Dünya yoxsulluq lobbisi

yoxsullalluququsdfghjrDünyada demək olar ki, hər ölkədə insanların əksəriyyəti yoxsulluqdan şikayət edir. Dünyanın təbii ehtiyatlarının tükəndiyinə, əhalinin çoxaldığına, imkanların məhdudlaşdığına inanırlar. Bu insanlar əllərindəki məhdud imkanlarla yaşadıqca, demək olar ki, hər gün daha da yoxsullaşırlar. Artıq əksəriyyət dünyada insanların aclıqdan ölməsinə heç təəccüblənmir də.

Lakin bilmədikləri bir şey var. Doğrudur, dünya yaşlanıb. Ancaq dünyanın bütün təbii ehtiyatları indiki dünya əhalisinin ehtiyacını iki qat təmin etməyə və rahat yaşatmağa kifayət edər. Oxumağa davam et

Cinayətkarı tapan DNT

DNA111Bir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir. Oxumağa davam et

Bir ayə bir açıqlama: “Yasin” surəsi, 81

Nature-Waterfall-Beautiful-Wallpaper-Widescreen-ImageMəgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! (Yasin surəsi, 81)

Hər şeyi istədiyi anda yaratmağa qadir olan uca Allah bu ayədə sonsuz yaratma gücünü bizə bildirir.

Allah hər şeyin Yaradanı kimi bütün varlıqların yeganə sahibidir. Göyləri və yeri yaradan Allah istəsə, onların bənzərini də yaradar. Oxumağa davam et

Orqanizmdəki maye miqdarını tənzimləyən böyrəklər

suOrqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.

Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.

Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (antidiuretik hormon- ADH) göndərir. Oxumağa davam et

Allah’ın səbəb sənəti

11402346_1593840690898233_646717787572353596_oİnsanlar hər şeyin baş verməsini müəyyən səbəblərlə əlaqələndirirlər. “Günəş var deyə kölgə var” məntiqi insanların möcüzələri görməsinin qarşısını alır. Bir çox insan üçün möcüzələr səbəblər silsiləsidir. Bu silsilə belədir: çörək, çörək sexində bişirilir. Çörək sexində çörək undan hazırlanır. Un satıcıya dəyirmandan gətirilir. Dəyirman unu buğda şəklində alır. Buğda satan buğdanı kəndlidən alır. Kəndli buğdanı torpaqdan əldə edir… İnsanların inandığı kimi səbəb sistemi var. Lakin açıq şüurla baxdıqda bu silsilənin hər detalı Allah tərəfindən yaradılmışdır. Oxumağa davam et

YUXUDA İKƏN BƏDƏNİMİZDƏ HANSI PROSESLƏR BAŞ VERİR?

1411981537_35Hər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır. İndi  yuxuda insan bədənində necə yenilənmə prosesi olduğuna nəzər salaq.

Yuxu insan həyatının labüd ehtiyaclarından biridir. Bədənimizin suya, oksigenə və qidaya ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Yuxu passiv dincəlmə prosesi deyil. Yuxu əsnasında gün ərzində beyini məşğul edən fəaliyyətlər, gərginliklər və hafizəyə ötürülən məlumatlar sanki kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Oxumağa davam et

YANLIŞ MATƏM ANLAYIŞI

unnamedÖlüm hadisəsi olduqda günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Müsəlmanlar üçün ölüm dünyadakı imtahanın sona çatması, həqiqi yurd olan axirətə keçid və ən əsası, Rəbbimizə qovuşmaqdır. Bu səbəbdən, müsəlmanlar birisi öldükdə yas tutmazlar. Əksinə, sevdikləri insanın Allah`a qovuşmasına görə sevinər və: “İnşaAllah, Rəbbim ondan razı olmuşdur”, -deyə dua edərlər. Oxumağa davam et