YANLIŞ MATƏM ANLAYIŞI


unnamedÖlüm hadisəsi olduqda günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Müsəlmanlar üçün ölüm dünyadakı imtahanın sona çatması, həqiqi yurd olan axirətə keçid və ən əsası, Rəbbimizə qovuşmaqdır. Bu səbəbdən, müsəlmanlar birisi öldükdə yas tutmazlar. Əksinə, sevdikləri insanın Allah`a qovuşmasına görə sevinər və: “İnşaAllah, Rəbbim ondan razı olmuşdur”, -deyə dua edərlər. Matəm qədərdəki hikməti dərk etməyən, qədərə könüldən təslim olmayan, Allah`ın yaratmasındakı gözəllikləri görməyən, dünyanın müvəqqəti olduğunu bilməyən insanların batil adətidir.

Odur ki, ölüm hadisəsi olduqda müsəlmanlar bir-birinə yas tutmağı, kədərlənməyi, qəmgin olmağı tövsiyə etməzlər, əksinə, gözəl səbiri, Allah`ın qədərdə təqdir etdiyi hadisəni sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq, haşa, Allah`ın müəyyən etdiyi qədərdən narazı olmaq deməkdir. Yas tutmaq, haşa, Allah`ın yaratdığına üsyan etmək deməkdir.

“Suriyada, Fələstində, Misirdə insanlar ölərkən siz necə əylənirsiniz?” -deyən bəzi insanlar bu həqiqəti unudurlar. Suriyada, Misirdə, İraqda və dünyanın hər hansı yerində baş verən ölümlərə görə müsəlmanlar yas tutmalı deyil, bu zülmün aradan qalxması üçün cəhd etməlidirlər. Bu cür tənqid edən insanların özləri də -dünyadakı zülmə baxmayaraq- toylarda əylənir, televiziya proqramlarına baxaraq gülür, filmlərə, teleseriallara baxaraq əyləncəli vaxt keçirirlər.

Mömin üçün ölüm son deyil. Yeganə gerçək sevgilisi və dostu olan Allah`a qovuşmaqdır. Mömin öz ölümünü necə sevinclə qarşılayırsa, sevdiyi insanın ölümünü də sevinclə qarşılayar. Ölümlərə görə kədərlənmək inancı isə cahiliyyəyə aiddir. Allah`ın gücünü, qüdrətini layiqincə dərk etməyən insanlar ölümün hikmətini də qavramırlar. Ölümü yox olma hesab etdiklərinə görə kədərlənirlər.

Bu səbəbdən, cahiliyyə cəmiyyətində və xüsusilə qədim bütpərəst xalqlarda batil matəm adəti var.

Məsələn, qədim Misirdə bir insan öldükdə ölünün evinin qadınları başlarına, üzlərinə palçıq sürtər, paltarlarını bədənlərinə iplə sarıdıqdan sonra çılpaq sinələrini döyərək gəzərdilər. Buna bənzər adətlər assurlarda, farslarda, yunanlarda və romalılarda da var idi. Yəhudilikdə də matəm adətləri arasında paltarı cırma, yerdə oturma, başa kül səpmə, külün üstündə yatma, bədəni kəsmə, saç yolma, ağlayıb özünü döymə kimi adətlər vardı. Bəzi xalqlar isə ağlamaq üçün xüsusi adamlar tutur, bu adamlar günlərlə ağlayırdılar.

Məkkəli müşriklər də ölən adam üçün yas tuturdular. Peyğəmbərimiz (səv) yas tutmağı müsəlmanlara qadağan etmişdir:

İbn Abbas (rə) rəvayət edir: “Rəsulullah (səv) buyurdu: “YAS TUTMAQ CAHİLİYYƏ ADƏTLƏRİNDƏN BİRİDİR…”

İbn Ömər (rə) rəvayət edir: “Rəsulullah “YANINDA YÜKSƏK SƏSLƏ AĞLAYAN BİR QADIN OLAN CƏNAZƏNİN ARXASINCA GETMƏYİ QADAĞAN ETDİ”.

Cərir Mövla Müaviyyə rəvayət edir: “Hz. Müaviyə (rə) Xumusda xalqa xütbə verdi və xütbəsində Rəsulullahın yas tutmağı qadağan etdiyini xatırlatdı”.

Rəsulullahın (səv) oğlu İbrahim vəfat etdikdə qısa anlıq ağlaması isə onun şəfqət və mərhəmətinin təcəllisidir. Peyğəmbərimizin (səv) bu gözəl əxlaqını yanlış anlayıb cahilliklə müşrik adətlərini davam etdirmək istəyənlər yanılırlar.

Biz, həqiqətən də, hər şeyi qədər ilə yaratdıq. (Qəmər surəsi, 49)

Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (İnsan surəsi, 30)

… Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda olmasın. (Ənam surəsi, 59)

Allah`ın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allah`a iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun surəsi, 11)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma