakı keçmiş xəstəxana binasını bərpa edərək turizmin xidmətinə verdiyi İslam Elm və Texniki Tarix Muzeyi ziyarətçilərin axınına məruz qalıb. 54 elm adamına aid 103 icadın saxlanıldığı muzeyə baş çəkən Hasan Kalyoncu Universitetinin Hüquq fakültəsinin və Ədalət Peşə Məktəbinin tələbələri olan 700 gənc muzeydə gördükləri icadlardan çox təsirləndiklərini deyiblər. İslam alimlərinin icadları və elm tarixinə töhfələri ilə yanaşı, astronomiya, coğrafiya, kimya, fiziki xəritəşünaslıq və tibb elminin İslam dünyasındakı inkişafını nümayiş etdirən muzeyin Qaziantepdə qurulmasının çox vacib olduğunu qeyd edən tələbələr: “Avropalı elm adamlarına aid edilən bir çox icadın, əslində, İslam alimləri tərəfindən icad edildiyini bu muzeyi gəzdikcə anlayırıq. Çoxumuz qaziantepli deyilik. Ancaq Şahinbey Bələdiyyəsinin bu fəaliyyətini çox təqdir edirik. Ölkəmizə belə bir muzey qazandırdığı üçün Şahinbey Bələdiyyə sədri Mehmet Tahmazoğluna təşəkkür edirik”, -deyiblər.

www.milliyet.com.tr

www.guncelhaber.org

Moskva üçün Məscid və İslam Akademiyası gündəmdədir

Moskvada İslam Akademiyasının qurulması və yeni məscid inşası gündəmdədir.

Dağıstanın paytaxtı Mahaçqalada Şimali Qafqaziya İslam təşkilatları liderlərinin ikinci konqresi keçirilib.

“Regnum” xəbər agentliyinə əsasən, konqresin ən əsas mövzularından biri Moskvada İslam Akademiyasının qurulması təklifi olub.

Təklifə görə, İslam Akademiyası Moskvada 67.000 m2-lik ərazidə inşa ediləcək və Akademiyanın bir hissəsində məscid də tikiləcək.

Rusiya Müsəlmanları uzun müddətdir təqribən 3 milyon müsəlman yaşayan Moskvada yeni məscid inşası üçün icazə almağa çalışırlar. Mahaçqalada təşkil edilən müsəlman liderlər konqresinin əsas mövzusu isə cəmiyyətdə sülh və əmin-amanlığın davam etdirilməsində İslam təşkilatlarının rolu olub. Konqresdə Şimali Qafqaziya respublikalarının müftiləri, Şimali Qafqaziya Müsəlmanları Koordinasiya Şurasının rəhbəri, Krım Dini İşlər İdarəsinin rəhbəri, Simferopol Baş İmamı, Tatarıstan və Stavropol bölgəsinin müftiləri və digər nümayəndələr iştirak ediblər.

www.dunyabulteni.net

İngiltərədə İslamın yayılması statistikada əks olunub

İngiltərədə aparılan araşdırma ilə ən çox bəyənilən uşaq adları müəyyən edilib.

“Baby Centre” 2014-cü ildə Muhəmməd adının 2013-cü ilə nisbətən İngiltərədə oğlan uşaqlarına qoyulan ən populyar 100 ad arasında 27 pillə qalxaraq ilk sıraya çıxdığını bildirib. Saytın verdiyi faktlara əsasən, siyahıya ilk dəfə daxil olan adlar arasında Ömər, Əli və İbrahim də var.

Siyahıda qız uşaqları üçün ən populyar ad olan Sofiya ilə yanaşı, siyahıya ilk dəfə daxil olan və 29-cu yeri tutan Nur və keçən ildən etibarən 59-cu yerdən 39-cu yerə qalxan Məryəm də var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma