NÜMUNƏVİ QURAN NƏSLİ FORMALAŞDIRMAĞIN ƏHƏMİYYƏTİ


ektcoves6xjf80İçərinizdə  yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)

Bir çox insanlar özlərinə başqa birisini örnək alır və ona bənzəməyə çalışırlar. Hətta danışıq və hərəkətlərinə qədər o şəxsi təqlid edir, həyat tərzinə pərəstiş edirlər. Lakin bu nümunələrin ya hamısı bir çox yöndən əksik olur, ya da tamamilə insanları yanlış yola sürükləyən əxlaq və anlayışa sahib olur. İnsanlar üçün əxlaq və davranış baxımından ən gözəl nümunə Peyğəmbərimiz hz. Muhəmmədir (səv). Peyğəmbərimizin (səv) üstün əxlaq və davranışının qaynağı isə Qurandır. Peyğəmbərimiz (səv) və ətrafındakı möminlər Quranı özlərinə rəhbər tutan, Quran əxlaqı ilə əxlaqlanan, Allah`dan şiddətlə qorxan və Onu dərin sevgi ilə sevən vicdanlı insanlardır.

Allah iman edənləri “Yer üzünün varisləri” (Ənam surəsi, 165) vəsfi ilə şərəfləndirmiş, onlara həm bu dünyada, həm də axirətdə izzət və şərəf vermişdir.

Peyğəmbərimizin (səv) idarəsində olan cəmiyyətlərdə hüzur, xoşbəxtlik, güvənlik, ədalət, sevgi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət və fədakarlıq kimi əxlaqi ünsürlər ən mükəmməl səviyyədə yaşanmışdır. Necə ki, bu dövr tarixdə “Səadət əsri” olaraq adlandırılmışdır. Allah ixlaslı möminlərin dünya həyatında alacağı qarşılığı belə müjdələmişdir:

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)

Bu səbədən, Quran və Peyğəmbərimizin (səv) sünnəsi əsasında düşünən, hökm edən, danışan və qərar verən bir nəslin yetişməsi son dərəcə önəmlidir. Peyğəmbərlərin əxlaqını özünə örnək götürən, sadəcə Allah`ın rizasını hədəf alan bu saleh müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində təfsilatı ilə açıqlanmışdır. Onların bəzi özəllikləri bunlardır:

=Yalnız Allah`a qulluq edirlər (Fatihə surəsi, 5)

=Allah`ı hər şeydən çox və ürəkdən sevirlər (Bəqərə surəsi, 165)

=Allah`a təslim olublar (Tövbə surəsi, 51)

=Allah`a qarşı aciz olduqlarını bilirlər (Cin surəsi, 22)

=Allah`dan qorxurlar, Onun bəyənmədiyi əxlaqdan şiddətlə çəkinirlər (Rəd surəsi, 21)

=Hər şərt və vəziyyətdə Allah`a şükür edirlər (Bəqərə surəsi, 172)

=Anlayışlı, sevimli və əfvedicidirlər (Hicr surəsi, 85)

=Təvazökardırlar (Furqan surəsi, 63)

=Mərhəmətli və həlim xasiyyətlidirlər (Tövbə surəsi, 128)

=Yaxşılığı əmr edib pislikdən çəkindirməyə çalışırlar.  (Ali-İmran surəsi, 104)

=Birlik və bərabərlik tərəfdarıdırlar (Səf surəsi, 4)

=Günahkarlara əsla arxa çıxmır, daim haqq və ədaləti müdafiə edirlər (Nisa surəsi, 105 və 58)

=Heç kimin haqqını yemirlər (Şüəra surəsi, 184)

=Sözlərinə sadiqdirlər (Bəqərə surəsi, 177)

=Boş şeylərdən üz çevirir, həmişə faydalı iş görürlər (Furqan surəsi, 72)

=Səbirlidirlər, çətinlikdən qəti qorxmazlar (Ali-İmran surəsi, 146, Hud surəsi, 55)

=Güvənilən və cəsurdurlar (Yunis surəsi, 71)

=Dinlərinə bağlıdırlar (Əraf surəsi, 89)

=Fikirlərini zorla qəbul etdirməzlər, qarşılıqlı danışıb izah edərlər (Nəhl surəsi, 125)

=Gördükləri işlərə görə mənfəət güdmürlər (Şura surəsi, 23)

=Haqqı söyləməkdən çəkinmirlər (Maidə surəsi, 54)

=Sənətdən və estetikadan zövq alırlar

=Təəssüb və xurafata qarşıdırlar

Yuxarıdakı vəsfləri daşıyan bir nəsil hazırda dünyanın bir çox yerində yaşanan əxlaqi degenerasiyanın, savaşların, bəlaların, hiylə və saxtakarlıqların, sıxıntıların, zülmlərin və səfalətin yox olub yerini sülh, güvənlik, ədalət, hüzur və qardaşlığın almasının təminatı olacaq. Çünki Quran əxlaqı bütün insanlığa maddi və mənəvi zənginlik, gözəllik və aydınlıq gətirir. Quran əxlaqının yayılması ilə yer üzündəki bütün problemlər qısa bir zamanda həllini tapar.

Allah Quranda “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208) şəklində buyurub insanları Quran əxlaqını yaşamağa çağırır.

Cəmiyyətlərinin batil adətlərinin və öyrəndikləri yanlış bilgilərin ardınca getməyib dinin gerçək qaynağı olan Quran və sünnəyə tabe olanlar, ayədə də bildirildiyi kimi, İslama girmiş olacaqlar. Əks təqdirdə, bir çox batil inanclara malik, öz nəfs və istəkləri ilə yaşayan, kiçik hədəflərin ardınca gedən, xurafatçı, qorxaq, özünə güvənməyən, dar düşüncəli, cahil, dinə inanmayıb mistik xəyallarla inancını qorumağa çalışan, ağılsız, bəsirətsiz, yanlış mühakiməli, din əxlaqına uyğun olmayan prinsiplərin altında əzilən, əxlaqsızlıqda hədd tanımayan cəmiyyətlər meydana gələcəkdir. Əlbəttə, belə şəxslərdən ibarət bir cəmiyyətdə anlayışlı, aydın, mədəni, hüzurlu və güvənli bir həyatın yaşanmayacağı açıq bir həqiqətdir.

Buna görə də doğrudan iman edən hər insan özünə səmimi bir iman nəsib etdiyi, özünü hidayətə çatdırdığı, Peyğəmbərimizi (səv) tanımaqla şərəfləndirdiyi üçün Allah`a şükür etməlidir.  Bunun ən gözəl şükürünü Quranla xəbər verilən əxlaqa tam tabe olmaqla və Peyğəmbərimizin (səv) təqib etdiyi yolu izləməklə göstərməlidir. Əks halda, Allah`a qarşı nankor davranmış olar. Bunun qarşılığı isə axirətdə böyük əzab ola bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma