Göyün tavan olması


img1439162O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün  məhsullardan ruzi yetişdirdi. Siz də  bildiyiniz halda, Allah’a tay tutmayın. (Bəqərə surəsi, 22)

Yuxarıdakı ayədə göy tərif edilərkən ərəb dilində “əssəmaə binaən” sözü işlədilir. Bu söz qübbə, tavan mənaları ilə yanaşı, ərəb bədəvilərinin qurduğu çadıra bənzər örtüyü də ifadə edir. Bu ifadə ilə xarici amillərə qarşı bir növ qoruma nəzərdə tutulur.

Biz çox vaxt fərqində olmasaq da, digər planetlərdə olduğu kimi, Yer kürəsinə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər əmələ gətirən bu meteoritlərin Yerə zərər verməməyinin səbəbi Yer kürəsini əhatə edən atmosferin meteoritlərə qarşı müqavimət göstərməsidir. Meteorit bu müqavimətə tab gətirmir və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləcə, böyük fəlakətlərə səbəb olan bu təhlükənin atmosfer sayəsində qarşısı alınır. Allah yuxarıda bəhs etdiyimiz atmosferin qoruyucu xüsusiyyəti ilə bağlı ayələrlə yanaşı, aşağıdakı ayədə də bu xüsusi yaradılışa diqqət çəkir:

Məgər Allah’ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

Atmosfer Yeri kosmosdan gələn mənfi təsirlərdən qoruyur. Yuxarıdakı ayələrdə göy haqqında işlədilən ifadələr göyün Peyğəmbərimizin (səv) dövründə bilinməyən bu cəhətinə diqqət çəkir. Bu məlumatlar qabaqcıl texnologiyanın, nəhəng kosmik gəmilərin, teleskopların olmadığı dövrdə, 1400 il əvvəl Qurani-kərimdə xəbər verilmişdir. Bu isə Quranın sonsuz elm sahibi Rəbbimizin vəhyi olduğunu göstərir.

Geri qaytaran göy

Qurani-kərimdə “Tariq” surəsinin 11-ci ayəsində göy üzünün geri qaytaran xüsusiyyətindən bəhs edilir:

And olsun geri qaytaran göyə (Tariq surəsi, 11)

Quran tərcümələrində “qaytaran” şəklində tərcümə edilən “rəc’i” sözü “geri qaytaran” mənasını verir.

Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer bir neçə təbəqədən ibarətdir. Hər təbəqənin canlılar üçün mühüm funksiyası var. Tədqiqatlar nəticəsində hər təbəqənin maddələri və ya şüaları kosmosa və ya yer üzünə geri qaytardığı məlum olmuşdur. Burada atmosfer təbəqələrinin geri qaytarma xüsusiyyətini bir neçə nümunə ilə təhlil edək.

Məsələn, 13-15 km hündürlükdəki troposfer təbəqəsi yer üzündən qalxan su buxarının sıxlaşıb yağış kimi yerə geri qayıtmasına səbəb olur. 25 km yüksəklikdəki stratosferin aşağı təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiyanı və zərərli ultrabənövşəyi şüaları yer üzünə çatmadan kosmosa geri qaytarır. İonosfer təbəqəsi də yer üzündən yayımlanan radiodalğalarını peyk kimi yer üzünün müxtəlif bölgələrinə geri qaytararaq mobil rabitəni, radio və televiziya yayımlarını mümkün edir. Maqnitosfer təbəqəsi Günəşdən və digər ulduzlardan yayılan zərərli radioaktiv zərrəcikləri yer üzünə çatmadan kosmosa qaytarır.

Atmosfer təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilən bu xüsusiyyətinin əsrlər əvvəl Quranda bildirilməsi Quranın Allah’ın sözü olduğunu bir daha təsdiqləyir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma