Qara dəliklər: uca Allah`ın Hafiz isminin təcəllisi


  • kara-delik-kaç-tane-1024x576Qara dəliklərə Quran ayələrində necə işarə edilir?
  • Qara dəliklərdən keçmişə aid məlumat əldə etməyin mümkün olduğu elmi cəhətdən necə açıqlanır?

XX əsrdə göy cisimləri ilə bağlı çoxlu kəşflər edilmişdir. Dövrümüzdə hələ yeni tanınan bu cisimlərdən biri də qara dəliklərdir. Qara dəliklər yanacağı tükənən ulduzun içinə doğru büzüşməsi və nəhayət ulduz əvəzinə sonsuz sıxlıqda və sıfır həcmdə böyük cazibə sahəsinin əmələ gəlməsi ilə formalaşır. Səthində cazibə qüvvəsi çox güclü olduğuna və içinə işıq düşmədiyinə görə qara dəliyi ən böyük teleskoplarla da görmək mümkün deyil. Ancaq içinə çökən ulduzu yerləşdiyi yerin ətrafına təsiri ilə müəyyən etmək mümkündür. Allah “Vaqiə” surəsində ulduzların yerlərinə and içərək buna belə diqqət çəkir:

Ulduzların mənzillərinə and olsun! Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz. (Vaqiə surəsi, 75-76)

Qara dəlik bir kütlənin işığın sıza bilməyəcəyi qədər kiçik sahədə toplanmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli zərrəcikləri belə bu bölgədə tutur. Günəşdən 3 dəfə böyük kütləsi olan tipik bir ulduzun yanması və partlaması nəticəsində əmələ gələn qara dəliyin diametri 20 km-dir. Qara dəliklər qaradır, yəni onları birbaşa müşahidə etmək mümkün deyil. Ona görə, onları digər göy cisimlərinə təsir etdiyi güclü cazibə qüvvəsi ilə müəyyən etmək mümkündür. Aşağıdakı ayədə də qiyamət günü təsvirləri ilə yanaşı, qara dəliklərlə bağlı bu elmi kəşfə işarə edilə bilər:

Ulduzlar sönəcəyi zaman (Mürsəlat surəsi, 8)

Ayədə ulduzlarla bağlı bu məlumata diqqət çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edir.

İnsanların hələ göy cisimləri haqqında məlumatı olmadığı dövrdə uca Allah Quranda digər göy cisimləri kimi qara dəliklər haqqında da məlumat verir.

Qara dəliklərdən keçmişə aid məlumat əldə etməyin mümkün olduğu elmi cəhətdən açıqlanmışdır

Haqqında çox az məlumat olan qara dəliklərlə bağlı açıqlamaları ilə diqqət çəkən məşhur fiziklərdən ingilis Stiven Hokinq bir mətbuat konfransında qara dəliklər nəzəriyyəsi haqqında tezislərindən birinin yanlış olduğunu açıqlamışdır. Hokinq 1976-cı ildə qara dəliyin əmələ gəlməsi ilə nüvə enerjisi hasil etməyə başladığını, ancaq eyni anda böyük miqdarda enerjisini də itirdiyini demişdi. Nəzəriyyəyə görə, bu radiasiya qara dəliyin içində nə olduğu haqqında məlumat vermirdi, çünki qara dəliklə birlikdə içindəki bütün məlumatlar da yox olurdu. Əslində, bu iddia kvant fizikasının əsas qanunlarına zidd idi. Çünki kvant fizikası kainatda olanları ən kiçik ölçüdə tədqiq edir. Bu da kainatda heç bir məlumatın itməməsinə əsaslanır. Stiven Hokinq illərlə qara dəliklərin güclü cazibə qüvvəsinin kvant qanunlarına üstün gəldiyini bildirirdi. İndi isə bu fikrindən daşınmışdı. Hokinqin yeni “Qara dəliklər nəzəriyyəsi” əvvəlkindən çox da fərqlənmir. Yeni nəzəriyyə də qara dəliklərin uzun müddət radiasiya yaymasını deyir. Əsas fərq isə budur ki, yeni nəzəriyyə qara dəliklərin içindəki məlumatı əldə etməyin mümkün olduğunu deyir. Stiven Hokinqin bu şəkildə məlumat əldə etməsi çox maraqlıdır. Çünki bu nəzəriyyə uca Allah`ın Hafiz, yəni bütün işləri təfərrüatları ilə qoruyub-saxlayan isminin təcəllisinin göstəricisidir və məşhur fizik tərəfindən elmi cəhətdən sübut edilmişdir.

Məlum olduğu kimi, Allah qatında hər şey bir anda olub bitmişdir. Kainat əmələ gəldiyindən bəri baş verən bütün hadisələr bu bir ana sığır. Bu ana aid bütün məlumatlar Allah qatında bir kitabda saxlanılır. Quranda “Lövhi-məhfuz” adlandırılan ana kitabda hər şey haqqında məlumat olduğu bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı ana kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

… Kitabın anası da Onun yanındadır. (Rəd surəsi, 39)

… Bizdə qoruyan bir kitab vardır. (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın yazıda olmasın. (Nəml surəsi, 75)

(Hər kəsin) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, kiçik, böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

Kainat yaradıldığından bəri mövcud olan canlı-cansız hər şey, baş verən hər hadisə Allah tərəfindən yaradılır və Ona məlumdur, yəni bütün bunlar Allah`ın hafizəsindədir. Lövhi-məhfuz da Allah`ın Hafiz isminin təcəllisidir.

Aləmlərin Rəbbi, kainatın yaradanı uca Allah kiçik qum dənəciyindən nəhəng dağlara, su damlasından möhtəşəm göy üzünə qədər kainatdakı hər şeyi qüsursuz nizamla və ağılla yaratmışdır. Sonsuz mərhəmət sahibi Rəbbimiz göy qurşağını da insanlara gözəllik və düşünmək üçün imkan olaraq müxtəlif xeyirlərlə yaratmışdır. Uca Allah üstün ağlının əsəri olan, bir çox nemət verən göy üzünü “Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar” (Bəqərə surəsi, 117) ayəsində xəbər verdiyi kimi yoxdan yaratmışdır.

Quranın Allah`ın sözü olduğunu sübut edən möcüzələrdən biri də qara dəliklərə işarə edən ayələrdir. Quran ayələrinin mütəşabih (bir çox məna ifadə etmə) xüsusiyyəti gələcək illərdə də Quranın çoxlu möcüzəsinin aşkar ediləcəyini göstərir (doğrusunu Allah bilir). Sonsuz ağıl və elm sahibi uca Allah`ın sözü olan Quranda insanların qavramadığı və anlamaq üçün hələ kifayət qədər məlumatlarının olmadığı məlumatlar da var. Bu məlumatlar inkişaf edən texnologiya və elm sayəsində Rəbbimizin istədiyi zamanda və qədərdə  gün işığına çıxır.

Sonsuzluğa kilidlənmək nə deməkdir?

Burada qarşımıza çox mühüm həqiqət çıxır: Allah`ın hafizəsi sonsuzdur, elə isə onda mövcud olan heç nə yox olmaz. Başqa sözlə, Allah`ın yaratdığı heç bir canlı ölüb yox olmaz, heç bir çiçək solub yox olmaz, heç bir içki qurtarmaz, heç bir zaman keçməz, heç bir qida tükənməz… Allah hər an yaradır, hər şey əzəldən yaradılmış və sonsuzluğa kilidlənmişdir.

Bunu belə açıqlamaq olar: hər varlıq və hadisə yaradıldığı anda, əslində, onun üçün sonsuzluq da başlamışdır. Məsələn, bir çiçək yaradıldığı anda bir daha yox olmamaq üzrə yaradılmışdır. Bu varlığın və ya cismin görüntüsünün insan üçün itməsi, insanın hafizəsindən silinməsi onun yox olması, ölməsi demək deyil. Allah`ın hafizəsində, Allah`ın qatında mövcuddur. Allah`ın hafizəsində bu canlının yaranması, həyatı boyu keçirdiyi anlar, ölümü mövcuddur.

Allah yaratdığı hər şeyi sonsuz yaradır. Yaradılan şeylər üçün artıq sonsuz həyat başlamışdır. Lakin bunu yaxşı anlamaq üçün tək-tək varlıqlar və hadisələr üzərində düşünməkdə fayda var. Ancaq bu nümunələrə keçməzdən əvvəl bir məsələyə də toxunmaq lazımdır: burada izah edilənlər, şübhəsiz ki, bir insanın həyatında qarşılaşdığı ən böyük elmlərdən biridir. Sonsuzluq məfhumu ilə bağlı bu həqiqətləri çoxları ilk dəfə eşidir, ilk dəfə düşünür. Əsas olan budur: Allah Quranda yalnız Allah`a səmimi qəlbdən üz tutan şəxslərin öyüd-nəsihət qəbul edəcəyinə diqqət çəkir. Yəni səmimi qəlbdən Allah`dan yardım istəyən, Onun sonsuz qüdrətini təqdir etməyə çalışan, Rəbbimizi qavramaq üçün səy göstərən insanlar burada izah edilən həqiqətlərdən də öyüd alacaq və qavramağa başlayacaqlar:

Qara dəliklərə Quranda diqqət çəkilmişdir

“Tariq” surəsinin üçüncü ayəsində dələn ulduzdan bəhs edilir:

And olsun göyə və gecə gələnə!  Sən nə bilirsən  ki, gecə gələn nədir?! (Bu) dəlib keçən ulduzdur. (Tariq surəsi, 1-3)

Ərəb dilində ayədə “dəlik” mənasını verən “sakb” kökündən törəmiş “dəlik açan, dələn, dəlib keçən” mənalarını verən “əssakibu” sözü işlədilir. Qara dəlikləri tərif edən elmi məqalələrdə isə “dəlik açmaq, dəlmək” mənalarını verən “puncture” sözü işlədilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda işlədilən bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata da diqqət çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edən digər mühüm məlumatdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma