YUXUDA İKƏN BƏDƏNİMİZDƏ HANSI PROSESLƏR BAŞ VERİR?


1411981537_35Hər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır. İndi  yuxuda insan bədənində necə yenilənmə prosesi olduğuna nəzər salaq.

Yuxu insan həyatının labüd ehtiyaclarından biridir. Bədənimizin suya, oksigenə və qidaya ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Yuxu passiv dincəlmə prosesi deyil. Yuxu əsnasında gün ərzində beyini məşğul edən fəaliyyətlər, gərginliklər və hafizəyə ötürülən məlumatlar sanki kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Yuxuda hormon səviyyəsi tarazlaşdırılır, həzm sistemi işləyir, immun sistemi işə düşür, dəri yenidən formalaşır. Hüceyrə bölünməsi yuxuda güclü şəkildə davam edir.

Yuxuda nələr yenilənir?

Dərimizin qırışsız qalması hər gün 10 qram ölü dəri hüceyrəsinin bədəndən atılması ilə təmin olunur. Bunun üçün hər axşam dərimizin ən üst təbəqəsindəki hüceyrələr bölünməyə başlayır. Yuxu zamanı isə böyümə hormonunun artması ilə bu reaksiya sürətlənir. Gecənin səssizliyi bunun üçün ən ideal mühitdir. Çünki gecə nə günəş, nə külək, nə də hərəkət hüceyrə bölünməsinə mane olur. Bu yenilənmə saatlarında dərinin başda oksigen olmaqla, bir sıra qida maddəsinə ehtiyacı var. Hər nəfəs aldıqda dəri ehtiyacı olan oksigeni tədarük edir. Bu səbəbdən, mütəxəssislər axşamlar yatmazdan əvvəl yataq otağının havasının dəyişilməsini tövsiyə edirlər. Yatarkən, xüsusilə də yuxu gördüyümüz saatlarda bədən temperaturunun 2 dərəcə artması ilə orqanizm bol miqdarda maye ifraz edir. Buna görə, səhər oyandıqda saçlarımız nəm, forması pozulmuş olur. Yağ vəziləri gecələr yeniləndiyi üçün yuxu zamanı yağ ifrazı az olur. Bu səbəbdən, dərisi quru olanlar səhər dəriləri qurumuş oyanırlar. Yuxu mütəxəssisləri qanımızdakı böyümə hormonu miqdarının yuxuya gedən kimi ani surətdə artdığını müəyyən ediblər. Bu səbəbdən, normal yuxudan sonra bədənimiz yenilənmiş şəkildə oyanırıq.

Nə vaxt, nə qədər yatmalıyıq?

Gündəlik yuxu müddəti insandan və yaşdan asılı olaraq dəyişir. Əsasən, yaş artdıqca yuxu müddəti azalır. Ancaq gündəlik təqribən 6-8 saatlıq yuxu böyüklər üçün kifayətdir. Tez-tez dərin yuxuya gedə bilməyən insanlar tez xəstələnirlər. Belə hallarda bədənin ritmi nəzarətdən çıxır. Bu isə dəriyə təsir edir: dəri quruyur, qabıqlanır, çatlayır, hüceyrələr müntəzəm bölünmədiyi üçün dəri getdikcə nazilir. Quru dəri daha da quruyur, qırışlı dəri isə daha da xarab olur.

Mütəxəssislər ən ideal yuxu vaxtının gecə olduğunu bildirirlər. Yuxu pozuntusu olanlara gündüz yatmağı tövsiyə etmir, gecə yuxusunun əhəmiyyəti üzərində dayanırlar. Hüceyrə yenilənməsi və hormonal reaksiyalar ancaq gecələr baş verdiyi üçün günorta yuxusunun o qədər də əhəmiyyəti yoxdur. Çünki beynimizin ifraz etdiyi melatonin hormonu hava qaraldıqdan sonra ifraz olunur. Dərinin yenilənmə prosesini də bu hormon başladır. Rəbbimiz uca Allah Quranda buna belə diqqət çəkir:

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də iş vaxtı edən Odur. (Furqan surəsi, 47)

Yuxusuzluq

 Bədənimizdə gündəlik yuxu-oyaqlıq dövranını tənzimləyən mexanizm var. Sirkad ritmi adlanan bu mexanizm bədəndəki 24 saatlıq dövrə görə tənzimlənmiş bioloji saat tərəfindən idarə edilir. Əsasən, ətraf mühit və daxili amillərə görə, bu ritm pozularaq yuxusuzluq meydana gəlir. Bununla yanaşı, nizamsız yuxu vərdişləri, psixoloji səbəblər, nevroloji xəstəliklər, hormonal pozuntular, fizioloji və irsi amillər də yuxusuzluğa səbəb olur. Yuxusuzluq ağrıdan sonra cəmiyyətdə ən çox rast gəlindən ikinci şikayətdir. Amerikada bu xəstəlik tibbi xərclər, qəza itkisi, işə gəlməmə və istehsalda azalma kimi ildə təqribən 100 milyard dollar itkiyə səbəb olur.

Yuxusuzluq ümumi yuxu vaxtı olaraq deyil, kifayət qədər və yaxşı yuxu almadan səhərə dincəlmədən oyanma kimi tərif edilir. Məsələn, gündəlik yuxu ehtiyacı 5 saat olan və 5 saat yuxudan sonra səhər dincəlmiş şəkildə oyanan insan yuxusuzluqdan əziyyət çəkməz.

Müxtəlif yuxu pozuntuları

Yuxu pozuntusu ən çox yuxulaya bilməmək, yuxuya gedə bilməmək, yuxunun bölünməsi və ya səhər erkən saatda yuxudan oyanıb yenidən yuxuya gedə bilməmək şəklində müşahidə olunur. Ancaq çox yatmaq və ya yastığı görən kimi yuxu gəlməsi də yuxu pozuntusunun bir növüdür. Yuxusuzluğun ən çox rast gəlinən növü psixofizioloji yuxusuzluqdur. Bütün yuxu xəstəliklərinin əlaməti kimi üzə çıxır. Bundan əlavə, daxili, psixiatrik və ya dərmanlarla əlaqədar olaraq da ortaya çıxır. Psixofizioloji yuxusuzluq, əsasən, stress kimi amillərdən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yuxuya getməmək üzərində toplanır. İdiopatik yuxusuzluqda isə insan xroniki və ciddi yuxulaya bilmir, yuxunu davam etdirə bilmir. Yatağa girdikdə yuxuya getmə prosesi çox uzun olur və yuxu oyanmalarla bölünür. Buna səbəb nevroloji pozuntudur. Nevroloji pozuntu nə qədər yüngül və ya güclüdürsə, yuxusuzluq da bu qədər yüngül və ya güclü ola bilir. Ciddi hallarda xəstələr iş görə bilmirlər. Bununla yanaşı, yuxuda gəzmək, yuxuda qorxma da geniş yayılmış yuxu pozuntularındandır.

Yuxusuzluq tez-tez rast gəlinən, müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda mühüm xəstəliklərə, hətta ölümə səbəb olur, depressiyanın əmələ gəlməsində risk amilinə çevrilir.

Yuxu apnesi və yuxuda ruhun alınması

Yuxuda tənəffüsün dayanması kimi tərif edilən apne həyatı təhlükə altında qoyan uzunmüddətli ciddi xəstəliklərə səbəb olur. İlk dəfə 1965-ci ildə diaqnozu qoyulan apne yunan dilində “nəfəs alma arzusu” deməkdir. İki növ yuxu apnesi var: birində beyin tənəffüs əzələlərində tənəffüsü başladan düzgün impulsları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne zamanı insan nəfəs almaqda çətinlik çəkir və damarlarla ürək müqavimətə qarşı işləyir. Həmin an qandakı oksigen miqdarı azalır. Ürəyin də ritmi pozulur. Yuxuda ani ölüm halları başda olmaqla, hipertenziya, ürək xəstəlikləri, infarkt və iflic uzun müddət davam edən apnenin səbəb olduğu xəstəliklərdəndir.

Göründüyü kimi, yuxu zamanı insanın həyatı bir çox təhlükə ilə qarşılaşır. Ona görə də hər səhər yuxudan sağlam oyandığımıza görə şükür etməliyik. Yuxu zamanı insan şüurunu və xarici mühiti qavrama qabiliyyətlərini qismən itirir. “Kiçik ölüm” adlanan yuxudan şüurlu vəziyyətdə oyanmaq, qüsursuz görmək, eşitmək, hiss etmək kimi nemətlər üzərindən düşünmək lazımdır. Gecə yatmaq üçün yatağına girən insan bu bənzərsiz nemətlərin səhər yenidən ona veriləcəyinə əmin ola bilməz. Bundan əlavə, insan hər hansı fəlakətlə qarşılaşmadan və ya sağlamlığında problem olmadan oyanacağına da əmin ola bilməz. Bu həqiqət bir ayədə belə bildirilir:

Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır! (Zumər surəsi, 42)

Yuxusuzluq necə təsir edir?

Kifayət qədər yatmadıqda insan gün ərzində yuxulu olur. Lakin ən əsası, insanda düşünmə problemləri meydana gəlir. Yeni şeyləri daha yavaş öyrənir, hafizə və qərar vermə prosesində problemlər yaranır. Yuxu azlığı və ya yuxulaya bilməmə, yuxu əsnasında tənəffüs pozuntusunun olması qanda oksigenin səviyyəsindəki dəyişikliklərə, düşünmə, hafizə və fiziki pozuntulara səbəb olur. Fiziki pozuntular isə ürək, ağciyər və hormonal xəstəliklər törədir.

Yuxuda hərəkət etməyin əhəmiyyəti

Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. (Kəhf surəsi, 18)

Yuxarıdakı ayədə yüz illərlə yuxuda qaldığı bildirilən Kəhf əhlindən bəhs edilir. Bundan əlavə, Allah bu ayədə onların bədənlərini sağ və sol tərəfə çevirdiyini bildirir. Bunun hikməti isə yaxın tarixdə kəşf edilib.

Uzun müddət eyni vəziyyətdə yatan insanların səhhətində ciddi problemlər yaranır: qan dövranında fəsadların meydana gəlməsi, dəridə yaraların əmələ gəlməsi, bədənin yatılan tərəfi ilə təmas edən bölgələrdə qanın laxtalanması…

Uzun müddət eyni vəziyyətdə yatdıqda yataq yaraları əmələ gəlir. Çünki uzun müddət eyni vəziyyətdə yatdıqda bədənin müəyyən hissəsinə təsir edən mütəmadi təzyiq qan damarlarının sıxılıb tutulmasına səbəb olur. Nəticədə, qan yolu ilə daşınan oksigen və digər qidalar dəriyə çatmır və dəri ölməyə başlayır. Bu isə bədəndə yaralar əmələ gətirir. Əgər bu yaralar müalicə edilməzsə, dərinin təbəqələri, yağ və əzələ toxumaları da ölür.

Dərinin və ya toxumanın altında əmələ gələn yaralar müalicə edilməzsə və ya infeksiyaya məruz qalarsa, ağırlaşır, hətta həyati təhlükəyə səbəb olur. Bu səbəbdən, dəriyə təzyiqi azaltmaq üçün hər 15 dəqiqədə vəziyyəti dəyişmək lazımdır. Hərəkət edə bilməyən iflic xəstələrinə də bu səbəbdən xüsusi qayğı göstərilir və hər 2 saatda başqasının köməyi ilə hərəkət edirlər.

Yuxarıdakı ayədə keçən əsrdə kəşf edilən tibbi məlumatlara diqqət çəkilməsi Quranın bir möcüzəsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma