İsraf etməmək nə üçün vacibdir?


IsrafEtmeyin2Quranda “Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!” (Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insana bütün həyatı boyu yaxşılıq edir, bənzərsiz nemətlər bəxş edir. Hər şey Onun dərgahındandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Rəbbimizin sonsuz ağlının təcəllilərindəndir:

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah`ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Həqiqətən də, ayədə bildirildiyi kimi, yaşadığımız hər an uca Allah`ın saysız-hesabsız neməti ilə qarşılaşırıq. Bu nemətlərin əvəzində Allah bizdən Özünə şükür etməyimizi istəyir.

Allah sonsuz rəhmət sahibidir və insanları unudub-yanıldıqlarına görə təqsirləndirmir. Zəif olana məsuliyyət yükləmir. İnsanlara səbir və təvəkkülü öyrədərək ağır yüklərdən azad edir. Bütün bunlar Rəbbimizin isimlərinin təcəllilərindəndir. Allah`ın “mülayim” mənasını verən Həlim ismi ayədə belə bildirilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)

Dünyada çox nemət var, bununla yanaşı, hər nemətin yaradılış məqsədi var. Nemətlər insanların nəfslərinin istədiyi kimi şüursuz və məsuliyyətsiz şəkildə sərf etməsi üçün yaradılmamışdır. Allah verdiyi nemətlərlə qullarına sevgisini, mərhəmətini göstərir. Nemətin verilməsindəki hikmətlərdən biri həmin nemətdən istifadə edən insanın Allah`a üz tutmasıdır. İnsanlar unutmamalıdır ki, mərhəmətlilərin mərhəmətlisi olan Rəbbimizin verdiyi hər şeyə görə sorğu-sual olunacaqlar. Bunu Allah ayədə bizə belə bildirmişdir:

Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasur surəsi, 8)

Allah yaratdığı nemətlərdən qullarının faydalanmasını istəyir, ancaq israf etməyi qadağan edir. Allah Quranda israf etməməyin hökmünü belə bildirir:

Talvar üzərində olan və talvarsız bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. (Ənam surəsi, 141)

Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda, sağa-sola da səpələmə! Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. (İsra surəsi, 26-27)

Uca Allah böyük-kiçik hər cür israfı haram etmişdir. Ona görə, düşünmədən qida və əşyaların tullanması Allah`ın rizasına uyğun deyil. Allah eyni torpaqdan minlərlə müxtəlif məhsul bitirir. Torpağı yemək mümkün deyil, qoxusu, rəngi eynidir. Ancaq Allah torpağı göydən endirdiyi su ilə sulayır və içindən dadı, rəngi, qoxusu ayrı-ayrı bitkilər bitirir. Qırmızı, sarı, yaşıl almaların belə dadı bir-birindən fərqlənir.

Allah bitkiyə səbəb kimi toxumu yaratmışdır və toxumun tərkibini suyu təşkil edən oksigen və hidrogen qazlarına uyğun yaratmışdır. Yer kürəsindən kilometrlərlə uzaqlıqdakı günəşin şüalarını bitkilər üçün faydalı etmişdir. İnsanlar isə bircə toxumu belə yoxdan yarada bilməzlər. Allah bu nemətləri yox etsə, bizə bunları yenidən verəcək heç bir qüvvə yoxdur. Allah bir ayədə bu həqiqəti belə bildirir:

De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, kim sizə axar su gətirə bilər?” (Mülk surəsi, 30)

Allah yer üzündə bütün insanların ehtiyacını təmin edəcək qədər nemət yaratmışdır. Dünyadakı aclıq və yoxsulluğun ən əsas səbəblərindən biri israfdır. Bütün nemətləri xarab olmadan istifadə etməyin yollarını axtarmaq lazımdır. Hələ də  dünyada 800 milyondan çox insan aclıqdan əziyyət çəkir. Buna baxmayaraq, bir çox qərb ölkəsində tonlarla qida israf edilir.

Unutmayaq ki, insanı israfa təşviq edən şeytandır. Şeytan Allah`ın israfı xoşlamadığını bildiyinə görə, insana neməti tullamağın normal davranış olduğunu təlqin edir. Möminlər bu məsələyə diqqət etməli və bir-birini Allah`ın rizasına uyğun davranışa dəvət etməlidirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma